Məzahir Bayramov: 2020-ci il ölkəmizin tarixinə şanlı səhifə kimi yazıldı
14.01.2021 [09:30]
“Yola saldığımız 2020-ci il ölkəmizin tarixinə şanlı səhifə kimi yazıldı. Şübhəsiz ki, bu ilin ən böyük hadisəsi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsinin Azərbaycanın qələbəsi ilə başa çatması oldu. 30 ilə yaxın həsrətində olduğumuz torpaqlarımız işğaldan azad edildi, Azərbaycanın ərazi bütövlüyü tam şəkildə bərpa olundu. Bu, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin Ulu Öndər Heydər Əliyevin ideyalarına söykənən siyasətinin, diplomatiyasının möhtəşəm uğuru və Ali Baş Komandan kimi sərkərdəlik məharətinin ifadəsi, ölkədə bərqərar olan milli birliyin, şanlı ordumuzun və cəngavər əsgərlərimizin, zabitlərimizin qələbəsidir”. Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Tovuz rayon təşkilatının sədri Məzahir Bayramov deyib.
Məzahir Bayramov bildirib ki, Vətən müharibəsi belə bir həqiqəti bir daha təsdiq etdi ki, qələbənin əldə olunmasında iqtisadi və hərbi potensiallarla yanaşı, mənəvi potensial və meyarlar da çox önəmlidir və daha böyük əhəmiyyət kəsb edir.
Onun sözlərinə görə, müharibə Ulu Öndər Heydər Əliyevin vətənpərvərlik ideyalarının, vətənimiz üçün iftixar hissinin, vətənin müdafiəsinə hazır olmaq hissinin gənc nəslin şüurunda möhkəm bərqərar olduğunu əyani surətdə göstərmiş oldu. Azərbaycan əsgərinin hünəri, cəsarəti, cəngavərliyi kor-koranə hərəkət deyildi. Bütün bunlar insanın öz həyatını şüurlu surətdə qurban verdiyi işin düzgünlüyünə inamdan doğur.
“Zaman erməni faşizminin darmadağın edilməsinin böyük əhəmiyyətini getdikcə daha da artıracaq. Bununla belə faşizmin ardıcıllarına və müdafiəçilərinə hələ də təsadüf edildiyi bir vaxtda daha da ayıq-sayıq olmalıyıq. Ermənistanın və erməniliyin intiqam hissi ilə yaşadığını heç bir vaxt unutmamalıyıq. Xalqımıza qarşı düşmənçilik siyasəti yeridən Ermənistanın təcavüzkar təbiətinə və saxtakarlıqlarına qarşı mübarizə ideoloji fəaliyyətimizdə öz aktuallığını hər zaman saxlamalıdır. Ölkə başçısı İlham Əliyevin siyasəti, diplomatiyası uzaq hədəflərə hesablanıb, regionda sabitliyə, təhlükəsizliyə hesablanıb. Ermənistanın baş naziri isə bunların əksinə olaraq müharibənin əvvəlindən havadarlarına arxalanaraq ölkəsinin boyundan və imkanlarından böyük pafoslu çıxışlar edirdi. O, bu gün də yalan və şantaj dolu çıxışlarını davam etdirir və getdikcə daha artıq dərəcədə iflasa uğrayır. Reallıq isə öz işini görməkdədir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev müasir Azərbaycanın Lideri kimi ölkəmizin maraqlarının və mənafeyinin keşiyindədir”, - deyə təşkilat sədri vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33

