/ / Azad Balayev: Dünya dövlətlərinin Prezident İlham Əliyevin təşəbbüsünü dəstəkləməsi Azərbaycanın böyük uğurudur
Azad Balayev: Dünya dövlətlərinin Prezident İlham Əliyevin təşəbbüsünü dəstəkləməsi Azərbaycanın böyük uğurudur
11.07.2020 [10:43]
“Bəşəriyyətin başı üzərini almış koronavirus təhlükəsi dünyanı ciddi sınaq qarşısında qoyub. Bəzi dövlətlər bu sınaqdan layiqincə çıxmaqdadır, bəziləri isə çoxsaylı insan itkisinə məruz qalırlar. Azərbaycan isə daha az itki verməklə, pandemiya ilə mübarizəni düşünülmüş şəkildə davam etdirir. COVID-19 pandemiyası zamanı hər bir dövlətin öz strategiyası, koronavirusa qarşı mübarizədə fərqli yanaşma tərzi və öz metodları mövcud oldu. Azərbaycanın pandemiyaya qarşı mübarizədə göstərdiyi nümunə diqqətəlayiqdir”.
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Balakən rayon təşkilatının sədri Azad Balayev deyib.
Onun sözlərinə görə, dünyada koronavirus pandemiyasının tüğyan etdiyi ilk gündən ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan koronavirusa qarşı regional və qlobal səviyyədə mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürdü, məqsədyönlü addımlar atdı, təkcə ölkə daxilində deyil, beynəlxalq səviyyədə də bu bəlaya qarşı mübarizədə fəal iştirak etdi. Belə ki, ölkəmiz, koronavirus pandemiyasından daha çox zərər çəkən 30-dan artıq ölkəyə yardımlar göstərdi, Ümumdünya Səhiyyə Təşkilatına könüllü ianə etdi.
“Prezident İlham Əliyevin təşəbbüsü ilə iki nüfuzlu qurumun-Türk Şurasının və Qoşulmama Hərəkatının videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş Zirvə görüşlərinin keçirilməsi ölkəmizin pandemiya ilə mübarizədə həmrəyliyə çağırışı kimi dəyərləndirilir. Dövlətimizin başçısı Zirvə görüşlərində bir daha bəyan etdi ki, COVID-19 qlobal pandemiyası bütün dünya dövlətlərinə mənfi təsir göstərir. Qarşılıqlı dəstək, özünə qapanmama və yalnız birgə səylərlə koronavirusa qalib gələ bilərik. Qoşulmama Hərəkatının Sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə 2020-ci il mayın 4-də keçirilən Qoşulamama Hərəkatının onlayn Zirvə görüşündə ölkə başçısı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış etdi. BMT-nin Baş katibi Antonio Quterreş bu təşəbbüsə görə, Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edərək bildirib ki, bu böhranın miqyası və mürəkkəbliyi əlaqələndirilmiş qlobal cavab tədbirləri tələb edir. Burada yeganə cavab cəsarətli, uzaqgörən və əməkdaşlığa əsaslanan rəhbərlik keyfiyyətləridir. Birləşmiş Millətlər Təşkilatına üzv dövlətlərin üçdə ikisini əhatə edən Qoşulmama Hərəkatı qlobal həmrəyliyin formalaşdırılmasında əhəmiyyətli rol oynayır. Dövlət başçımızın bu təşəbbüsü artıq dünyanın 130 ölkəsi tərəfindən dəstəklənib. BMT-nin 130-dək üzv dövləti tərəfindən Qoşulmama Hərəkatının Sədri statusunda Prezident İlham Əliyevin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi ölkəmizin dünya birliyində nüfuzunun artmasının göstəricisidir. Qürurverici haldır ki, təşəbbüsü dəstəkləyən ölkələr dünyanın bütün regionlarını əhatə edir. Dövlətlər tərəfindən bu məsələ ilə əlaqədar BMT Baş katibinə ünvanlanan məktublarda Prezident İlham Əliyevin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsünün vaxtında irəli sürülmüş və çox ehtiyac duyulan təşəbbüs olduğu vurğulanır. COVID-19 pandemiyası dünyanı cənginə aldığı gündən etibarən Azərbaycan dövlətinin, xüsusən Prezident İlham Əliyevin xəstəliklə mübarizə istiqamətində nümayiş etdirdiyi həmrəylik, qlobal əməkdaşlığa verdiyi töhfə yüksək səviyyədə qarşılanır. Azərbaycan Prezidentinin regional və qlobal səciyyə daşıyan və əməli addımlara söykənən fəaliyyəti ölkəmizin nüfuzunu göstərir”,-deyə rayon təşkilatının sədri qeyd edib.
Xəbər lenti
Hamısına baxSosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19

