Milli inkişaf nümunəsi: təhsilin, elmin və iqtisadiyyatın vəhdətində
06.09.2022 [16:13]
Fəqət Şadlinskaya
YAP Bərdə rayon təşkilatının sədri
2003-cü ildə Prezident kimi fəaliyyətə başladığı ilk gündən cənab İlham Əliyev “Neft kapitalını insan kapitalına çevirək!” tezisini irəli sürərək bu fikri də xüsusi qeyd etdi ki, inkişaf etmiş ölkələrin təcrübəsinə diqqət yetirsək inkişafın əsasında təhsilin, yeni texnologiyaların dayandığını görərik. Təhsilin, elmin və iqtisadiyyatın vəhdətinin yaradılması qarşıya mühüm vəzifə kimi qoyuldu.
Prezident İlham Əliyev bu çağırışı da edir ki, uğurlu iqtisadi tərəqqiyə məhz ali təhsil sisteminin beynəlxalq standartlar səviyyəsinə yüksəldilməsi sayəsində nail ola bilərik. Təhsilin səviyyəsi dünyanın ən yüksək standartlarına cavab verməlidir. Əgər buna nail ola bilsək onda ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafı təmin ediləcək. Ölkəmizdə savadlılığın səviyyəsinin təxminən 100 faizə yaxın olması uğurlu, təkmil islahatların, təhsilin inkişafına göstərilən diqqət və qayğının nəticəsidir.
Azərbaycanın ikitərəfli əməkdaşlıqda humanitar sahəyə xüsusi önəm verməsi də diqqətdən kənarda qalmır. Ölkələr arasında təcrübə mübadiləsinin aparılması, səylərin birləşdirilməsi qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olmağa geniş imkanlar yaradır. O da məlumdur ki, Prezident İlham Əliyev gənclərin xaricdə təhsilinə də xüsusi diqqət yetirir, təsdiqlədiyi Dövlət Proqramları əsasında hədəfə nail olmağa səy göstərir. Məqsəd elmin sirrlərinə dərindən yiyələnmək, zəngin təcrübə əldə edib ölkəyə qayıtmaq və Azərbaycanın hərtərəfli inkişafına dəstək olmaqdır. Ümumilikdə Azərbaycan daim yeniliyə, təkmilləşməyə xüsusi diqqət göstərir. Azərbaycanın innovasiyalar ölkəsi kimi tanınması və nüfuz qazanması da deyilənlərin təsdiqidir. Dövlət büdcəsindən ayırmalarda müdafiə xərclərindən sonra ikinci yerdə təhsil xərclərinin olması bu sahənin inkişafının nə qədər prioritet olduğunu təsdiqləyir. Azərbaycanın bu gün dünyada təkcə neft-qaz ehtiyatlarına malik ölkə deyil, həmçinin yüksək səviyyəli elmi potensiala malik və informasiya-kommunikasiya texnologiyalarının tətbiq olunduğu ölkə kimi tanınması da bir çox məqamlara aydınlıq gətirir.
Dövlət başçısı İlham Əliyevin bu günlərdə İtaliyaya işgüzar səfəri çərçivəsində əməkdaşlıqda yeni səhifənin açılması diqqətdən kənarda qalmadı. Belə ki, Romada İtaliya-Azərbaycan Universiteti üzrə əməkdaşlıq çərçivəsinin müəyyən edilməsi, fakültə və proqramların yaradılması ilə bağlı ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi - Luiss Guido Carli Universiteti, Romanın Sapienza Universiteti, Turin Politexnik Universiteti, Alma Mater Bolonya Universiteti və Milan Politexnik Universiteti arasında akademik əməkdaşlığa dair imzalanmış sazişlərin mübadiləsi mərasimi keçirildi. Prezident İlham Əliyevin bildirdiyi kimi, atılam addım onu göstərir ki, biz gələcəkdə təhsil sahəsində də strateji tərəfdaş kimi fəaliyyət göstərəcəyik. Hər bir ölkənin inkişafını təbii resurslar yox, bilik, savad, texnoloji tərəqqi müəyyən edir. Azərbaycanda təbii resurslardan əldə edilmiş gəlir insan kapitalına yönəldilir və səfər çərçivəsində atılan addım bunun əyani sübutudur. İtaliya-Azərbaycan Universiteti İtaliya-Azərbaycan dostluğu mərkəzi olacaq.
“Təhsil sahəsində biz yeni genişmiqyaslı əməkdaşlığa başlayırıq” söyləyən dövlət başçısı İlham Əliyev qeyd etdi ki, iki il bundan əvvəl İtaliyada dövlət səfərində olarkən İtaliya-Azərbaycan Universitetinin yaradılması təklifi ilə çıxış edib. İtaliya rəhbərliyi bu təklifi alqışlayaraq qısa müddətdə praktiki fəaliyyətə başlanıldı.
Azərbaycan hər sahədə əməkdaşlığın inkişafında maraqlıdır. Bu da təbii ki, ölkəmizin bütün sahələrdə təkmil təcrübəyə malik olmasından irəli gəlir. Təhsil hər bir millətin gələcəyi olduğu üçün bu sahədə təcrübəni paylaşmaq, yeni hədəflər müəyyənləşdirmək olduqca vacibdir.
Tarixi Zəfərimiz bütün sahələrdə təkmil Dövlət Proqramlarının qəbulunu zərurətə çevirir. Bu baxımdan “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” da gələcəyimiz üçün atılan mühüm addımlar sırasındadır. Xaricdə təhsil alan gənclərimiz, eyni zamanda, Azərbaycanın fəal təbliğatçılarıdırlar. Postmünaqişə dövrünün reallıqlarının dünya ictimaiyyətinə çatdırılmasında gənclərimiz fəallıq nümayiş etdirəcək, müasir dünyagörüşləri, yanaşmaları ilə qlobal problemlərin həllinə öz töhfələrini vercəklər. Dövlət başçısı İlham Əliyevin İtaliyaya səfəri zamanı qatıldığı, həmçinin çıxış etdiyi Forumda da yeni qlobal düzən müzakirə edildi, ölkə Prezidenti bu məsələ ilə bağlı Azərbaycanın mövqeyini açıqladı. Bildirildi ki, addımlarımızı strategiyamıza uyğun atacağıq.
Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyevin bu günümüzə və gələcəyə xidmət edən inkişaf strategiyasının cənab İlham Əliyevin təkmil islahatları əsasında uğurla həyata keçirilməsi ölkəmizə möhtəşəm uğurlar qazandırır, qarşısında daha geniş imkanlar açır.
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

