Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Suraxanı rayon təşkilatının nümayəndələri qaziləri ziyarət ediblər

YAP Suraxanı rayon təşkilatının nümayəndələri qaziləri ziyarət ediblər

27.05.2021 [09:31]

Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatının nümayəndələri Vətən müharibəsi qaziləri - Yeni Suraxanı qəsəbəsi sakini Azad Firidun oğlu Sultanovu və Binə qəsəbəsi Südçülük yaşayış sahəsinin sakini Namiq Arif oğlu Rufullayevi ziyarət edib və onların qayğıları ilə maraqlanıblar.
Səmimi keçən görüşlər zamanı qazilərimizin şərəfli döyüş yolunu yüksək qiymətləndirən YAP Suraxanı rayon təşkilatının sədri V.Seyidov hər bir Azərbaycan vətəndaşının qazilərə və şəhid ailələrinə xüsusi diqqətlə yanaşmağa borclu olduğunu bildirib. Rayon təşkilatının sədri, eyni zamanda, şəhidlərimizin xatirəsini əziz tutaraq onların ruhları qarşısında baş əydiyini ifadə edib, qəhrəman şəhidlərimizin bütün xalqımıza heç vaxt unudulmayacaq bir qələbə ərmağan etdiyini vurğulayıb.
Sonda qazilər və ailə üzvləri göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.

Paylaş:
Baxılıb: 586 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Gündəm

İqtisadiyyat

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31