Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Səbail rayon təşkilatının üzvləri şəhid Vüsal Həsənovun məzarını ziyarət ediblər

YAP Səbail rayon təşkilatının üzvləri şəhid Vüsal Həsənovun məzarını ziyarət ediblər

05.08.2021 [09:03]

Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Vüsal Həsənovun ad günü onun məzarı başında qeyd olunub. Anım mərasimində Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının üzvləri və şəhidin yaxınları iştirak ediblər.
Şəhidin məzarı üzərinə gül-çiçək dəstələri düzülüb. Mərasimdə şəhidimizin əziz xatirəsi yad edilib, onunla bağlı xatirələr danışılıb. Şəhidin anası Mərifət xanım göstərilən yüksək diqqət və qayğıya görə öz təşəkkürünü bildirib.
Vurğulanıb ki, 24 yaşı tamam olan Vüsal Həsənov Vətən müharibəsinin ilk günlərindən ön cəbhədə qızğın döyüşlərdə iştirak edib. Ötən il oktyabrın 11-də Füzuli uğrunda ağır döyüşlər zamanı qəhrəmancasına həlak olaraq şəhidlik məqamına yüksəlib.
Qeyd edək ki, şəhidimizin nəşi Şabranın Zeyvə kənd qəbiristanlığında dəfn edilib. Ölümündən sonra Vüsal Həsənov Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif olunub.
MÜŞFİQƏ

Paylaş:
Baxılıb: 686 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31