“Böyük Zəfər Azərbaycan - Türkiyə Gəncliyinin Gözündə” mövzusunda videokonfrans keçirilib
03.11.2021 [19:39]
Noyabrın 3-də Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin və Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Parti) Gənclik Qollarının birgə təşkilatçılığı ilə 8 noyabr – Zəfər gününə həsr olunmuş “Böyük Zəfər Azərbaycan -Türkiyə Gəncliyinin Gözündə” mövzusunda videokonfrans keçirilib.
Videokonfransın moderatorları YAP Gənclər Birliyinin sədr müavini Fəsli Nəbiyev və AK Parti Gənclik Qollarının sədr müavini Nur Çümen hər iki partiyanın gəncləri arasında əlaqələrin uğurla inkişaf etdiyini bildiriblər.
Tədbirdə çıxış edən YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov deyib ki, 8 Noyabr - Zəfər Günü həm Azərbaycan həm də bütün türk dünyası gəncliyi üçün çox önəmli tarixdir. Qeyd edib ki, Azərbaycan 44 günlük Vətən müharibəsi dövründə Türkiyə dövlətinin və xalqının dəstəyini daim hiss edib. Müharibə dövründə 3000 nəfərə qədər şəhid verdiyimizi deyən YAP Gənclər Birliyinin sədri şəhidlərin xatirəsinin daim uca tutulduğunu, onların əziz xatirəsinin böyük ehtiramla yad edildiyini söyləyib. O, qazanılan böyük Zəfərin regionda yeni reallıqlar yaratdığını diqqətə çatdırıb: “Prezidentlərimiz İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə bölgədə sülhə, sabitliyə və əməkdaşlığa istiqamətlənən mühüm addımlar atılır. Biz də gənclər olaraq daim sülhə və inkişafa xidmət edən proseslərdə fəal olmalıyıq”.
19 il öncə noyabrın 3-də AK Partinin Türkiyədə iqtidara gəldiyini qeyd edən B.İslamov bu münasibətlə təbriklərini çatdırıb və AK Partiyə yeni-yeni uğurlar arzulayıb.
Çıxış edən AK Parti Gənclik Qollarının sədri Eyyüp Kadir İnan 8 Noyabr-Zəfər Günü münasibətilə xalqımızı təbrik edərək bildirib ki, bu Zəfər bütün türk dünyası gəncliyinin bayramıdır. O deyib ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etməklə haqqı, ədaləti bərpa edib: “Biz Türkiyə gəncliyi olaraq bundan sonra da azərbaycanlı qardaşlarımızla birgə addımlar atacağıq. Birliyimiz və bərabərliyimiz bundan sonra da davam edəcək. Bütün dünya bizim birliyimizə şahiddir”.
Türkiyənin xarici işlər nazirinin müavini Yavuz Səlim Kıran çıxışında Türkiyə-Azərbaycan birliyinin önəmindən bəhs edib. O bildirib ki, hər iki qardaş ölkənin taleyi birdir və daim birgə addımlayaraq nailiyyətlər qazanırlar: “Prezidentlərimiz Rəcəb Tayyib Ərdoğanla İlham Əliyevin qardaşlığı sayəsində birliyimiz daha da güclənir və bu birlik dünya üçün nümunədir. Türkiyə Xarici İşlər Nazirliyi olaraq beynəlxalq platformalarda hər zaman Azərbaycanı dəstəkləmişik. Bu dəstəyi bundan sonra da davam etdirəcəyik”.
Nazir müavini diqqətə çatdırıb ki, bu gün Türkiyə və Azərbaycan regionun uğurlu gələcəyi naminə böyük addımlar atır və bu addımlar bölgədə yaşayan bütün xalqlar üçün faydalıdır.
Sonra çıxış edən YAP Gənclər Birliyinin üzvü, Milli Məclisin deputatı Cəbi Quliyev diqqətə çatdırıb ki, Vətən müharibəsi zamanı həm də informasiya müharibəsi gedirdi. Bu müharibədə Azərbaycan və Türkiyə gəncləri birgə fəaliyyət göstərərək Ermənistanın cinayət əməllərinin dünya ictimaiyyətinə çatdırılmasında fəal iştirak ediblər.
AK Parti Ankara millət vəkili Zeynəb Yıldız çıxışında deyib ki, təkcə Qarabağ Zəfəri deyil, tariximizdə birlikdə qazandığımız ortaq qələbələrimiz də taleyimizin birliyinin ortaq təməlini yaratmaqdadır.
Çıxış edən YAP Gənclər Birliyinin üzvü, Milli Məclisin deputatı Səbinə Xasayeva qeyd edib ki, Azərbaycan və Türkiyə arasında əlaqələrin bugünkü inkişafı təkcə dövlətlərimizin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyinə mühüm töhfələr verir. Onun sözlərinə görə, Vətən müharibəsində qazanılan Zəfər həm də azərbaycanlı və türkiyəli gənclərin mənəvi birliyinin Zəfəridir.
AK Parti Gənclik Qollarının sədr müavini, siyasi və hüquqi işlər müdiri Əmir Yasin Kekeç çıxışında bildirib ki, gənclərimiz ölkəmizlə bağlı həqiqətləri, xüsusilə işğalçı Ermənistanın uzun illər ərzində xalqımıza və torpaqlarımıza qarşı apardığı qəddar vandalizm siyasətini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmalıdır. Bu baxımdan hər iki partiyanın gəncləri bundan sonra da səylərini gücləndirməlidir.
YAP Gənclər Birliyinin üzvü, Milli Məclisin deputatı Nurlan Həsənov isə çıxışında Azərbaycan və Türkiyə gənclərinin birliyinin əhəmiyyətindən danışıb. Qeyd edib ki, bu münasibətlərin daha da gücləndirilməsi gənclərin üzərinə düşən əsas vəzifələrdəndir.
Tədbirin sonunda YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov və AK Parti Gənclik Qollarının sədri Eyyüp Kadir İnan çıxış edərək videokonfransda faydalı müzakirələrin aparıldığını, hər iki partiyanın gənclərinin fəal əməkdaşlığının bundan sonra da uğurla davam edəcəyinə əminlik ifadə ediblər.
Xəbər lenti
Hamısına baxDünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48

