Şəhərlərimizin tarixi simasının qorunması bərpa-quruculuq işlərində əsasdır
30.06.2022 [11:07]
Nihad Pənahov
YAP Tovuz rayon təşkilatının sədri
İlyarımdır işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinin sevincini yaşayırıq. Artıq Azərbaycanın ev sahibliyi, yaxud iştirak etdiyi tədbirlərdə torpaqlarımızın tarixi sahibinə qovuşmasından, onların tezliklə cənnət məkana çevriləcəyindən bəhs edirik. Azad Qarabağda keçirilən tədbirləri də nəzərə alsaq bu gün Azərbaycana beynəlxalq baxışın yüksək səviyyədə olduğunu, həmçinin postmünaqişə dövrünün reallıqlarının dünya gücləri tərəfindən qəbulunu və fəaliyyətlərini bu istiqamətdə davam etdirdiklərini böyük inamla qeyd edə bilərik. Prezident İlham Əliyevin iyunun 27-də Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” adlı 11-ci sessiyasındakı videoformatda nitqi bu kimi məqamlara bir daha işıq saldı.
Ermənistanın 30 illik işğalına baxmayaraq, Azərbaycanın müharibə səhifəsini çevirmək, münasibətləri normallaşdırmaq və bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması prinsipi əsasında Ermənistanla sülh müqaviləsi imzalamaq istəyini bir daha diqqətə çatdıran ölkə Prezidenti bildirdi ki, Azərbaycan sülh danışıqları üçün 5 əsas prinsip irəli sürüb və Ermənistan onları qəbul edib. Sülh müqaviləsi bölgəni sülh və əməkdaşlıq regionuna çevirə bilər.
Hazırda Azərbaycan müasir tarixin ən mürəkkəb bərpa-yenidənqurma işlərindən birini həyata keçirir. Yenidənqurma prosesi minalardan təmizlənmə ilə başlayır. Kütləvi minalanma qarşıda dayanan ən böyük çətinlikdir. Bu, yenidənqurma işlərini, məcburi köçkünlərin qayıdışını ləngidir. Azərbaycan azad edilmiş ərazilərdə müasir şəhər planlaşdırılması həyata keçirir, “yaşıl enerji” konsepsiyasını tətbiq edir. Yenidənqurma prosesində ölkəmizin hədəfi keyfiyyət və sürəti birləşdirməkdir.
İlyarım ərzində işğaldan azad edilmiş ərazilərimizdə görülən işlərin miqyasına diqqət yetirsək Böyük Qayıdışın çox qısa zamanda reallaşacağını əminliklə deyə bilərik. Artıq ilk addım atılır. “Ağıllı şəhər” və “ağıllı kənd” layihələri çərçivəsində ilk pilot layihə olaraq Ağalı kəndlərinin yenidən bərpası başa çatıb. Layihənin adından da göründüyü kimi, bütün yeniliklər, müasir təcrübə kəndin bərpasında öz əksini tapıb. Bərpa-quruculuq işlərinə start verilən zaman qarşıya qoyulan əsas hədəflərdən biri budur ki, bu ərazilərin tarixi siması qorunsun. Milli kimliyimizin təqdimatı olan tarixi və dini abidələrimizin bərpası prioritet məsələ kimi öndə dayandı. Azərbaycan xalqı tamamilə dağılmış 10 min kvadratkilometr ərazidə yeni həyat qurur. Qısa zamanda görülən genişmiqyaslı işlərin hamısını sadalamaq mümkün deyil. Dövlət başçısı İlham Əliyevin Sərəncamı əsasında təsdiqlənən Milli Prioritetlərdə də bu hədəf xüsusi yer alır ki, Qarabağ bölgəsi “yaşıl enerji” zonası kimi dünya üçün bir nümunə olacaq. Qarabağ Azərbaycanın əsas turizm zonasına çevriləcək. Beynəlxalq turizm sərgilərində Qarabağ bölgəsinin turizm potensialı, turizm marşrutları, tarixi abidələri göstəriləcək. Təmir-bərpa işləri yekunlaşdıqdan sonra Qarabağ və Şərqi Zəngəzur turistlərin sevimli məkanlarından biri olacaq.
Dövlət başçısı İlham Əliyevin hər zaman böyük qürur hissi ilə qeyd etdiyi “İndi torpaqlar azad edilib, indi böyük qayıdış başlanmalıdır, böyük inkişaf prosesləri başlanmalıdır. Ona görə, əlbəttə, biz bütün bu işləri daha da fəal, daha da məqsədyönlü şəkildə aparmalıyıq ki, Azərbaycanın imkanlarını genişləndirək və ölkəmizin inkişaf dinamikasını artıraq” fikirləri hazırda dünyanı düşündürən daha yaxşı gələcək naminə şəhərlərin dəyişdirilməsi məsələsində Azərbaycanın hədəflərinin təqdimatı kimi də dəyərləndirilə bilər. Dünyanın hər bir ölkəsi hədəflərlə bağlı öz təcrübəsini ortaya qoyur, təhlillər əsasında ümumi bir yanaşma müəyyənləşdirilir. Bu fakt inkaredilməzdir ki, paytaxt Bakımızı daim ölkəmizə gələn qonaqlara sevdirən yuksək inkişafı ilə yanaşı, bu inkişafda əsas rol oynayan müasirliklə qədimliyin sintezinin yaradılmasıdır. Bakıda son illərin yeni tikililəri ilə yanaşı, tariximizi özündə əks etdirən yenidənqurma işlərinə diqqət yetirmək kifayətdir.
Azərbaycan zəngin dövlətçilik tarixinə malikdir. Zəngin ənənələri var. Onların yaşadılması və gələcək nəsillərə çatdırılması qarşımızda dayanan əsas vəzifələrdəndir. Bu baxımdan hər daşı, qayası, küçə və meydanları tarix olan iğaldan azad edilmiş ərazilərimizin bərpasında da bu kimi məqamlar öndə saxlanılır. Dövlət başçısı İlham Əliyevin tapşırığı əsasında bütün işğaldan azad edilmiş ərazilərimizdə İşğal və Zəfər muzeylərinin yaradılmasında da əsas məqsəd məhz budur.
Dövlət başçısı İlham Əliyev sözügedən nitqində bir daha bildirmişdir ki, Azərbaycan tərəfindən belə iri miqyasda aparılan yenidənqurma işləri azad edilmiş ərazilərimizi şəhər inkişafı sahəsində mükəmməllik laboratoriyasına çevirir. Azərbaycan bu sahədə nəhəng təcrübəsini beynəlxalq ictimaiyyətlə bölüşəcək.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

