Azərbaycan dövləti şəhid ailələrinə qayğını başlıca vəzifələrdən biri hesab edir
18.02.2010 [21:42]
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) Nərimanov rayon təşkilatı Qadınlar Şurası şəhid anaları ilə görüş keçirib. Arif Vəliyev adına 258 saylı orta məktəbdə keçirilən toplantı “Bir yanımda şəhidlik zirvəsi, bir yanımda övlad acısı” mövzusuna həsr olunub. Tədbirdə öncə torpaqlarımız uğrunda şəhid olmuş insanların, o cümlədən, Xocalı soyqırımının qurbanlarının xatirəsi yad edilib.
258 saylı məktəbin direktoru, YAP Nərimanov rayon təşkilatı Qadınlar Şurasının üzvü Sədaqət Hüseynova çıxış edərək xalqımızın zaman-zaman xarici təcavüzlərə məruz qaldığını bildirib. Onun sözlərinə görə, ötən əsrdə də Azərbaycan Ermənistan tərəfindən təcavüzə məruz qalıb: “Torpaqlarımızın azadlığı uğrunda minlərlə şəhid vermişik. Vətən uğrunda canından keçənlər ölməyib, şəhidlik zirvəsinə yüksəlib. Bu gün şəhidlərin ruhu bizimlədir. Yalnız qələbə əldə etdikdən sonra onların ruhu şad olacaq”.
S.Hüseynova deyib ki, məktəbin adını daşıdığı Arif Vəliyev də öz həyatını torpaqlarımızın azadlığı uğrunda qurban verib. Onun xatirəsi şəhid olduğu gün - 17 fevral tarixi hər il məktəbdə anılır. S.Hüseynova onu da bildirib ki, dövlətimiz torpaqlarımızın sülh yolu yolu ilə azad olunması üçün bütün imkanlardan istifadə edir.
YAP Nərimanov rayon təşkilatı Qadınlar Şurasının sədri Məhəbbət İbrahimova tədbirdə çıxış edərək Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin ağır nəticələrindən danışıb. O, bildirib ki, işğalçı siyasətin nəticəsində xalqımız minlərlə şəhid verib, torpaqlarımızın 20 faizi qəsb olunub, bir milyondan çox insan öz yurdlarından məcburi köçkün vəziyyətinə düşüb: “Ermənistan xarici havadarlarına arxalanaraq ölkəmizin bir hissəsini işğal edib. Amma bu o demək deyil ki, biz müharibəni uduzmuşuq. Azərbaycanda o zaman mövcud daxili hərc-mərclik nəticəsində ermənilər öz istəklərini müvəqqəti də olsa, reallaşdıra biliblər. Amma bu gün Azərbaycan çox güclü dövlətdir. ölkəmizin başçısı İlham Əliyev problemin sülh yolu ilə həllinə tərəfdardır. Ermənistan isə hər vəchlə münaqişənin həllini uzatmağa çalışır. Təbii ki, sülh danışıqları nəticə verməsə, dövlətimiz digər variantlardan istifadə edəcək”.
M.İbrahimovanın sözlərinə görə, dövlət tərəfindən şəhid ailələrinə, Qarabağ əlillərinə, müharibə veteranlarına qayğı göstərilir.
YAP Siyasi Şurasının üzvü, partiyanın Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı da çıxışında Azərbaycanın məruz qaldığı təcavüzdən danışıb. O, qeyd edib ki, ölkəmizin mühüm geostrateji məkanda yerləşməsi, zəngin təbii sərvətlərə malik olması bəzi xarici qüvvələri narahat edir. Baş verən təcavüz də bu narahatlığın nəticəsidir. Millət vəkilinin sözlərinə görə, Azərbaycanın inkişaf etməsi nəticəsində bir çox problemlər həll edilib. Yeganə problem isə Dağlıq Qarabağ məsələsidir. Onun sözlərinə görə, əhalinin sosial rifahının gücləndirilməsi istiqamətində dövlət tərəfindən ciddi addımlar atılır. Bu mənada şəhid ailələrinə də qayğı daim diqqət mərkəzindədir.
Şəhid anası Sona Vəliyeva çıxış edərək göstərilən qayğıya görə dövlət rəhbərliyinə minnətdarlıq edib.
Görüşdə daha sonra H.Abışov, Elmira Əliqızı və digər çıxış edənlər Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində torpaqlarımızın işğaldan azad olunacağına, şəhidlərimizin qanının yerdə qalmayacağına əminlik ifadə ediblər.
Sonda məktəblilərin iştirakı ilə ədəbi-bədii kompozisiya təqdim olunub.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Gündəm
22 İyun 19:38
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
Gündəm
22 İyun 16:31
YAP xəbərləri
22 İyun 16:07

