/ / Son 17 il ərzində həyata keçirilən sosial-iqtisadi siyasət Azərbaycanın dayanıqlı inkişafını təmin edib
Son 17 il ərzində həyata keçirilən sosial-iqtisadi siyasət Azərbaycanın dayanıqlı inkişafını təmin edib
25.12.2020 [09:25]
Qaradağ Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının birgə təşəbbüsü ilə “Azərbaycan tarixinə şərəf, ləyaqət, qürur səhifəsi yazan Ali Baş Komandan - İlham Əliyev” mövzusunda videokonfrans formatında tədbir keçirilib.
Tədbiri giriş sözü ilə YAP Qaradağ rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü, millət vəkili Aydın Hüseynov açaraq bildirib ki, son 17 il ərzində Heydər Əliyev siyasətini bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən səmərəli sosial-iqtisadi siyasət, dərin islahatlar strategiyası Azərbaycanın dayanıqlı inkişafını təmin edib, ölkəmizin qarşısında yeni perspektivlər açılıb. Azərbaycan xalqı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti birmənalı şəkildə dəstəkləyir, bu siyasətə alternativ görmür, əldə olunan uğurları yüksək qiymətləndirir. Prezident İlham Əliyevin siyasi fəaliyyətindən geniş bəhs edən A.Hüseynov, həmçinin Azərbaycanın milli maraqlarının yüksək səviyyədə qorunması naminə ölkə rəhbərinin uğurlu fəaliyyəti ilə bərabər güclü və müasir ordu quruculuğu, Vətən müharibəsində böyük zəfər qazanılması və ərazi bütovlüyünün təmin edilməsi uğrunda dövlətimizin başçısının misilsiz fəaliyyətindən danışıb. Millət vəkili qeyd edib ki, xalqımızın Prezident İlham Əliyevə, ordumuza sonsuz inamı, ölkəmizdə mövcud olan milli birlik qazanılan qələbənin əsaslarını təşkil edir.
Sonra Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı, YAP Qaradağ rayon təşkilatının sədr müavini Süleyman Mikayılov çıxış edərək vurğulayıb ki, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev bütün fəaliyyətində Azərbaycan xalqının iradəsini ifadə edir. Dövlətimizin başçısı Azərbaycanın tərəqqisini təmin edən strateji inkişaf paradiqmalarını dəqiq müəyyən edib. İlk növbədə, inkişafın milli - Azərbaycan modelinin formalaşdırılması, yeni keyfiyyət çalarları ilə zənginləşdirilməsi mühüm məqsəd və vəzifə kimi təsbit olunub, bu hədəfə çatmaq üçün həyata keçirilən məqsədyönlü tədbirlər səmərəli nəticələr verib.
S.Mikayılov qeyd edib ki, inkişafın Azərbaycan modelini dünyaya təqdim edən əvəzsiz Lider İlham Əliyev vətəndaşların sosial problemlərinin həllini prioritet tutmaqla yanaşı, həm də 30 ilə yaxın düşmən işğalında olmuş Azərbaycan torpaqlarını azadlığa qovuşdurdu.
Tədbirdə, həmçinin YAP Qaradağ rayon təşkilatının Şura üzvü, Ə.Əmirov adna NQÇİ-nin rəisi Fəxri Haqverdiyev və təşkilatın Gənclər Birliyinin sədri Seyidməmməd Məmmədzadə çıxış edərək Prezident İlham Əliyevin uğurlu siyasətinin əhəmiyyətindən bəhs ediblər.
Xəbər lenti
Hamısına baxDünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41

