Hər bir dövlət məmuru öz vəzifəsini şərəflə, vicdanla, ləyaqətlə yerinə yetirməlidir
29.07.2022 [11:28]
Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri
Danılmaz həqiqətdir ki, zamanın bütün sınaqlarından uğurla çıxmış, xalqımızın mənafeyinə xidmət edən Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs nəticəsində Azərbaycan Respublikası güclü, müstəqil, hüquqi, demokratik dövlətə çevrilmişdir. Bu siyasi kursun layiqli davamçısı Prezident İlham Əliyevin siyasi müdrikliyi, qətiyyətli iradəsi, cəsarətli addımları nəticəsində ölkəmizin hərtərəfli inkişafı təmin edilmiş, regionların sosial - iqtisadi inkişafı Dövlət Proqramlarının icrası nəticəsində ölkəmizin hər bir bölgəsində abadlıq - quruculuq işləri geniş vüsət almış, böyük infrastruktur layihələr icra edilmiş, işsizliyin aradan qaldırılması, yoxsulluğun azaldılması istiqamətində mühüm addımlar atılmışdır. Ölkə vətəndaşlarını narahat edən sosial - iqtisadi problemlərin böyük bir hissəsi aradan qaldırılmış, aparılan uğurlu və məqsədyönlü siyasət nəticəsində Azərbaycan xalqının rifah halı xeyli yaxşılaşdırılmışdır.
Prezident İlham Əliyevin aydın zəkası, zəngin bilik və təcrübəsi, çoxsahəli fəaliyyəti və zəhməti hesabına Azərbaycanda müasir tələblərə cavab verən dövlət idarəçilik sistemi yaradılmışdır. Yeniləşən dünyanın tələblərinə cavab verən gənc kadrların vəzifələrə gətirilməsi ölkəmizin bu günü və gələcəyi üçün mühüm əhəmiyyət daşıdığı hər kəsə məlumdur. Məhz buna görə də bütün sahələrdə yeni düşüncəli, savadlı, işgüzar, bacarıqlı, saf mənəviyyatlı, yüksək təşkilatçılıq qabiliyyətinə malik olan gənc kadrlar mühüm dövlət vəzifələrinə irəli çəkilir. Kadrların seçilməsində onların iş qabiliyyəti, dövlətçiliyə, dövlətə sədaqətləri, vətənpərvərliyi əsas götürülür.
Möhtərəm Prezidentimiz yüksək dövlət vəzifələrinə kadrları təyin edərkən onları qəbul edir, ciddi tapşırıqlarını verir, bir növ onların gələcək fəaliyyət proqramını açıqlayır. Bu il iyul ayının 25-də ölkə başçısı Masallı, Lerik və Göygöl Rayon İcra Hakimiyyətlərinin yeni başçılarını vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbulu zamanı çıxışında çox vacib və mühüm məqamlara toxundu. Qeyd etdi ki, siz daim insanlarla təmasda olmalı, insanların qayğıları ilə yaşamalı, onları narahat edən problemləri dinləməli və imkan daxilində bu problemləri həll etməlisiniz. Əgər bir kəndin problemi həll olunursa, demək olar ki, ölkədə insanları narahat edən ciddi problem qalmayacaq. Fəaliyyətiniz zamanı cəmiyyətin əsas prinsilərindən biri olan sosial ədalət prinsipinə əməl etməlisiniz. Azərbaycan cəmiyyətinin həmrəylik nümayiş etdirərək ölkədə gedən prosesləri yaxından dəstəklədiyini qeyd edən Prezidentimiz vurğuladı ki, bizim siyasətimiz Azərbaycan xalqının rifah halının yaxşılaşmasına istiqamətləndirilib ki, bu da ölkəmizin beynəlxalq nüfuzunu günbəgün artırır. Məqsədyönlü siyasətimiz nəticəsində Azərbaycan həm hərbi, həm də diplomatik müstəvidə misilsiz qələbələr qazanaraq Ermənistanın işğalçılıq siyasətinə son qoydu, əzəli torpaqlarımızı işğaldan azad etdi, bununla da tarixi ədalət, milli ləyaqət bərpa olundu. Ölkə başçısı şəhid ailələrinə, müharibə əlilərinə, müharibə iştirakçılarına xüsusi diqqət və qayğı göstərilməsi barədə də öz mühüm tapşırıqlarını verdi. Xüsusi vurğuladı ki, mən dövlət başçısı kimi onların problemlərini həll edirəm, daim onlarla bir yerdəyəm. Hər bir dövlət məmuru da eyni hərəkətlər etməlidir.
Prezident İlham Əliyev hər üç rayonda kənd təsərüffatının inkişafı üçün gözəl imkanlar olduğunu qeyd edərək bildirdi ki, burada da müasir tələblərə uyğun kənd təsərrüfatı strukturu yaradılmalıdır. Müasir aqrotexniki tədbirlərin tətbiq edilməsi şərtilə heyvandarlıq, əkinçilik, bitkiçilik rayonların xüsusiyyətlərinə görə inkişaf etdirilməlidir. Hər qarış torpaqdan səmərəli istifadə edilməli, torpaqların qanunsuz zəbt edilməsi ciddi şəkildə araşdırılmalı və qanunsuz əməllərə son qoyulmalıdır. Ərazi baxımından o qədər də böyük olmayan ölkəmizdə hər qarış torpaq qiymətlidir, dəyərlidir. Fermerlər, kənd sakinləri bol və keyfiyyətli məhsul yetişdirmək üçün torpaqlardan səmərəli istifadə etməlidirlər. Ölkə başçısı əmin olduğunu bildirdi ki, hər bir rayonda müasir idarəetmə qaydaları tətbiq olunacaq və mövcud problemlər aradan qaldırılacaqdır.
Bu gün biz böyük perspektivləri, potensialı olan Azərbaycanda müzəffər xalq kimi ləyaqətlə yaşayırıq və bütün dünya buna qibtə edir. Bütün sahələrdə işlər elə getməlidir ki, heç bir problem, ədalətsizlik olmasın, tanışlıq, qohumluq əlaqələri və başqa prinsiplər tamamilə aradan qaldırılsın. Hər bir dövlət məmuru vətənpərvər olmalı, üzərinə düşən vəzifəni vicdanla, şərəflə yerinə yetirməli, vətənə və xalqa sədaqətlə xidmət göstərməlidir. Bu, vətənini, xalqını, dövlətini, öz liderini sevən hər bir vicdanlı azərbaycanlının vətəndaşlıq borcudur.
Xəbər lenti
Hamısına baxDünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39

