YAP Qadınlar Şurası “Zəfər tariximizdə həmrəylik nümunəsi” mövzusunda videokonfrans keçirib
31.12.2020 [10:06]
Dekabrın 30-da Yeni Azərbaycan Partiyası Qadınlar Şurası 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə “Zəfər tariximizdə həmrəylik nümunəsi” mövzusunda videokonfrans keçirib.
Videokonfransı giriş sözü ilə açan YAP Qadınlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü, Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva qarşıdan gələn 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib. N.Əliyeva bildirib ki, Azərbaycan 30 il ərzində Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə ümid edirdi. Bu baxımdan, konstruktivlik nümayiş etdirərək sülh prosesinə sadiqliyini göstərirdi. Amma işğalçı Ermənistan müxtəlif bəhanələrlə status-kvonu qoruyub saxlamağa çalışırdı. Eyni zamanda, bu müddət ərzində münaqişənin nizamlanması prosesində vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanın işğalçılıq siyasətinə son qoyulması üçün ciddi addımlar atmayıb, təcavüzkara qarşı heç bir təzyiq göstərməyiblər.
Onun sözlərinə görə, belə olan halda sentyabrın 27-də Azərbaycan Ordusu Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq əks-hücum əməliyyatlarına başladı. 44 gün davam edən Vətən müharibəsində Azərbaycan xalqı böyük qələbə qazandı: “Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu, qəhrəman əsgər və zabitlərimiz 44 gün ərzində böyük şücaət göstərərək bu qələbəni təmin etdilər. Döyüş meydanında qazandığımız uğurlar erməni tərəfini təslim olmağa məcbur etdi. Bütövlükdə, 44 günlük Vətən müharibəsi Azərbaycanın, ordumuzun, qəhrəman əsgərlərimizin gücünü, qüdrətini bütün dünyaya göstərdi. Xüsusilə qeyd etmək istəyirəm ki, bu dövrdə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan həm hərb meydanında, həm diplomatik müstəvidə, həm də informasiya müharibəsində böyük üstünlük nümayiş etdirdi. Təbii ki, qazandığımız qələbədə bu amil müstəsna rol oynayır”.
YAP Qadınlar Şurasının sədri, qazanılan Zəfərdə xalqımızın həmrəyliyinin də xüsusi rol oynadığını diqqətə çatdırıb. N.Əliyeva söyləyib ki, Vətən müharibəsinin davam etdiyi günlərdə bütün cəmiyyətimiz misilsiz dərəcədə birlik və həmrəylik ifadə edib. Məhz Xalq-Ordu-Ali Baş Komandan birliyi parlaq zəfərimizin əldə edilməsində müstəsna əhəmiyyət kəsb edir. O, torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin xalqımız tərəfindən daim uca tutulduğunu söyləyib.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva çıxış edərək bildirib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikası ərazisinə hərbi təcavüzü nəticəsində mülki əhali arasında çoxsaylı insan tələfatı baş verib, təhsil və səhiyyə müəssisələri, sosial, mədəni, tarixi, dini obyektlər ağır artilleriya qurğularından və qadağan olunmuş silahlardan istifadə edilməklə dağıdılıb, sülh və insanlıq əleyhinə müharibə cinayətlərinin qurbanı olub. Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsində xalqımız həmrəylik nümayiş etdirərək Ali Baş Komandanımızın və ordumuzun ətrafında birləşərək möhtəşəm zəfərə imza atıb.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova da çıxışında möhtəşəm tarixi qələbə əldə etməyimizdə milli həmrəyliyimizin rolundan danışıb. Onun sözlərinə görə, qarşıda mühüm vəzifələr dayanır. Belə ki, işğaldan azad olunmuş ərazilərimizin bərpası ən mühüm vəzifələrimizdəndir. Gülçöhrə Məmmədova bu məsələdə də xalqımızın həmrəylik nümayiş etdirəcəyinə əmin olduğunu bildirib.
YAP Şuşa rayon təşkilatı Qadınlar Şurasının sədri Vüsalə Fətəliyeva çıxışında Vətən müharibəsində qələbəmizin qazanılmasında həmrəyliyimizin əhəmiyyətini vurğulayıb. O, belə tədbirlərin yaxın gələcəkdə Şuşa şəhərində də keçiriləcəyinə əmin olduğunu bildirib.
Xəbər lenti
Hamısına baxElm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42
Analitik
04 Sentyabr 09:18
Sosial
04 Sentyabr 08:50
MEDİA
04 Sentyabr 08:37
Dünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Siyasət
03 Sentyabr 18:55
Dünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49

