Yeni Azərbaycan Partiyasını təmsil edən gənclər beynəlxalq layihələrdə fəal iştirak edir
07.08.2010 [12:30]
Yeni Azərbaycan Partiyasının Gənclər Birliynin üzvləri Konrad Adenauer Fondunun Gürcüstanda təşkil etdiyi Cənubi Qafqazdan olan gənc siyasətçilər üçün siyasət üzrə yay məktəbində iştirak ediblər.
Gənc siyasətçilərə iqtisadi və sosial siyasət sahəsinə aid bu və digər spesifik suallara cavab verə bilmələri üçün imkanın yaradılması məqsədilə Konrad Adenauer Fondunun keçirdiyi yay məktəbində Yeni Azərbaycan Partiyasının Gənclər Birliyini İmran Muxtarov, Şahin İsmayılov və Orxan Abbasov təmsil edib.
Yay məktəbinin ilk günü Cənubi Qafqazdan olan gənc siyasətçilər üçün Konrad Adenauer Fondunun siyasət üzrə yay məktəbinin rəsmi açılış mərasiminə qatılan Yeni Azərbaycan Partiyası təmsilçiləri ilkin nitq ilə çıxış ediblər. Belə ki, İmran Muxtarov Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi haqqında məlumat verib və YAP Gənclər Birliyinin Azərbaycan Respublikasında, eləcə də, beynəlxalq əhəmiyyətli tədbirlərdə yüksək səviyyədə təmsil olunduğunu bildirib. Şahin İsmayılov isə öz nitqində YAP Gənclər Birliyinin iş fəaliyyətinə dair statistik məlumatı (üzvlərin sayı, həyata keçirilən tədbirlərin sayı və s.) iştirakçıların nəzərinə çatdırıb. Orxan Abbasov YAP Gənclər Birliyinin Azərbaycan Respublikasının gənclər siyasətinə verdiyi yüksək töhfələrdən söz açıb.
Yay məktəbinin ikinci günü “İqtisadi inkişaf - vergilər və sosial sistemlər: Sistemlərin vahid iş prinsipi” mövzusunda geniş seminara qatılan YAP-ın gənc təmsilçiləri “İqtisadi inkişaf nədir? İqtisadi inkişafın qiymətləndirilməsi; Vergilərin toplanması və analizi istiqamətində mümkün yolların təhlili; Vergi prosesinin əhəmiyyəti; Vergilərin xərclənmə mexanizmi; Avropa məkanında mövcud olan Vergilər Siyasəti” mövzularında müzakirələrə qatılıblar. İmran Muxtarov Azərbaycanın vergi sistemi, Şahin İsmayılov vergi islahatları, Orxan Abbasov isə vergilərin xərclənmə mexanizmi haqda məlumat veriblər.
İkinci iş günü, həmçinin, YAP-ın gənc təmsilçiləri Gürcüstan Parlamentində olaraq Gürcüstan Parlamentinin Büdcə və Maliyyə Komitəsi, Sağlamlıq və İctimai Məsələlər Komitəsinin nümayəndələri ilə görüşüblər. Onlar Gürcüstan paytaxtının mərkəzində yerləşən və ümummilli Lider Heydər Əliyevin adını daşıyan parkda da olublar və Ulu öndərimizin büstünü ziyarət ediblər. Yay məktəbinin üçüncü iş günü YAP-çı gənclər “İqtisadi Nəzəriyyələrin Müxtəlifliyi və Sosial Sistemlər” mövzusunu əhatə edən seminara qatılıblar. YAP Gənclər Birliyinin üzvlərinin seminarda iştirakı seminarın aparıcı mütəxəssisi Vladimir Zinoviev tərəfindən yüksək qiymətləndirilib. Belə ki, seminar çərçivəsində keçirilən qrup işi fəaliyyətləri, simulasiya təqdimatlarında gənclərimiz vergi siyasətinin tənzimlənməsi mövzusunda yüksək səviyyəli təqdimatın hazırlanmasında fəallıq göstəriblər. Həmin seminarda İmran Muxtarov Azərbaycan Republikasında həyata keçirilən vergi islahatlarının uğurları haqqında məlumat verib və lövhə modelli təqdimatın hazırlanmasında fəallıq göstərib. Şahin İsmayılov isə “Fiziki şəxslər və vergi uğuru” mövzusunda aparılan müzakirələrə qatılaraq uğurlu iqtisadi siyasət modeli olan Azərbaycanın təcrübəsini iştirakçılara çatdırıb. Digər gəncimiz Orxan Abbasov lövhə təqdimatının sorğu və suallar bölümünün moderatoru olub, iştirakçıların bütün suallarının təhlili prosesini aparıb.
Yay məktəbinin dördüncü iş günü gənc YAP-çılar “Sosial standartlar və iqtisadi inkişaf”, eləcə də, “İqtisadi inkişafın Avropa modeli” mövzularında seminara qatılıblar, Azərbaycan Respublikasında əmək və əhalinin sosial müdafiəsi siyasətinin uğurla həyata keçirildiyini iştirakçıların nəzərinə çatdırıblar.
Qeyd edək ki, gənclər layihənin təşkilatçıları tərəfindən qış aylarında keçirilməsi nəzərdə tutulan xarici siyasət və təhlükəsizlik siyasəti üzrə mövzulara həsr olunan növbəti tədbirə dəvət ediliblər. ümumiyyətlə, YAP-ı təmsil edən gənclər mütəmadi olaraq müxtəlif beynəlxalq tədbirlərdə fəal iştirak edir. Bu layihədə də iştirak edən gənclər onlara yaradılan şəraitə görə partiyanın rəhbərliyinə minnətdarlıq ediblər. Onlar vurğulayıblar ki, belə layihələr vasitəsilə Azərbaycan həqiqətləri, ölkəmizin inkişafı, eləcə də, Ermənistanın işğalçı siyasəti haqqında digər ölkələri təmsil edən gənclər məlumatlandırılır.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
Siyasət
16 Aprel 17:32
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19

