Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Anar Nəbiyev: İkitərəfli əməkdaşlıqda yeni səhifə açılır

Anar Nəbiyev: İkitərəfli əməkdaşlıqda yeni səhifə açılır

26.08.2022 [10:30]

Azərbaycan türkdilli dövlətlərlə əməkdaşlığa xüsusi önəm verir. Avqustun 24-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ölkəmizə səfəri çərçivəsində keçirilən görüşlərdə  hazırkı dövrün aktual məsələləri ətrafında aparılan müzakirələrə, imzalanan sənədlərə diqqət yetirmək kifayətdir. Azərbaycan və Qazaxıstan Prezidentləri tərəfindən “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında 2022-2026-cı illər üzrə əməkdaşlığın inkişaf etdirilməsi haqqında Kompleks Proqram”ı və  “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə”, 20-dən artıq sənəd isə müvafiq strukturlar arasında imzalandı. Sənədlər ümumilikdə iki ölkənin gələcək inkişafının  aydın mənzərəsini təqdim  edir. Bir əsas məqamı da xüsusi qeyd edək ki, avqustun 27-də Azərbaycanla Qazaxıstan arasında diplomatik münasibətlərin qurulmasının 30 ili tamam olur. Qazaxıstan Prezidentinin səfərinin bu mühüm hadisə ərəfəsinə təsadüf etməsi bir daha 30 illik əməkdaşlıq yolunun təhlilinə bir zərurət yaradır. 

Xarici siyasətində qarşılıqlı hörmət və maraqlar prinsipinə xüsusi önəm verən Azərbaycanın istər ikitərəfli, istərsə də çoxtərəfli çərçivədə əlaqələri yüksələn xətlə inkişaf edir. İki dost, qardaş ölkənin münasibətlərinin bu səviyyəyə yüksəlməsində təbii ki, möhkəm təməlin rolu inkaredilməzdir. Ortaq tarixə və köklərə malik olan Azərbaycanla Qazaxıstanın əlaqələrinin inkişafında ulu öndər Heydər Əliyevin və Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayevin xidmətləri böyükdür. Müxtəlif sahələrdə uğurla inkişaf edən Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələyə daxil olur. 30 illik  inkişaf yolu keçən bu əməkdaşlıq artıq strateji tərəfdaşlıqdan müttəfiqliyə yüksəlir. Səfər zamanı diqqətçəkən mühüm hadisələrdən biri də Prezident İlham Əliyevin Qazaxıstan Respublikasının “Altın kıran” - “Qızıl qartal” ali ordeni ilə təltif edilməsi oldu. Bu, xalqlarımızın dostluğunun və qardaşlığının təsdiqi, Prezident İlham Əliyevin Azərbaycan-Qazaxıstan münasibətlərinin möhkəmlənməsi üçün gördüyü işlərə verilən yüksək qiymətdir. Onu da qeyd edək ki, ötən il İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə isə Prezident İlham Əliyevə «Türk Dünyasının Ali Ordeni» təqdim edilmişdi. Bu ali mükafatın verilməsində də cənab İlham Əliyevin  türk dünyasının  birliyinə verdiyi töhfələr əhəmiyyətli rol oynadı.

  Göründüyü kimi, Azərbaycanın türk dünyasının birliyinə, həmrəyliyinə töhfələri yüksək dəyərləndirilir. Əldə olunan uğurlar münasibətlərdə yeni səhifənin açılmasına stimul verir. İkitərəfli münasibətlərdə və beynəlxalq problemlərə dair bütün məsələlərdə ölkələrimizin mövqeləri üst-üstə düşür. Qazaxıstan və Azərbaycan bir-birinə yaxın dövlətlərdir.

Bu gün artıq Azərbaycan və Qazaxıstan strateji tərəfdaş olmaqla yanaşı, müttəfiqliklərini də  sənədəsasında dünyaya çatdırdılar. Türkdilli dövlətlər arasında əlaqələrin inkişafı hazırda diqqətdə olan məsələlər sırasındadır. Onların işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərinə dəstəkləri  atdıqları addımlarda özünün aydın ifadəsini tapır. Belə ki, Qazaxıstanın Qarabağın yenidən qurulmasında iştirakı dostluğumuzun bariz təzahürüdür.  Qazaxıstanın Azərbaycana hədiyyəsinin – işğaldan azad edilmiş ərazilərdə tikiləcək Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzinin təqdimatının keçirilməsi  xalqımıza qardaşcasına münasibətin daha bir təzahürü, humanitar əməkdaşlığın daha bir elementidir. Mərkəz Füzuli şəhərində tikiləcək. Füzuli şəhərinin tikintisinin Baş planı təsdiqlənib, artıq yaşayış fondunun ilk tikililəri başlayır. Məhz, həmin vaxtadək, bu mərkəz hazır olanda Füzulinin ilk sakinlərinin oraya köçürülməsi planlaşdırılır. Prezident İlham Əliyev bu əminliyi ifadə etdi ki,  qazax xalqının böyük oğlu Kurmanqazının adını daşıyacaq Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzi həm də Qazaxıstan-Azərbaycan dostluğu mərkəzi olacaq.

    Atılan hər bir addım, imzalanan hər bir sənəd əlaqələri daha da möhkəmləndirir, yeni prioritetlər üzrə inkişafına stimul verir. İkitərəfli əməkdaşlıq beynəlxalq təşkilatlar çərçivəsində də əlaqələrin inkişafında mühüm rol oynayır. Azərbaycan və Qazaxıstan Prezidentlərinin mətbuata bəyaanatları bütün bunlara işıq salır. Prezidentlər qeyd etdilər ki,  beynəlxalq səviyyədə əməkdaşlığımız yüksələn xətt üzrə inkişaf edir. Xarici siyasətdə iştirak etdiyimiz aparıcı beynəlxalq təşkilatlarda geniş əhatəli məsələlər üzrə fəal əməkdaşlıq edirik, daim bir-birimizi dəstəkləyirik və bu, gələcəkdə də davam edəcək. Çünki əməkdaşlıq etdiyimiz beynəlxalq təşkilatların sayı kifayət qədər çoxdur və hər yerdə Qazaxıstan və Azərbaycan nümayəndələri sıx, qarşılıqlı fəaliyyətdədirlər.

Ümumilikdə Azərbaycanla Qazaxıstan  arasında həm strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə, həm də 2022-2026-cı illər üzrə əməkdaşlığın inkişaf etdirilməsi haqqında Kompleks Proqram əlaqələrin  növbəti illərdə inkişafının təqdimatıdır.


Anar Nəbiyev

YAP Qazax rayon təşkilatının sədr

Paylaş:
Baxılıb: 152 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Qızıl bahalaşıb

30 Sentyabr 12:44

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Xarici siyasət

Maraqlı

Prezident bu gün

Prezident bu gün

30 Sentyabr 10:27

Ədəbiyyat

MEDİA

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30