/ / Qəbul imtahanlarında 600 baldan yüksək nəticə göstərən yevlaxlı məzunlarla onlayn formatda görüş keçirilib
Qəbul imtahanlarında 600 baldan yüksək nəticə göstərən yevlaxlı məzunlarla onlayn formatda görüş keçirilib
14.09.2020 [10:26]
Bu il ali məktəblərə keçirilən qəbul imtahanlarında 600 baldan yüksək nəticə göstərən bir qrup yevlaxlı məzunla onlayn formatda görüş keçirilib.
Yeni Azərbaycan Partiyası (YAP)Yevlax rayon təşkilatının təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə açan rayon təşkilatının Aparat rəhbəri Rafiq Əliyev öncə bütün məzunları rayon təşkilatı adından təbrik edib. Rafiq Əliyev ölkəmizdə hər zaman bilikli və bacarıqlı gənclərə böyük önəm verildiyini bildirərək, bu gün yüksək nəticələr əldə etmiş məzunların da gələcəkdə dövlətimiz üçün savadlı mütəxəssis kimi formalaşacağını deyib.
Çıxış edən YAP Yevlax rayon təşkilatının sədri, Milli Məclisin deputatı İlham Məmmədov Ümummilli Liderimiz Heydər Əliyevin "Təhsil millətin gələcəyidir" sözlərini xatırladaraq bildirib ki, bu gün dövlətimiz tərəfindən təhsilin inkişafına böyük önəm verilir. Cənab Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə son illərdə təhsilimizin yüksələn xətlə inkişafından danışan millət vəkili, ölkəmizin hər bir bölgəsində, hətta ucqar dağ kəndlərində belə müasir tələblərə cavab verən yeni məktəb binalarının tikilərək istifadəyə verildiyini diqqətə çatdırıb. İlham Məmmədov yüksək bal toplayaraq universitetlərə qəbul olan tələbələrin hər birini təbrik edərək əmin olduğunu bildirib ki, onlar müstəqil Azərbaycanın, o cümlədən Yevlağın gələcək həyatında yaxından iştirak edəcək və öz bilik-bacarıqları ilə dövlətimizin gələcək inkişafı naminə səylə çalışacaqlar. Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini, YAP Yevlax rayon təşkilatının sədr müavini Elnarə Əzizova isə yüksək nəticə göstərən məzunları Yevlax şəhər İcra Hakimiyyətinin rəhbərliyi adından təbrik edib.
YAP Yevlax rayon təşkilatı Qadınlar Şurasının sədri,"Kür" qəzetinin baş redaktoru Əminə Əhmədova isə bu gənclərin gələcəkdə harda olmalarından asılı olmayaraq Yevlağın hər zaman onların uğurları ilə fəxr edəcəyini bildirib.
Çıxış edən Yevlax şəhər Təhsil şöbəsinin müdiri Namidə Abbasova ötən illərə nisbətən bu il ali məktəblərə qəbul imtahanlarında Yevlax məktəblilərinin yüksək nəticələr göstərdiyini və bu göstəricilərin şəhərdə təhsilin inkişafının bariz göstəricisi olduğunu vurğulayıb. Bu uğurlu nəticələrə görə həm bütün məzunları, həm də onların müəllimlərini təbrik edən Namidə Abbasova məzunlara gələcək təhsil həyatlarında uğurlar arzulayıb.
Yevlax gəncləri adından çıxış edən YAP Yevlax rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Fərid Vaqifli elm yolunda çəkilən bütün əziyyətlərin heç zaman hədər getmədiyini bildirib.
Videkonfrans öz işini qarşılıqlı müzakirələrə davam etdirib.
Qeyd edək ki, həmin tədbirdən sonra ali təhsil müəssələrinə qəbul imtahanlarında 600 baldan yuxarı nəticə göstərən bir qrup yevlaxlı abituriyent YAP Yevlax rayon təşkilatının qərargahına dəvət olunub. Qərargahda onlar YAP Yevlax rayon təşkilatının sədri, Milli Məclisin deputatı İlham Məmmədov tərəfindən fəxri fərman və hədiyyələrlə təltif olunublar.
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35

