Yeni Azərbaycan Partiyası Xızı rayon təşkilatının yaradılmasının 17-ci ildönümü qeyd olunub
27.02.2010 [21:40]
F.Haqverdiyev rayon təşkilatının yaranması və keçdiyi yoldan da danışıb. Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyası Xızı rayon təşkilatı 1993-cü ilin fevral ayının 26-da 21 nəfərin iştirakı təsis edilib: “Təşkilat rayonun ictimai-siyasi həyatında həmişə yaxından iştirak edib. Geridə qoyduğumuz 17 il ərzində rayon təşkilatının formalaşmasında, onun strukturunun təkmilləşdirilməsində və möhkəmləndirilməsində İdarə Heyəti və ilk partiya təşkilatları tərəfindən xeyli işlər görülüb. Partiya üzvlərinin çevik fəaliyyəti sayəsində rayon təşkilatı əsas aparıcı qüvvəyə çevrilib. Xızı rayon təşkilatı ötən 17 ildə respublikamızda keçirilən 4 prezident, 3 parlament, 2 ümumxalq səsverməsində (referendum), 3 bələdiyyə seçkilərində öz mübarizliyini, təşkilatçılq məharətini, insanlar arasında olan nüfuz və hörmətini nümayiş etdirib. Dövlətçiliyimizin möhkəmlənməsi, demokratiyanın bərqərar olunması, partiyanın irəli sürdüyü prinsiplərin həyata keçirilməsi naminə bütün imkanlardan bacarıqla istifadə edilib. Hazırda YAP Xızı rayon təşkilatı 1629 nəfər üzvü 41 ilk partiya təşkilatında birləşdirir. YAP üzvlərinin 338 nəfəri ziyalılar, qalan hissəsi isə digər sahələrdə çalışanlar təşkil edir. Rayon təşkilatı üzvlərinin 706 nəfəri qadınlar, 736 nəfəri isə gənclərdir. Son 3 ildə partiya sıralarına qəbul olunanların sayı 591 nəfər, 2009-cu ildə isə 203 nəfər, o cümlədən, 126 nəfəri qadınlar, 112 nəfəri isə gənclər olub”.
Sonra çıxış edən YAP Xızı rayon təşkilatı Qadınlar Şurasının sədri Svetlana Rüstəmova da partiyanın keçdiyi şərəfli yola nəzər salaraq qeyd edib ki, bu gün partiyanın rayon təşkilatı öz işlərini günün tələbləri səviyyəsində qurur: “Həmişə olduğu kimi, yenə də partiyamızın sıraları genişlənir və bu istiqamətdə aparılan işlərdə qadınlarımız həmişə irəli çəkiliblər. ötən il partiya sıralarına qəbul olunan 203 nəfərdən 126 nəfərini qadınlar təşkil edir. Eyni zamanda, biz qadınlar da həmişə fəal olmağa çalışırıq və dövlətçiliyimiz üçün görülən işlərə töhfə vermək əzmindəyik. ölkəmizdə keçirilən prezident, referendum və bələdiyyə seçkilərində qadınlarımız var qüvvəsi ilə çalışaraq partiya tapşırıqlarını layiqincə yerinə yetirib”.
YAP Siyasi Şurasının üzvü, Xızı rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev isə ölkəmizdə və Xızı rayonunda aparılan tikinti-quruculuq işlərindən danışıb. Natiq, həmçinin, partiyanın rayon təşkilatının ötən illərdə gördüyü işlərdən söz açaraq bildirib ki, rayon təşkilatı bütün tədbirlərdə yaxından iştirak edib. Ona görə də, Yeni Azərbaycan Partiyası Xızı rayon təşkilatının fəaliyyətini qənaətbəxş hesab etmək olar.
Sonra çıxış edən YAP Xızı rayon təşkilatı Gənclər Birliyinin sədr əvəzi Pərviz Zeynalov rayon gənclərinin partiya ətrafında sıx birliyindən söz açıb. Sonda partiya sıralarına yeni qəbul olunmuş üzvlərə partiya üzvlük vəsiqələri və partiya fəallarına fəxri fərmanlar verilib, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə müraciət qəbul olunub.
Xəbər lenti
Hamısına baxDünya
04 Dekabr 12:34
Gündəm
04 Dekabr 12:22
Dünya
04 Dekabr 12:10
Gündəm
04 Dekabr 11:56
Gündəm
04 Dekabr 11:45
Siyasət
04 Dekabr 11:30
İqtisadiyyat
04 Dekabr 11:28
İqtisadiyyat
04 Dekabr 11:27
Hadisə
04 Dekabr 11:27
Siyasət
04 Dekabr 11:13
Siyasət
04 Dekabr 10:59
Siyasət
04 Dekabr 10:38
Siyasət
04 Dekabr 10:37
İqtisadiyyat
04 Dekabr 10:36
Siyasət
04 Dekabr 10:28
İqtisadiyyat
04 Dekabr 10:17
MEDİA
04 Dekabr 09:55
Hadisə
04 Dekabr 09:50
Analitik
04 Dekabr 09:38
Siyasət
04 Dekabr 09:15
Analitik
04 Dekabr 08:51
Analitik
04 Dekabr 08:36
Sosial
04 Dekabr 08:13
Dünya
04 Dekabr 08:05
Dünya
04 Dekabr 08:04
Dünya
04 Dekabr 08:04
Dünya
04 Dekabr 08:03
İqtisadiyyat
03 Dekabr 23:14
Dünya
03 Dekabr 22:48
Dünya
03 Dekabr 22:16
Dünya
03 Dekabr 21:54
Dünya
03 Dekabr 21:22
Dünya
03 Dekabr 20:51
İqtisadiyyat
03 Dekabr 20:19
İdman
03 Dekabr 19:45
Sosial
03 Dekabr 19:17
İdman
03 Dekabr 19:07
YAP xəbərləri
03 Dekabr 18:33
Xəbər lenti
03 Dekabr 17:36
Hərbi
03 Dekabr 17:36
YAP xəbərləri
03 Dekabr 17:22
Sosial
03 Dekabr 16:19
YAP xəbərləri
03 Dekabr 15:20
Hadisə
03 Dekabr 15:08
Sosial
03 Dekabr 15:06
Sosial
03 Dekabr 14:02
Xəbər lenti
03 Dekabr 13:38
İqtisadiyyat
03 Dekabr 12:40
Dünya
03 Dekabr 12:29
İdman
03 Dekabr 12:25
Sosial
03 Dekabr 12:23
Gündəm
03 Dekabr 11:59
Siyasət
03 Dekabr 11:45
Siyasət
03 Dekabr 11:40
İqtisadiyyat
03 Dekabr 11:39
Siyasət
03 Dekabr 11:29
Sosial
03 Dekabr 11:16
İqtisadiyyat
03 Dekabr 11:15
İqtisadiyyat
03 Dekabr 11:14
İqtisadiyyat
03 Dekabr 10:57
İqtisadiyyat
03 Dekabr 10:55
İqtisadiyyat
03 Dekabr 10:52
İqtisadiyyat
03 Dekabr 10:35
MEDİA
03 Dekabr 10:18
Analitik
03 Dekabr 09:57
Analitik
03 Dekabr 09:31
Analitik
03 Dekabr 09:16
Analitik
03 Dekabr 08:59
Sosial
03 Dekabr 08:36
Sosial
03 Dekabr 08:12

