Yevlaxda “Şəhidlər - torpağı Vətən edənlər” mövzusunda videokonfrans keçirilib
20.01.2021 [09:57]
Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatı Qadınlar Şurası 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş “Şəhidlər - torpağı Vətən edənlər” mövzusunda videokonfrans keçirib. 20 Yanvar faciəsində, eləcə də torpaqlarımızın azadlığı uğrunda şəhid olan soydaşlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra videokonfransı giriş sözü ilə YAP Yevlax rayon təşkilatı Qadınlar Şurasının sədri Əminə Əhmədova açıb.
Videokonfransda çıxış edən Milli Məclisin deputatı, YAP Yevlax rayon təşkilatının sədri İlham Məmmədov öncə bildirib ki, 20 yanvar hadisəsi Azərbaycan xalqının həyatında bir dönüş mərhələsi oldu. Millət vəkili onu da qeyd edib ki, bu gün Azərbaycan öz tarixinin ən möhtəşəm günlərini yaşayır: “Sonu zəfərlə bitən Vətən müharibəsində bütün Azərbaycan xalqı kimi yevlaxlılar da birlik, həmrəylik nümayiş etdirdilər. İgid əsgərlərimiz odlu-alovlu döyüşlərə atılaraq şəhid oldu, qazi kimi, qəhrəman kimi döndülər. Vətəni qorumaq üçün canlarından keçən şəhidlərimiz xalqımızın qəlbində əbədi olaraq yaşayacaq”.
YAP Qadınlar Şurasının sədri, professor, Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva çıxışına Azərbaycanın 30 illik tarixinə nəzər salmaqla başlayıb və Azərbaycan qadınının ölkəmizin ictimai-siyasi həyatındakı rolundan danışıb: “20 Yanvar günü biz şahid olduq ki, həmin şaxtalı gecədə qəsbkar ordunun qarşısını kəsmək üçün oğullarımızla bərabər, qızlarımız da küçələrə çıxmışdılar. Azadlıq ideyası uğrunda biz xeyli şəhid verdik, həmin gecə küçələrdən qan sel kimi axırdı. Lakin bu bizim əzmimizi, iradəmizi qıra bilmədi”.
Professor onu da qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin əmrinə hazır olan əsgərlərimiz 30 il işğal altında inləyən torpaqlarımızı 44 gün ərzində düşməndən azad edərək, ərazi bütövlüyümüzü təmin etdi.
Çıxışına tədbirdə iştirak edən şəhid analarını salamlamaqla başlayan Milli Məclisin deputatı Məlahət İbrahimqızı 20 Yanvar gecəsində xalqımıza qarşı terror törədildiyini və yüzlərlə günahsız insanın qanının axıdıldığını qeyd edib. Natiq bildirib ki, bu il biz ilk dəfədir ki, 20 Yanvar faciəsini başımızı dik tutaraq, qalib xalqın, qalib ordunun nümayəndələri kimi qeyd edirik.
Milli Məclisin deputatı, YAP Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva isə xalqımızın 30 ildən sonra ilk dəfə olaraq qələbə sevincini yaşadığını, bunun üçün şəhidlərimizə, qazilərimizə, igid əsgərlərimizə borclu olduğumuzu deyib.
Videokonfransda həmçinin Milli Məclisin deputatı, YAP Qadınlar Şurasının sədr müavini Sevinc Hüseynova, Milli Məclisin deputatı, YAP Gəncə şəhər təşkilatı Qadınlar Şurasının sədri Pərvin Kərimzadə, Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini, YAP Yevlax rayon təşkilatının sədr müavini Elnarə Əzizova, 20 Yanvar faciəsində sağlamlığını itirmiş Cahid Nəbiyev, o cümlədən şəhid anaları - Güllü Bərxudarova, Mehriban Abbasova çıxış ediblər. Çıxışlarda azadlığımızın ilk toxumunu səpən, ölümün gözünə dik baxan 20 Yanvar şəhidlərinin bugünkü müstəqilliyimizin ilk carçıları olduğu bildirilib. O da xüsusi olaraq qeyd olunub ki, 44 günlük Vətən müharibəsi zamanı müzəffər Ordumuz Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə bütün şəhidlərimizin qisasını aldı.
Sonda çıxış edən YAP Yevlax rayon təşkilatı Qadınlar Şurasının sədri Əminə Əhmədova deyib ki, bu ölkənin vəzifəsindən, statusundan asılı olmayaraq bütün vətəndaşları bir amala xidmət edir- doğma Azərbaycanımızın daha da çiçəklənməsi və qüdrətlənməsi. 44 günlük savaş bizə bu həqiqəti bir daha anlatdı.
Xəbər lenti
Hamısına baxDünya
07 Sentyabr 09:15
Dünya
07 Sentyabr 08:50
Dünya
07 Sentyabr 08:37
Dünya
06 Sentyabr 23:19
İdman
06 Sentyabr 22:40
Dünya
06 Sentyabr 21:54
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Siyasət
06 Sentyabr 18:45
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Dünya
06 Sentyabr 15:59
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Siyasət
06 Sentyabr 11:46
Dünya
06 Sentyabr 11:43
Siyasət
06 Sentyabr 11:36
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Sosial
06 Sentyabr 10:47
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10

