/ / Allahverdi Haxverdiyev: İnanırıq ki, qısa zaman kəsiyində işğaldan azad olunmuş rayonlarda həyat yenidən canlanacaq
Allahverdi Haxverdiyev: İnanırıq ki, qısa zaman kəsiyində işğaldan azad olunmuş rayonlarda həyat yenidən canlanacaq
02.02.2021 [09:49]
“Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə artıq işğaldan azad edilən rayonlarımızın, şəhər və kəndlərimizin yenidən qurulması prosesinə başlanılıb. 2020-ci ildə Vətən müharibəsində əldə edilən qələbə Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına şərait yaratmaqla yanaşı, ölkəmizin gələcək inkişafında yeni mərhələnin başlanğıcını qoydu. Yeni mərhələdə bu regionlar yenidən dirçəldiləcək, həmin ərazilərdə kənd təsərrüfatının, sənayenin inkişafına zəmin yaradılacaq. 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə çıxış edən Prezident İlham Əliyev də bildirdi ki, indi torpaqlar azad edilib, indi böyük qayıdış başlanmalıdır, böyük inkişaf prosesləri başlanmalıdır. Dövlət başçısı vurğuladı ki, biz bütün bu işləri daha da fəal, daha da məqsədyönlü şəkildə aparmalıyıq ki, Azərbaycanın imkanlarını genişləndirək və ölkəmizin inkişaf dinamikasını artıraq”. Bunu qəzetimizə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Qubadlı rayon təşkilatının sədri Allahverdi Haxverdiyev deyib. Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə mühüm infrastrukturlar yaradılacaq və öz ata-baba yurduna qayıdan insanlarımızın sosial problemləri də öz həllini tapacaq.
“İnanırıq ki, qısa zaman kəsiyində işğaldan azad olunmuş rayonlarda həyat yenidən canlanacaq və öz doğma yurd-yuvalarına qayıdan vətəndaşlarımız rahat yaşayış şərtləri ilə təmin ediləcəklər. Qısa zamanda bir sıra bölgələrimizdə vacib infrastrukturlar yaradılıb, elektrik enerjisi ilə təminat, su təminatı bərpa olunub. Azərbaycan qüdrətli dövlətdir və ölkəmizin maliyyə sabitliyi imkan verir ki, işğaldan azad edilmiş bölgələrimiz də digər rayonlarımız kimi yenidən qurulsun və özünün inkişaf mərhələsinə qədəm qoysun”, - deyə A.Haxverdiyev əlavə edib.
Rayon təşkilatının sədri vurğulayıb ki, mütəxəssislər işğaldan azad edilən ərazilərimizin iqtisadi potensialını da yüksək qiymətləndirirlər. Yəni bu regionlarda həyatın bərpası, qaçqın və məcburi köçkünlərimizin evlərinə qayıdışı ölkəmizdə kənd təsərrüfatının və digər sahələrin inkişafına əhəmiyyətli təsir göstərəcək. Bu, ölkəmizin aqrar sektorunun inkişafı ilə yanaşı, işsizliyin aradan qaldırılmasına da xidmət göstərir.
PƏRVİZ
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59

