Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Kadr islahatları xalqımızın rifah halının yaxşılaşmasına yönəlibdir

Kadr islahatları xalqımızın rifah halının yaxşılaşmasına yönəlibdir

01.08.2022 [13:10]

Prezident yerli icra hakimiyyəti orqanlarına yeni başçılar təyin edərkən çox mühüm məsələlərə toxundu.Bunların bir qismi ölkəmizdə görülən işlər və onların gələcək inkişafımızla bağlı yaratdığı perspektivlərlə əlaqədar idisə,digər bir qismi bu islahatların keyfiyyətini təyin edəcək kadrlar və onların davranışları ilə bağlı idi. Prezidentin səsləndirdiyi fikirlərdən bir daha aydın oldu ki,idarəetmədə bəzi rəhbər kadrların yerində olmaması dövlət siyasətimizə kölgə salır.Yeni kadrlar bunları nəzərə almalı, vətəndaşlarla birbaşa ünsiyyət qurmalı, problemləri onların özündən dinləməli,təşəbbüskar olmalı,korrupsiyaya və rüşvətxorluğa qarşı qətiyyətli mübarizə aparmalıdırlar.Ona görə də Prezident İlham Əliyevin verdiyi tapşırıqlar və qoyduğu tələblər məmur obrazını kökündən dəyişən və idrəetmənin fəlsəfəsində yeni məntiqini yaradan tapşırıq və tələblər idi.

Azərbaycan Prezidentinin ölkədə həyata keçirilən islahatları sabotaj etməyə,milli birliyimizə,həmrəyliyimizə zərbə vurmağa çalışan keçmişin qalıqlarına və onların ”müasirliklə" maskalanmış əlaltılarına,həmçinin ölkənin sərhədlərindən kənardakı uzantılarına münasibətdə “dövlətimizi sarsıtmağa imkan verməyəcəyik” deməsi çox ciddi mesajdır.Bu,həm də xalqa çağırışdır.Çünki Prezident İlham Əliyevin yeni təyin olunan icra hakimiyyəti başçılarına yerlərdə vətəndaşlarla bir yerdə olmağı tapşırması da bunu sübuta yetirir.

Ölkəmizi inkişaf etdirməyin yolu obyektiv informasiyaya malik olmaqdan, məlumatları ilkin mənbədən almaqdan,islahatları bu prosesin əsas hədəfi olan ninsanlarla birlikdə həyata keçirməkdən keçir.Bunun alternativi yoxdur. İslahatların mahiyyətini insanlara bütün incəliklərinədək izah etmək,onların passionar enerjisini hərəkətə gətirmək və vətəndaşları islahat prosesinin əsas mexanizminə çevirmək lazımdır.Azərbaycan xalqının mütləq əksəriyyəti öz dövlətini,Vətənini çox sevir,liderinə güvənir,onun Azərbaycanı indikindən dəfələrlə güclü olan bir dövlətə çevirmək niyyətinə və bunun üçün aydın baxış bucağına malik olduğuna inanır.Bu reallıqdır.Amma cəmiyyətimizin parçalanmasına xidmət edən mesajlarla və davranışlarla öz ənənəvi mövqelərini qorumağa çalışan, xeyirə qarşı çevik toparlanmağı bacaran,Azərbaycan xalqının birliyini,dövlətinə olan etimadını sarsıtmağa çalışan bəzi qruplar bütün mümkün vasitələrdən istifadə edərək,bu reallığı dəyişməyə çalışırlar.

Uzun illərdir bəzi fərdləri və qrupları uzaqdan da olsa müşahidə edən bir təhlilçi kimi bu fərdlərin və qrupların zaman-zaman bir-birilərinə savaş açdıqlarına baxmayaraq,ölkədə sağlam ictimai-siyasi münasibətlərin formalaşması,intellektual,vətənsevər,işgüzar insanların önə çıxması üçün əlverişli zəmin yarandığı zaman ildırım sürəti ilə necə bir araya gəldiklərinin şahidi olmuşam.Bir az metofarik görünsə də,bəşəriyyət yarandığı gündən xeyirlə şərin,işıqla qaranlığın savaşı gedir və bu savaş bu gün də var,bəzən görməsək də,hiss etməsək də hər birimiz bu savaşın içərisindəyik.Məhz bu baxımdan, şərin yanında olanlar öz mənafeləri naminə  bir araya gəlməyi bacardıqları kimi, xeyrə xidmət edənlər də saniyələr içərisində toparlanmağı,hücum mövqeyində dayanmağı,dövlətin maraqlarını,ictimaiyyətin mənafeyini tərəddüd etmədən müdafiə etməyi bacarmalıdırlar.

Elçin İsmayılov,

Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının sədri.

Paylaş:
Baxılıb: 129 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

12 Avqust 10:29

İqtisadiyyat

MEDİA

Gender bərabərliyi

12 Avqust 10:21

Yeni texnologiyalar

Xəbər lenti

4 ildən sonra...

12 Avqust 10:16

Siyasət

Siyasət

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Dünya

Ədəbiyyat

Ədəbiyyat

Sosial

Siyasət

Xəbər lenti

Karantin qayıdacaq?

11 Avqust 10:19

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

11 Avqust 10:09

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31