Azərbaycan güclü müdafiə sənayesinə sahibdir
08.09.2022 [11:04]
Samir Vəliyev
Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri
Azərbaycan dövləti digər sahələrdə olduğu kimi müdafiə sənayesinin inkişafına da xüsusi diqqət yetirir. Ötən illər ərzində ölkəmizdə müxtəlif adlarda müdafiə təyinatlı məhsullar istehsal olunub. İndiyədək milli sənayemizdə istehsal olunan müdafiə təyinatlı hərbi məhsullar müxtəlif beynəlxalq sərgilərdə uğurla nümayiş etdirilib və onların ixracına dair xarici şirkətlərlə yeni müqavilələr imzalanıb. Eyni zamanda, ölkəmiz müdafiə sənayesi üzrə beynəlxalq sərgilərə də ev sahibliyi edir.
Bu baxımdan, Bakıda 4-cü Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” və 13-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə “Securex Caspian” sərgilərinin keçirilməsi böyük önəm kəsb edir. Respublikamızda ilk belə sərgi 2014-cü ildə keçirilib. Budəfəki sərginin xüsusi önəmi ondan ibarətdir ki, tədbir 44 günlük Vətən müharibəsindən sonra ilk dəfə keçirilir. Sərgidə Azərbaycan Ordusunun şanlı Qələbəsində müstəsna rol oynamış hərbi-sənaye kompleksində buraxılan və silahlanmaya cəlb edilən müasir silahlar nümayiş etdirilir. Yüksək texniki parametrləri ilə fərqlənən bu silahlar bir tərəfdən Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə böyük Zəfərə imza atan Ordumuzun maddi-texniki təchizatının yüksək səviyyəsi barədə konkret təsəvvür formalaşdırır, digər tərəfdən isə milli müdafiə sənayemizin geniş istehsal imkanlarını göstərir.
Bakıda keçirilən sərgiyə beynəlxalq səviyyədə maraq kifayət qədər böyük olmuşdur. Belə ki, dünyanın 30-a yaxın ölkəsinin 200-dən artıq şirkətini bu sərgidə təmsil olunub. “ADEX” müdafiə sərgisinin iştirakçıları arasında Türkiyə, Rusiya, Bolqarıstan, Çin, Fransa, İtaliya, Niderland və digər ölkələrin müdafiə sektorunun aparıcı şirkətləri var. Budəfəki sərgiyə beynəlxalq səviyyədə böyük maraq göstərilməsi isə heç də təsadüfi deyildir. Qeyd etdiyimiz kimi, sərgi Azərbaycanın böyük Zəfəri ilə başa çatan 44 günlük müharibədən sonra ilk dəfə keçirilir. Vətən müharibəsində şanlı Qələbəmiz asanlıqla əldə olunmayıb. İşğaldan təmizlənən ərazilərdə çəkilən foto və video materiallardan görünür ki, torpaqlarımızı geri qaytarmaq fikrində olmayan məkrli düşmən onilliklər ərzində burada güclü istehkamlar qurmuşdu. Bu istehkamların yaradılmasına böyük maliyyə vəsaiti xərclənib. İşğalçılar elə düşünürdülər ki, Azərbaycan Ordusu bu istehkamları heç vaxt keçə bilməyəcək. Ermənistanın hərbi birləşmələri işğala məruz qalan ərazilərdə yerləşən yüksəkliklərdə mövqe qurmuşdular. Bu yüksəkliklərdən isə ətrafdakı bütün ərazilər aydın görünürdü. Lakin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüşən Azərbaycan Ordusu möcüzə göstərdi və 44 gün ərzində düşməni diz çökdürdü.
Ölkəmizin ərazi bütövlüyünün təmin olunması ilə nəticələnən bu müharibədə Azərbaycan Ordusu bütün dünyaya yeni bir nümunə təqdim etdi. Bu, sözün əsl mənasında, XXI əsrin müharibəsi idi. Elə buna görə də ayrı-ayrı ölkələr Müzəffər Azərbaycan Ordusunun texniki təchizatına, milli müdafiə sənayemizin istehsal imkanlarına, “Made in Azerbaijan” brendi ilə buraxılan hərbi təyinatlı məhsullara böyük maraq göstərirlər və bu məhsullarla tanış olmaq istəyirlər. Prezident İlham Əliyev Dördüncü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin iştirakçılarına ünvanladığı məktubunda Azərbaycan Silahlı Qüvvələrinin döyüş təcrübəsinin hazırda bütün dünyanın maraq dairəsində olduğunu diqqətə çatdıraraq vurğulayıb: “XXI əsrin müharibəsini aparmış Azərbaycan Silahlı Qüvvələrinin döyüş təcrübəsi bu gün inkişaf etmiş ölkələrin hərbi mərkəzlərində diqqətlə öyrənilir. Son dərəcə çətin relyef şəraitində ən müasir döyüş silahlarını tətbiq etməklə Azərbaycan Silahlı Qüvvələri düşmənin möhkəmləndirilmiş müdafiə xətlərini yarmış və sürətlə irəliləyərək cəmi 44 gün ərzində onu təslim olmağa məcbur etmişdir. Azərbaycanın tarixi qələbəsi göstərdi ki, hərbi sahədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün müasir ordu quruculuğu, ölkənin hərbi qüdrətinin yüksəldilməsi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirilməsi son dərəcədə əhəmiyyətlidir”.
Ümumiyyətlə, 30 il ərzində müharibə şəraitində yaşamağa məcbur olan ölkəmizdə ordu quruculuğu daimi prosesə çevrilib. Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycan Respublikası öz Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin artırılmasına və maddi-texniki bazasının gücləndirilməsinə daim xüsusi önəm verir. Ötən illər ərzində güclü, qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirməyə qadir olan ordunun yaradılması ilə bağlı davamlı şəkildə həyata keçirilən tədbirlər kompleks xarakter daşıyıb. Hər il dövlətimizin büdcəsindən ordumuza Ermənistanın ümumi büdcəsindən çox həcmdə maliyyə vəsaiti ayrılır. Bütövlükdə, davamlı dövlət qayğısı sayəsində Azərbaycan Ordusunun maddi-texniki təchizatı yüksək səviyyəyə çatdırılıb. Çünki güclü ordu hər zaman müstəqilliyimizin, torpaqlarımızın qorunmasının qarantı qismində çıxış edir. Ermənistanda hələ də revanşist iddialar səsləndirilir. Ona görə də dövlətimiz Silahlı Qüvvələrinin daha da gücləndirilməsi işini bundan sonra da davam etdirəcək!
Xəbər lenti
Hamısına baxElm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18

