Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Qlobal Bakı Forumu bir sıra beynəlxalq problemlərin həllinə önəmli töhfədir

Qlobal Bakı Forumu bir sıra beynəlxalq problemlərin həllinə önəmli töhfədir

21.06.2022 [12:20]

Bu ilin 16, 17, 18 iyun tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin forumun açılış mərasimindəki çıxışı həlli əhəmiyyətli bir çox məsələlərlə bağlı dünyaya vacib mesajların verilməsi, dünyanı gözləyən gələcək böhran və onların həlli istiqamətində fundamental çağırışların edilməsi ilə yadda qaldı.

Xüsusilə qeyd etmək lazımdır ki, dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi uğurlu, sistemli və məqsədəuyğun xarici siyasət nəticəsində Azərbaycanın beynəlxalq aləmdə, eyni zamanda ayrı-ayrı dövlətlər və beynəlxalq təşkilatlarla münasibətləri ən yüksək səviyyədə qurulub. Bu münasibətlərin sayəsində dövlətimizin ikitərəfli və çoxtərəfli əlaqələri milli maraqlarımıza uyğun formalaşaraq, gələcək hədəflərimizin yerinə yetirilməsində mühüm rol oynayır. Azərbaycanın nüfuzunun artması, ümummilli məsələlərlə bağlı dövlətimizə göstərilən münasibət aparılan xarici siyasət kursunun əhəmiyyətli nəticələrindəndir. Artıq ölkəmiz regionun lider dövləti olaraq dünyada sayılıb-seçilən, söz sahibi olan, özünün müstəqil siyasəti ilə dünya dövlətləri arasında layiqli yerini və rolunu daha da möhkəmləndirən ölkələr sırasındadır.

Azərbaycanın, paytaxt Bakı şəhərinin bir çox beynəlxalq və regional tədbirlərə, forumlara ev sahibliyi etməsi isə bu siyasətin nəticələrindən biridir. Bu cür tədbirlərin ölkəmizdə keçirilməsi bizə göstərilən inamın, etimadın bariz nümunəsidir. Paytaxt Bakımızın bu qəbildən olan tədbirlərə layiqincə və ən yüksək səviyyədə ev sahibliyi etməsi iştirakçı dövlətlər tərəfindən də dəfələrlə təqdir olunur.

Bir sözlə, Azərbaycan özünün gücü, potensialı və imkanları ilə təkcə milli məsələlərlə bağlı deyil, bir çox qlobal məsələlərin və problemlərin həllinə həsr olunmuş tədbirlərdə də öz təşəbbüskarlığı və qətiyyətli addımları ilə seçilir. Təsadüfi deyil ki, dünyada terrorizm, pandemiya, humanitar, təbii və s. fəlakətlərlə mübarizədə digər dövlətlərin yardımına ilk çatan dövlətlərdən biridir. Azərbaycan öz imkanları hesabına dünyada sülhün və tərəqqinin inkişafına önəmli töhfələr verir.

IX Qlobal Bakı Forumu da özünün siyasi aktuallığı və əhəmiyyəti ilə seçilən, ölkəmizin ev sahibliyi etdiyi vacib tədbirlərdən biridir. Belə ki, forumda ümumilikdə 53 ölkədən 400-ə qədər nümayəndə, o cümlədən dövlət və hökumət başçıları, sabiq dövlət və hökumət başçıları, gənc liderlər, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri iştirak edib. Forumda əsasən qlobal dünya nizamını təhdid edən mühüm problemlər, o cümlədən dünyada təhlükəsizliyin və sülhün təmin olunması üçün perspektivlər, enerji təhlükəsizliyinə yaranan təhdidlərin həlli yolları, həssas bölgələrdə sülh, əməkdaşlıq və inteqrasiya, qloballaşan dünyada artan ədalətsizliklər, yoxsulluğun qarşısının alınması üçün qida və kənd təsərrüfatı sektorunun transformasiyası kimi mühüm mövzularda səmərəli müzakirələr aparılıb.

 Bu forçum çərçivəsində çıxışların və fikir mübadiləsinin aparıldığı bir sıra məsələlər bu gün öz aktuallığını qoruyub-saxlayır. Bunlardan ən önəmlisi təhlükəsizlik məsələləridir ki, beynəlxalq arenada, beynəlxalq gündəlikdə duran əsas məsələlərdən birinə çevrilib. 30 ilə yaxın bir müddətdə Azərbaycan işğaldan əziyyət çəkən bir ölkə olaraq hər bir dövlətin və xalqın təhlükəsizliyinin əhəmiyyətini yüksək qiymətləndirir. Bu baxımdan, Azərbaycan dünyada sülhü, dövlətlərin təhlükəsizliyini təhdid edən, işğalçılıq siyasəti yürüdən dövlətlərə qarşı barışmaz mövqeyini hər zaman qətiyyətlə sərgiləyir. Azərbaycan işğalla üzləşdiyi və tarixi torpaqlarının ermənilər tərəfindən vandalizmə, terorra məruz qaldığı zamanlarda dünyaya daim haqq səsini ucaltmış və bu ədalətsizliyin dünya nizamını, balansını pozduğunu dəfələrlə ən ali tribunalardan bəyan edib.

Təəssüflər olsun ki, bəzi hallarda bir sıra beynəlxalq təşkilatların qərarları ancaq kağız üzərində qalıb və icrasına heç bir nəzarət olunmayıb. Bu da işğala, etniktəmizləməyə və terorra meyilli dövlətlərə öz siyasətlərini davam etdirməyə daha da rəvac verib. Halbuki dünya bu cür hallarda barışmaz mövqedə olmalı, haqq səsini birgə ucaltmalı, dünyanın və ayrı-ayrı bölgələrin əmin-amanlığına, təhlükəsizliyinə ciddi təhdidlər yaradan halların qarşısının alınması, eləcə də həmin dövlətlərə qarşı sanksiyaların tətbiq edilməsinə qarşı həmrəylik nümayiş etdirməlidir. Dövlət başçısı İlham Əliyevin forumda çıxışı zamanı səsləndirdiyi kimi, Qarabağ münaqişəsinin həlli, regionda təhlükəsizlik üçün, regionda sülh üçün bir fürsətdir. Bu fürsəti isə beynəxalq hüquq deyil, məhz Azərbaycan dövləti özü təmin etdi.

Forumda dövlət başçısı İlham Əliyev təhlükəsizliklə yanaşı dünyadakı böhranın qaçılmaz olması, artıq dünyanın yaxın zamanlarda bu fəlakətlərlə üz-üzə qalacağı haqqında qətiyyətli mövqeyini ortaya qoydu. Enerji bazarlarındakı vəziyyəti isə proqnozlaşdırmaq çətindir. Dövlət başçısının sözlərinə görə beynəlxalq təşkilatlar və aparıcı ölkələr miqrantların potensial artımı ilə bağlı vəziyyətin öhdəsindən gəlməlidirlər. Enerji bazarlarındakı vəziyyəti gəldikdə isə istehsalçılar və istehlakçılar arasında maraqlar tarazlığı, sabit bazar lazımdır. Azərbaycanın fəal iştirak etdiyi OPEC+ formatında səylər məhz buna yönəlib.

IX Qlobal Bakı Forumun işini işğaldan azad olunan Azərbaycanın mədəniyyət paytaxtı Şuşada davam etdirməsi və burada panel müzakirələrin aparılmasını xüsusi tarixi və siyasi əhəmiyyəti var. Müzakirələrdən sonra qonaqlar Şuşa şəhəri ilə tanış olublar. Forumun iştirakçılarına işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa işləri, bu ərazilərin minalardan təmizlənməsi barədə məlumat verilib.

Ümumilikdə bu cür beynəlxalq səviyyəli tədbirlərin ölkəmizdə və işğaldan azad edilmiş tarixi torpaqlarımızda təşkil edilməsi Azərbaycanın dünyaya ən layiqli şəkildə tanıdılması və xarici nümayəndələrin işğala məruz qalmış ərazilərimizdəki erməni vandalizminin nəticələrini öz gözləri ilə görməsinə önəmli şərait yaradır.

Vüsar İsmayılov,

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri

Paylaş:
Baxılıb: 89 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Turizm

Sosial

Xarici siyasət

Prezident bu gün

Prezident bu gün

29 İyun 10:17

MEDİA

İqtisadiyyat

Siyasət

Azadlıqdan abadlığa...

29 İyun 09:40  

Gündəm

Dəmir yumruq yerindədir

29 İyun 09:32  

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30