Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Nəsimi rayon təşkilatının təsis edilməsinin 29-cu ilinə həsr edilmiş tədbir keçirilib

YAP Nəsimi rayon təşkilatının təsis edilməsinin 29-cu ilinə həsr edilmiş tədbir keçirilib

06.07.2022 [15:47]

Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı tərəfindən rayon təşkilatının yaranmasının 29-cu ildönümü münasibətilə təşkilatın qərargahında tədbir keçirilib.

Əvvəlcə iştirakçılar Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra YAP Nəsimi rayon təşkilatının 29 illik fəaliyyətinin bir hissəsini əks etdirən video-çarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri, tarix üzrə fəlsəfə doktoru Azər Süleymanov bildirib ki, Yeni Azərbaycan Partiyası ölkəmizin siyasi təşkilatları arasında bərabəri olmayan bir partiyadır. YAP Nəsimi rayon təşkilatının da partiyanın əldə etdiyi nailiyyətlərdə rol oynadığını vurğulayan A.Süleymanov qeyd edib: “Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı 1993-cü il iyulun 6-da Azərbaycan Tibb Universitetinin akt zalında 240 nəfərin iştirakı ilə yaranıb. Bu gün isə rayon təşkilatının sıraları kəmiyyət və keyfiyyət baxımından sürətlə genişlənir. Hazırda 100 ərazi ilk partiya təşkilatında cəmiyyətin müxtəlif təbəqələrindən 31 minə qədər üzv birləşib”. Yerli təşkilatın sədri vurğuladı ki, Partiyamızın sədri, Prezident İlham Əliyev cənablarının və Sədrin birinci müavini, Vitse-Prezidentimiz xanım Mehriban Əliyevanın doğma, müstəqil ölkəmizin inkişafı, ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi genişmiqyaslı tədbirlər, onun real nəticələri partiyanın hər bir üzvü qarşısında daha məsul vəzifələr qoyur.

Nəsim Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bildirib ki, Yeni Azərbaycan Partiyası xalqın mənafelərinə xidmət etmək, ölkəmizin qarşısında duran məsələləri həll etmək üçün zamanın tələblərinə uyğun olaraq zərurətdən yaranmış bir partiyadır. Qısa müddət ərzində Yeni Azərbaycan Partiyası xalqın böyük əksəriyyətinin etimadını qazanıb və güclü təşkilatlanma ilə avanqard siyasi qüvvəyə çevrilib. Bu isə dünənin, bu günün, gələcəyin partiyasının təməlində yalnız xalqın sevgisinin, etimadının dayandığını bir daha sübut edir.

Daha sonra YAP Mərkəzi Aparatının Siyasi təhlil, maarifləndirmə və seçkilərlə iş şöbəsi müdirinin müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif İmaməliyev öz çıxışına gələn qonaqlara Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri cənab Tahir Budaqovun salam və təbriklərini çatdıraraq başladı. O, çıxışında 1992-ci ildə mövcudluğumuzun sual altında olduğu bir zamanda bu cür taleyüklü məsələdə xalqımızın yanında olan Ümumilli Lider Heydər Əliyevin xilaskarlıq missiyasını öz üzərinə götürməsindən bəhs etdi. "91-lər"in müraciəti əsasında 1992-ci il noyabrın 21-də Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin sədrliyi və 550 nəfərdən ibarət təşəbbüs qrupunun iştirakı ilə keçirilən təsis konfransı müxalifət partiyası kimi yaradıldı və qısa müddət ərzində bu partiya cəmiyyətdə layiqli yerini tutdu, aparıcı siyasi qüvvəyə çevrildi. Asif İmaməliyev onu da vurğuladı ki, 1993-cü ildə ölkəmizdə xaos və anarxiyanın hökm sürdüyü günlərdə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtması nəticəsində siyasi-ictimai sabitlik bərpa olundu, vətəndaş müharibəsinin qarşısı alındı. Məhz Ulu Öndərin gərgin səyləri ilə Azərbaycan çətinliklərdən keçdi, inkişaf və tərəqqiyə qovuşdu. Bu gün Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bölgənin söz sahibinə çevrilmişdir. Asif İmaməliyev çıxışının sonunda tədbir iştirakçılarına öz təbriklərini çatdıraraq nitqini yekunlaşdırdı.

YAP Veteranlar Şurasının üzvü, professor Dilarə Seyidzadə qeyd etdi ki, YAP Azərbaycanın son dərəcə ağır zamanında, ölkədəki hərc-mərcliyin baş alıb getdiyi bir dövrdə yaranıb: “Həmin illərdə Azərbaycanda bir sıra siyasi partiyalar fəaliyyət göstərsələr də, onlar arasındakı daxili çəkişmələr imkan vermirdi ki, ölkədə yaranan böhran aradan qaldırılsın. Azərbaycan müstəqilliyi itirməyə doğru gedirdi. Bunu görən, xalqının taleyinə laqeyd qala bilməyən insanlar ölkəmizin işıqlı gələcəyi naminə, yeni çağırışlara cavab verə biləcək partiya yaratmaq təşəbbüsü ilə çıxış ediblər. Bu məqsədlə Ümummilli Lider Heydər Əliyevin ətrafında sıx birləşərək, Yeni Azərbaycan Partiyasını yaratmağa nail olublar. 1992-ci il noyabrın 21-də Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə təsis konfransı keçirilib və Yeni Azərbaycan Partiyasının Proqram və Nizamnaməsi qəbul edilib, Ümummilli Lider yekdilliklə partiyanın sədri seçilib. Beləliklə də müstəqil Azərbaycanın ən güclü partiyası - Yeni Azərbaycan Partiyası yaranıb”.

Sonda çıxış edən  YAP Veteranlar Şurasının üzvü, professor Şahlar Əsgərov vurğuladı ki, Ümummilli Lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil, demokratik Azərbaycan onun müəyyən etdiyi strateji xətlə inamla irəliləyir, inkişafını davam etdirir. O, Yeni Azərbaycan Partiyasının xalqı öz ətrafına birləşdirərək Ümumxalq partiyasına çevrildiyini, eyni zamanda, ölkədə demokratiyanın inkişafında aparıcı qüvvə kimi özünü təsdiqlədiyini bildirib. Qeyd edib ki, YAP-ın amalı xalqa, Vətənə, dövlətə sədaqətlə xidmət etməkdən ibarətdir.

Sonda YAP Nəsimi rayon təşkilatının yaradılmasında və fəaliyyətində xidmətləri olmuş bir qrup şəxsə diplomlar təqdim olunub.

Paylaş:
Baxılıb: 186 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

12 Avqust 10:29

İqtisadiyyat

MEDİA

Gender bərabərliyi

12 Avqust 10:21

Yeni texnologiyalar

Xəbər lenti

4 ildən sonra...

12 Avqust 10:16

Siyasət

Siyasət

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Dünya

Ədəbiyyat

Ədəbiyyat

Sosial

Siyasət

Xəbər lenti

Karantin qayıdacaq?

11 Avqust 10:19

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

11 Avqust 10:09

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31