/ / Yeni Azərbaycan Partiyası ilə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası arasındakı münasibətlər strateji əhəmiyyət daşıyır
Yeni Azərbaycan Partiyası ilə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası arasındakı münasibətlər strateji əhəmiyyət daşıyır
24.10.2020 [09:12]
Yeni Azərbaycan Partiyası (YAP) ilə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) arasında əlaqələr günbəgün genişlənir və iki qardaş ölkənin münasibətlərinin dinamikasının qorunmasına faydalı töhfələr verir. Hər iki partiya qarşılıqlı münasibətlərin inkişafında maraqlıdır.
Bu fikirləri Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü, partiyanın Türkiyə və AKP üzrə koordinatoru Ramil Həsən Yeni Azərbaycan Partiyası, parlament nümayəndə heyətinin Ankaraya səfərinin yekunlarını AZƏRTAC-a şərh edərkən ifadə edib.
Yeni Azərbaycan Partiyasının Türkiyənin siyasi partiya və mərkəzləri ilə münasibətlərin inkişafına daim diqqət göstərdiyini xatırladan Azərbaycan nümayəndə heyətinin rəhbəri Ramil Həsən deyib: “Ankaraya səfər çərçivəsində AKP Sədrinin birinci müavini Numan Kurtulmuş, AKP-nin Baş katibi Fatih Şahin, AKP Sədrinin Xarici Əlaqələr üzrə müavini və bu sahə üzrə şöbənin rəhbəri Cevdet Yılmaz, AKP Gənclər Birliyinin sədri Ahmet Büyükgümüş, Türkiyə Respublikası Xarici İşlər nazirinin müavini Yavuz Selim Kıran, həmçinin AKP-nin Türkiyə Böyük Millət Məclisindəki (TBMM) fraksiyasının rəhbəri Cahit Özkan və Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım və dostluq qrupunun üzvləri ilə keçirdiyimiz bütün görüşlər səmərəli və yaddaqalandır. Əvvəla qeyd etməliyəm ki, bütün görüşlərdə müzakirələrin əsas xətti Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin və davamlı hücumlarının nəticəsində bölgədə yaranmış hərbi qarşıdurma təşkil edirdi. Olduqca əlamətdardır ki, bütün Türkiyə tərəfi Prezident İlham Əliyevin Komandanlığı ilə Silahlı Qüvvələrimizin həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatlarından böyük qürur keçirir. Ümumiyyətlə Türkiyənin hazırkı ictimai-siyasi həyatındakı mövzu torpaqlarımızın işğaldan azad edilməsidir. Hər kəs bu prosesdə özünü Azərbaycan fədaisi görür. Prezident İlham Əliyevin cəbhə xəbərləri ilə bağlı xalqımıza müraciətləri və sosial şəbəkə paylaşımları Türkiyədə sonsuz böyük intizarla gözlənilir, izlənilir və paylaşılır”.
Yeni Azərbaycan Partiyası ilə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası arasındakı münasibətlərin strateji əhəmiyyət daşıdığını diqqətə çatdıran deputat Ramil Həsən deyib: “Görüşlərdə dəfələrlə qeyd olundu ki, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev ilə Türkiyə Prezidenti, Ədalət və İnkişaf Partiyasının Sədri Rəcəb Tayyib Ərdoğanın qarşılıqlı səmimi münasibətləri, milli maraqlarımızın qorunması üçün birgə addımlarının cəmiyyətlərimizdə yüksək dəyərləndirilir. Ölkələrimizdə demokratiyanın, azad və ədalətli seçki mühitinin, milli mənəvi dəyərlərin, eləcə də insan haqlarının qorunması və digər sahələrdə əməkdaşlığın faydalı istiqamətləri barədə məsləhətləşmələr apardıq”.
Xatırladaq ki, Ramil Həsənin rəhbərlik etdiyi heyətə, Azərbaycan parlamentinin digər deputatı, YAP Siyasi Şurasının üzvü Ramin Məmmədov daxil olub.
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59

