Heydər Əliyev müstəqil Azərbaycan naminə mübarizə aparıb
13.06.2022 [17:36]
Sovet İttifaqının süqutu bu imperiyada birləşən bütün xalqlara azadlıq və müstəqil dövlət qurmağa gözəl şans yaratdı. Azərbaycan 1991-cı ilin oktyabrında özünün müstəqillik aktını qəbul etməsi ilə tarixində ikinci dəfə dövlət qurmaq şansını əldə etdi. Hələ 1918-ci ilin 28 May tarixində elan edilən Azərbaycan Xalq Cümhuriyyəti çox aktiv və geniş miqyaslı fəaliyyət göstərməsinə baxmayaraq, cəmi 23 ay mövcudluğunu qoruyub saxlaya bilmişdi. 1991-ci ildə qurulan müstəqil Azərbaycan Respublikası 21 aydan sonra, yəni 1993-cü ilin iyun ayı yenidən müstəqilliyini itirmə təhlükəsi ilə üzləşdi. Tarix yenidən təkrarlanırdı.
1993-cü ilin Gəncə hadisələri bir daha onu göstərdi ki, əldə olunan müstəqilliyin qorunub saxlanması, dövlətin düzgün idarə olunmaması, ölkənin müharibə şəraitində bütün qüvvələri birləşdirərək düşmənə qarşı yönəltmək, hərbi qüvvələri gücləndirmək, xalqın yanında olmaq onlardan dəstək almaq əvəzinə siyasi intriqalar, şəxsi münasibətlər zəminində çaxnaşma yaratmaq, hərc mərclik, özbaşnalıq, dövlət idarəçiliyində səriştəsizlik və bir çox ciddi amillər ölkənin dağıdılması və ya parçalanmasına, ən qorxulusu vətəndaş qarşıdurmasına (müharibəsinə) gətirib çıxartdı. Belə bir məqamda Azərbaycanı bu çətin və ağır vəziyyətdən çıxara biləcək bir şəxsiyyət var idi ki, onu da Azərbaycan xalqı Heydər Əliyevdə gördü. Məhz Heydər Əliyevin müdrikliyi, dünyagörüşünə Azərbaycan xalqı inandı və dahi şəxsiyyətə müraciət edərək Naxçıvandan Bakıya dəvət etdilər. Ümummilli lider Heydər Əliyev Azərbaycan Xalqının təkidli tələbləri ilə Bakıya gəldi, Milli Məclisdə çıxış etdi, Gəncə şəhərinə gedərək, ordakı vəziyyəti aydınlaşdırdı və 15 iyun tarixində Milli Məclisə sədr seçilməyinə razılıq verdi. 15 iyun - bu tarixi gün Azərbaycan xalqını və dövlətini sevən bütün insanların yaddaşında “Qurtuluş günü” kimi qaldı. Bəli, Azərbaycan dövləti ölkənin dağıdılması, xalqın bölünməsi, müstəqilliyimizin itirilməsi ənənəsindən qurtuldu.
Heydər Əliyev dağılmaqda olan Azərbaycan dövlətini və xalqını xilas etdi. Bu yolda o, çoxlu xəyanət, hədə-qorxu, sui-qəsdlərlə üzləşdi. Lakin o bütün çətinlikləri dəf edərək, ona inanan insanların bütün ümidlərini doğrultdu. Heydər Əliyev həyatının bütün dövrlərində müstəqil Azərbaycan naminə müqəddəs mübarizə aparmışdır. Vətəni və xalqı qarşısında misilsiz xidmətlər görən Ulu Öndər Heydər Əliyevin ruhu bugün şaddır. Onun ən böyük arzusu Qarabağın düşmən tapdağından azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. Qələbənin gerçəkləşməsi uğrunda dövlət başçımız, Heydər Əliyev siyasətinin layiqli davamçısı cənab İlham Əliyevin apardığı ədalətli siyasi mübarizə, diplomatik danışıqlar və gərgin ordu quruculuğu möhtəşəm Zəfər gününü gətirdi!
Biz Ulu Öndər Heydər Əliyevə bugünki Azərbaycanı bizə bəxş etdiyinə görə, insanların ölkəmizdə xoş və firavan yaşamasına görə, 30 il həsrətində olduğumuz torpaqlarımızı düşmən tapdağından dəmir yumruq ilə qaytaran, xalqımıza zəfər qələbəsini yaşadan Ali Baş Komandan İlham Əliyev kimi rəhbər bəxş etdiyinə görə minnətdarıq.
YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

