Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / IX Qlobal Bakı Forumu Azərbaycanın düşünülmüş və gələcəyə hesablanmış siyasətinin uğurlarına işıq saldı

IX Qlobal Bakı Forumu Azərbaycanın düşünülmüş və gələcəyə hesablanmış siyasətinin uğurlarına işıq saldı

21.06.2022 [11:41]

Bu gün dünya qalib Azərbaycanın uğurlarından bəhs edir. 30 illik işğal dövründə ölkəmizin ev sahibliyi etdiyi, həmçinin qatıldığı beynəlxalq səviyyəli tədbirlərdə əsas müzakirə mövzularından biri artıq tarixə qovuşmuş Qarabağ münaqişəsi idi. Azərbaycan dövlətinin tarixi həqiqətlərə, real faktlara əsaslanan siyasəti nəticəsində dünya münaqişənin əsl mahiyyətini düzgün dərk etsə də ikili standartlara əsaslanan siyasət ucbatından seyrçi mövqedə dayanmağa, ədalətin, beynəlxalq hüququn mövcudluğunu inkar etməyə üstünlük verir, Ermənistanın imitasiya naminə danışıqlarına dəstək olurdu. Azərbaycan dövləti ən yüksək tribunalardan bəyan edirdi ki, bir qarış  torpağımız belə düşmənə verilməyəcək, nə yolla olursa-olsin  ədaləti bərpa edib,  ərazilərimizi işğaldan azad edəcəyik. Rəsmi Bakının beynəlxalq qurumların tribunalarından səsləndirdiyi bəyanatlar dövlətimizin  dəyişməz mövqeyinin təqdimatında əhəmiyyətli rol oynadı. Bir daha bəyan edildi ki, Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və ola da bilməz.

Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində ədaləti bərpa etdi, torpaqlarımız tarixi sahibinə qovuşdu, dünya ədalət və beynəlxalq hüquq deyilən məfhumların mövcudluğunu  etiraf etmək məcburiyyətində qaldı. Ölkəmizin bu illər ərzində informasiya mübarizəsində qələbəsi döyüş meydanında üstünlüyünü şərtləndirdi. Bu gün Qarabağımız, Şuşamız azaddır. Azərbaycan qalib ölkə olaraq tarixi Zəfərimizin reallıqları fonunda diktə edən tərəf kimi çıxış edir, postmünaqişə dövrünün gündəliyini özü formalaşdırır. Artıq iki ilə yaxındır ki, beynəlxalq əhəmiyyətli tədbirlərin əsas mövzusu postmünaqişə dövrünün reallıqlarıdır. Bu günlərdə ənənəvi keçirilən Qlobal Bakı Forumu da bu baxımdan diqqətçəkən oldu. Belə ki, “Qlobal dünya nizamına təhdidlər” mövzusuna həsr olunan IX Qlobal Bakı Forumu yenə də dünyanı narahat edən problemlərin, müasir dövrün çağırışlarının müzakirə edildiyi platforma kimi dünyanın diqqətini özünə çəkdi. 50-dən çox ölkədən 400-dək nümayəndənin qatıldığı Forumun açılış mərasimində dövlət başçısı İlham Əliyev bir daha Azərbaycanın işğal dövründə yaşadığı faciələrdən geniş bəhs edərək bu fikri xüsusi qeyd etdi ki, belə uzunmüddətli qarşıdurmadan sonra ədaləti bərqərar edən və təcavüzkarı məğlub edən ölkənin qısa müddət ərzində sülh təklif etməsi dünyada nadir hallardan biridir. Müharibələr tarixinə baxsanız, bir çox hallarda bu mənzərə müşahidə edilmir. Nə üçün biz sülhü seçdik? Çünki biz Cənubi Qafqazda sabit, dayanıqlı inkişafı görmək istəyirik. Hazırkı dövrdə yeni yanaşmalara böyük ehtiyacın olduğunu bildirən ölkə Prezidenti İlham Əliyev  təhlükəsizlik tədbirlərinə hər bir ölkənin  öz töhfələrini verməyə çağırdı.  Bu fikir də xüsusi  vurğulandı ki, artıq tarixə qovuşan Qarabağ münaqişəsi regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasında əsasdır. Postmünaqişə dövrünün reallıqları regionun gələcək inkişafı ilə bağlı yeni yanaşmaların ortaya qoyulmasını diktə edir. Yeni əməkdaşlıq formatlarının yaradılması, kommunikasiyaların açılması və sair kimi məsələlər regionda sülhün və təhlükəsizliyin yaradılması ilə bilavasitə bağlı olan məsələlərdir. Forumda dövlət başçısı İlham Əliyevin Ermənistana ünvanlandığı və cavab tapmaq istədiyi “Ermənistan Cənubi Qafqazda sülh istəmirsə, istədiyi nədir?”, “Ermənistandan aydın cavab almalıyıq ki, onlar Cənubi Qafqazı necə görürlər?” kimi suallar, təbii ki, ona dəstək missiyasını hələ də davam etdirən dövlətləri də ciddi düşündürməlidir. Azərbaycan tərəfi sülh təklifini etdi və onun reallaşması istiqamətində səylər göstərir. Qarşı tərəfdən də eyni addımlar gözlənilir. Amma iki ilə yaxındır ki, Ermənistanın bu məsələyə yanaşmasına diqqət yetirdikdə tərəddüd etdiyini görürük. Dünya gücləri sülh müqaviləsinin imzalanmasında maraqlı olmaqla yanaşı, Ermənistana son şansın verildiyini də  inandırmağa çalışmalıdırlar. Dövlət başçısı İlham Əliyev Forumdakı nitqində bu mesajı da ünvanladı ki, Ermənistan hökuməti İkinci Qarabağ müharibəsinin dərsini unutmamalıdır. Həmin dərsi yaxşı öyrənməli və Azərbaycana qarşı hər hansı ərazi iddialarından çəkinməlidir. IX Qlobal Bakı Forumu müzakirə edilən məsələlərin aktuallığı ilə yanaşı, ölkə Prezidenti İham Əliyevin mühüm mesajları ilə diqqətdə oldu. Azərbaycan qalib ölkə, diktə edən tərəf kimi regionun gələcəyini necə görmək istədiyini açıqladı. Ölkəmiz hər zaman regionda sabitliyin, təhlükəsizliyin təmin olunmasında, iqtisadi inkişafda maraqlı olub və atdığı addımları ilə bunu təsdiqləyib. Dövlətimizin qətiyyəti, siyasi iradəsi əsasında reallaşan enerji layihələri ölkələri, xalqları birləşdirir, regionun dayanıqlı inkişafına, dünyanın enerji təhlükəsizliyinin təminatına davamlı töhfələr verir. Forumda Azərbaycanın bu gün və gələcəkdə dünyanın enerji təhlükəsizliyinin təminatında artan rolu geniş təhlil edildi. Dövlət başçısı İlham Əliyev enerji təhlükəsizliyinin qlobal gündəliyin aktual məsələlərindən olduğunu bildirdi. Ümumilikdə keçirilən hər bir beynəlxalq əhəmiyyətli tədbirin istər ev sahibliyi edən, istərsə də iştirakçı ölkələrin malik olduğu imkanların təqdimatında əhəmiyyətli rolunu nəzərə alsaq IX Qlobal Bakı Forumu gündəmə gətirilən, geniş müzakirəyə  ehtiyacı olan hər bir məsələnin həllində Azərbaycanın söz sahibliyini təsdiqlədi və düşünülmüş, gələcəyə hesablanmış siyasətimizin uğurlarına işıq saldı, hədəflərə zamanında nail olmaq üçün Azərbaycanın böyük töhfələr vermək qüdrətində olduğunu açıqladı.

Nihad Pənahov

YAP Tovuz rayon təşkilatının sədri

Paylaş:
Baxılıb: 88 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xarici siyasət

Siyasət

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Xəbər lenti

Müsahibə

Xarici siyasət

İqtisadiyyat

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

01 İyul 09:55

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31