Azərbaycan və Qazaxıstan arasında ikitərəfli əməkdaşlığın yeni mərhələsi
29.08.2022 [15:53]
Avqustun 24-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin ölkəmizə səfəri Azərbaycan və Qazaxıstan arasında dostluq, qardaşlıq münasibətlərinin yeni yüksək pilləyə qədəm qoymasının bariz nümunəsidir. Səfər çərçivəsində dövlətlərimizin qarşılıqlı fəaliyyətinin demək olar ki, bütün məsələlərinə dair ətraflı müzakirələr aparıldı və bütün məsələlər barədə ölkələrimizin mövqelərinin üst-üstə düşdüyünü gördük. Heç şübhəsiz ki, bu səfər münasibətlərimizin gələcək inkişafı üçün çox böyük əhəmiyyət kəsb edəcəkdir. Bu gün həm Qazaxıstan, həm də Azərbaycan müstəqillik yolunda inamla irəliləyərək, dünya arenasında nüfuzunu artırır. Biz bir-birinə yaxın dövlətlər, strateji tərəfdaş və müttəfiqlərik. Bizim xalqlarımızı ortaq tarix, ortaq köklər bağlayır. Ölkələrimiz əsas beynəlxalq məkanlarda, ilk növbədə, Birləşmiş Millətlər Təşkilatında, ATƏT-də, Türk Dövlətləri Təşkilatında bir-biri ilə səmərəli qarşılıqlı fəaliyyət göstərərək, bir-birini dəstəkləyir və əminik ki, bu, gələcəkdə də davam edəcəkdir.
Səfər çərçivəsində Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Qazaxıstan və Azərbaycan Respublikası arasında ikitərəfli siyasi, iqtisadi və mədəni münasibətlərin möhkəmlənməsinə və inkişafına xüsusi töhfəsinə görə Qazaxıstanın “Altın kıran” – “Qızıl qartal” ali ordenini təqdim olundu. Bu ali mükafatın cənab Prezidentə təqdim edilməsi xalqlarımızın dostluğunun və qardaşlığının təsdiqi, Azərbaycanın münasibətlərin möhkəmlənməsi üçün gördüyü işlərə verilən yüksək qiymətdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan və Azərbaycan arasında çoxşaxəli əməkdaşlığın inkişafına böyük töhfə verir. “Altın kıran” ordeninin təqdim edilməsi də bütün qazax xalqı adından ehtiram əlamətidir.
Görüş çərçivəsində ölkə başçıları Qazaxıstanın “Bİ-Group” Holdinqi tərəfindən Füzuli şəhərində uşaqlar üçün inşa ediləcək Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinin layihəsi ilə tanış olublar. Belə ki, layihəyə əsasən 2 hektar ərazidə müasir memarlığa uyğun binalar, amfiteatr inşa ediləcək və burada uşaqların yaradıcılığını üzə çıxarmaq və inkişaf etdirməsi üçün hər cür şərait yaradılacaqdır. Bu layihə musiqi - vokal və xor oxuma, müasir texnologiyalar, yəni, uşaqların potensialını üzə çıxaran, sənət və yaradıcılıq - dulusçuluq sənəti, heykəltaraşlıq və idman – oyun zalları, xoreoqrafiya kimi dörd böyük istiqamətdən ibarətdir. Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzi ölkələrimiz arasında humanitar əməkdaşlığın daha bir nümunəsi, bizim xalqımıza qardaşcasına münasibətin təzahürü, Qarabağın bərpası işinə isə böyük töhfədir.
Həmçinin, iqtisadi-ticari münasibətlərinin inkişafı, əmtəə dövriyyəsinin artırılması istiqamətlərində fikir mübadiləsi də aparıldı. İnvestisiya sahəsində həm Qazaxıstanda, həm də Azərbaycanda çox müsbət investisiya mühiti, xarici investisiyaların böyük həcmi vardır. Ölkələrimiz arasında nəqliyyat-logistika infrastrukturunun inkişafı ilə bağlı böyük planlar mövcuddur. Hazırda yük axınının birləşdirilməsi, həcminin artırılması, tranzit potensialının yüksəldilməsi barədə danışıqlar gedir. Orta Dəhliz xüsusilə çox böyük perspektivə malikdir ki, bu layihənin həyata keçirilməsində də Qazaxıstanın və Azərbaycanın çox mühüm rolu vardır. Əminliklə demək olar ki, Qazaxıstan ilə münasibətlər bundan sonra da Azərbaycanın xarici siyasətində prioritet olacaqdır.
Əlbəttə, bu səfər Qazaxıstan və Azərbaycan arasında münasibətlərin yeni mərhələyə qədəm qoymasında xüsusi əhəmiyyət kəsb etdi və danışıqların yekunlarına əsasən bir sıra sənədlər imzalandı. Şübhəsiz ki, həmin sənədlər ikitərəfli əməkdaşlığı, Qazaxıstan-Azərbaycan münasibətlərini yeni səviyyəyə çatdıracaq, iki qardaş ölkə arasında münasibətlər uğurla inkişaf edəcək.
YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov
Xəbər lenti
Hamısına baxSosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18

