/ / İşğaldan azad olunmuş ərazilərin müasir üslubda bərpası milli prioritet olaraq xüsusi diqqətdədir
İşğaldan azad olunmuş ərazilərin müasir üslubda bərpası milli prioritet olaraq xüsusi diqqətdədir
04.07.2022 [13:15]
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyev bu il iyunun 26-da – Silahlı Qüvvələr Günündə Kəlbəcər rayonuna səfəri çərçivəsində komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə söylədiyi fikirlər Azərbaycanın gücünün və qüdrətinin yüksək olduğunu bəyan etdi. Silahlı Qüvvələr Gününün işğaldan azad edilmiş Kəlbəcər rayonunda qeyd edilməsi çox qürurverici olmaqla, məhz həmin gün Kəlbəcərdə komando qüvvələrinin hərbi hissəsinin açılışı eyni zamanda Azərbaycan ordusunun gücünü nümayiş etdirdi. Bu, artıq ikinci komando qüvvələrinin hərbi hissəsidir. Xatırlatmaq yerinə düşər ki, birinci belə bir hərbi hissə altı ay öncə Hadrutda açılmışdı. Dövlət başçımız açılış mərasimindəki çıxışında da bildirdi ki, komando qüvvələri bütün silahlı birləşmələrlə bərabər ölkə qarşısında duran vəzifələri yerinə yetirmək, ərazi bütövlüyünü müdafiə etmək və sərhədlərimizi qorumaq üçün bütün imkanlara malikdir. Kəlbəcər rayonunda hərbi hissənin açılması bir daha təsdiqləyir ki, biz istəyimizə nail oluruq və bundan sonra da olacağıq. İkinci Qarabağ müharibəsi haqqın və ədalətin bərpası ilə yanaşı, həm də Azərbaycan dövlətinin qüdrətinin nümayişi oldu. 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı respublikamız öz hərbi gücü ilə azad etdi. Prezident İlham Əliyevin uzaqgörən və müdrik siyasəti qərb siyasi dairələrinin, dünya erməniliyinin himayə etdiyi Ermənistanın işğal siyasətini cəmi 44 günə darmadağın etdi.
Savaşdan sonra da bütün dünya Azərbaycanın gücünə şahidlik etməkdədir. Belə ki, Ermənistanın üçtərəfli bəyannamələrlə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi üçün Bakının yürütdüyü qətiyyətli siyasətlə yanaşı, beynəlxalq aləm Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və yenidənqurma işlərinin fonunda Azərbaycanın təkbaşına, yalnız öz daxili imkanları hesabına necə əzəmətli və nəhəng layihələri həyata keçirdiyini görür. Bir neçə gün əvvəl Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Göygöl, Kəlbəcər və Laçın rayonlarına tarixi səfəri bir daha respublikamızın qüdrətinin təcəssümü oldu. Əvvəlcə onu qeyd edək ki, işğaldan azad olunmuş ərazilərin bərpası milli prioritet kimi xüsusi diqqətdədir. Prezident İlham Əliyevin işğaldan azad olunmuş rayonlarımıza mütəmadi səfərləri də göstərir ki, dövlət başçısı bu məsələni xüsusi nəzarətində saxlayır. İlham Əliyevin işğaldan azad olunmuş bölgələrə hər səfəri yeni layihələrin təməlinin qoyulması, şəhərlərin baş planlarının təsdiq edilməsi ilə əlamətdar olur. Artıq qısa zaman ərzində bir sıra iri layihələrin icrası başa çatdırılıb. Zəfər yolunun salınması, Füzuli Beynəlxalq Hava Limanının inşası azad olunmuş ərazilərin bərpası istiqamətində güclü siyasi iradənin olduğunu nümayiş etdirir. Həm də belə layihələr dövlətimizin yetərli maliyyə imkanlarından xəbər verir. Azad olunmuş ərazilərdə icrası başa çatdırılan meqalayihələrdən biri də Zəngilan rayonunun Ağalı kəndindəki "ağıllı kənd" layihəsinin birinci mərhələsidir. Kəndin bərpası bir daha göstərir ki, azad olunmuş ərazilərin bütün sakinləri tezliklə doğma yurdlarına qayıdacaqlar. Ən əsası, Azərbaycan dövləti onlar üçün ən yüksək standartlara cavab verən yaşayış şəraiti yaradır. Qeyd etməliyik ki, qarşıdakı dövrdə azad olunmuş ərazilərin bərpası daha da sürətlənəcək, bu istiqamətdə həyata keçirilən layihələrin əhatə dairəsi genişlənəcək. Bunu deməyə 2022-ci ilin dövlət büdcəsinə edilən dəyişikliklər də əsas verir. Artan büdcə gəlirlərinin böyük qismi işğaldan azad olunmuş ərazilərin bərpasına yönəldiləcək. Yeri gəlmişkən, işğaldan azad olunmuş digər rayonlarla müqayisədə Kəlbəcər və Laçın daha mürəkkəb coğrafi və təbii relyefi olan dağlıq əraziləri əhatə edir. Lakin bu çətinliklərə baxmayaraq, Azərbaycan dövləti həmin rayonları kompleks şəkildə yenidən qurur. Düzdür, hazırda prioritet istiqamət yeni yolların salınması, kommunikasiyaların yaradılması olsa da, digər istiqamətlərdə də bərpa və yenidənqurma işləri həyata keçirilir. Xüsusi vurğulamaq yerinə düşər ki, Kəlbəcər və Laçında yeni yolların salınması digər rayonlarla müqayisədə olduqca çətin və mürəkkəb coğrafi şəraitdə həyata keçirilir. Toğanalı-Kəlbəcər-İstisu yolu sərt dağlıq və qayalıq ərazilərdən keçsə də, işlər qrafikə uyğun davam edir. Yolun Murovdağ silsiləsində, dağların zirvəsində dünyada ən uzun avtomobil tunellərindən olan Murovdağ tunelinin inşası isə dövlətimizin apardığı yenidənqurma işlərinin əzəmətini göstərir. Murovdağ tunelindən əlavə, yolda daha üç tunelin inşası nəzərdə tutulur. Tikintisi 2025-ci ilədək yekunlaşdırılması nəzərdə tutulan Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu rayonun bir çox yaşayış məntəqələri ilə yanaşı, Kəlbəcər şəhərinə və məşhur İstisu ərazisinə qədər rahat gediş-gəlişi təmin edəcək.
Prezident İlham Əliyevin işğaldan azad olunmasından sonra Kəlbəcərə etdiyi ilk səfər zamanı, ötən il avqustun 16-da "Kəlbəcər" yarımstansiyasının, budəfəki səfəri zamanı isə yeni tikilmiş 4,4 MVt gücündə "Kəlbəcər-1" Kiçik Su-Elektrik Stansiyasının açılışını etmişdir. Bu layihələrin başa çatdırılması göstərir ki, mürəkkəb coğrafi şəraitinə baxmayaraq, Kəlbəcərin bərpası işləri sürətlə aparılır. Prezident İlham Əliyev bu səfəri zamanı Laçın rayonunda "Qorçu" elektrik yarımstansiyasında görülən işlərlə, "Həkəriçay" su anbarı layihəsi ilə, Laçın Beynəlxalq Hava Limanında və Kəlbəcər-Laçın avtomobil yolunda, Kəlbəcərdəki "Çıraq-1" Kiçik Su-Elektrik Stansiyasında tikinti işlərinin gedişi ilə tanış oldu. O cümlədən dövlət başçısı Kəlbəcər şəhərinin baş planı ilə tanış oldu, İşğal və Zəfər muzeyləri kompleksinin, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin və "İstisu" mineral su zavodunun təməlini qoydu. Bütün bunlar Laçın və Kəlbəcərdə aparılan bərpa və yenidənqurma işlərinin məhdud sfera ilə yekunlaşmayaraq kompleks məzmun daşıdığını göstərir.
Qürurla deməliyik ki, Azərbaycanın Vətən müharibəsindəki parlaq zəfərindən dərhal sonra işğaldan azad olunmuş bütün ərazilər Prezident İlham Əliyevin iradəsi və qətiyyəti, dövlətimizin maliyyə imkanları hesabına yenidən qurulur. Bu torpaqları azad edən Müzəffər Ali Baş Komandan həm də onlara yeni nəfəs verir. Artıq düşmənin vurduğu yaralar sağalmağa başlayıb. Azad olunmuş ən ucqar ərazilər belə indi tikinti meydanını xatırladır. Ən əsası isə odur ki, azad olunmuş ərazilərimiz yüksək səviyyədə bərpa olunur, yenidən qurulan bütün şəhər və kəndlərimizdə ən müasir həyat standartları yaradılır.
Vüqar İsayev,
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

