Müstəqil bir ölkə kimi xarici amillərdən müdafiə olunmaq əsas məsələlərdəndir
09.09.2022 [11:23]
Azərbaycanın xarici siyasəti uğurla daxili siyasətinin davamıdır. Bu fikir ətrafında düşünərkən əvvəlcə daxili siyasətin əsas hədəflərini müəyyən etmək lazımdır. Əlbəttə, daxili amillər, ölkəmizin hazırkı iqtisadi gücü, eləcə də qlobal arenada yüksələn nüfuzumuz Azərbaycana uğurlu xarici siyasət kursu yetirmək üçün əlverişli şərait yaradır. Aydın məsələdir ki, belə olan halda, bu siyasi kurs beynəlxalq ictimaiyyət tərəfindən də müsbət qarşılanır və təqdir edilir. Bu da öz növbəsində Azərbaycanla ikitərəfli və çoxşaxəli əlaqələr yaratmaq istəyən ölkələrin sayının artmasına səbəb olur. Bunun bir digər səbəbi də, respublikamızın siyasət arenasında özünü etibarlı, sözünə güvənilən tərəfdaş kimi aparması və bunu sübut etməsidir.
Ümumiyyətlə, hazırda ölkəmizin beynəlxalq imici durmadan yüksəlməkdədir. Azərbaycanın uğurlu inkişaf yolu, qətiyyətli, prinsipial mövqeyi, hər zaman haqqın, ədalətin yanında olması, beynəlxalq hüququn norma və prinsiplərini hər şeydən ali qəbul etməyimiz bu nüfuzu şərtləndirən amillərdəndir. Bir sözlə, Azərbaycanın çox uğurlu xarici siyasət kursu var və bu iradə gələcək illərdə daha da möhkəmlənəcəkdir.Ölkəmiz hər il dünyanı narahat edən qlobal problem və çağırışların həllində daha güclü iştirakçıya çevrilir. Xarici siyasət, diplomatik fəaliyyət mahiyyət etibarilə ölkənin dost və müttəfiqlərinin sırasını genişləndirməsidir. Erməni təcavüzünün qarşısını almaq üçün əlverişli beynəlxalq mühit formalaşdırmalı olduğu halda, məsuliyyətsiz addımlar sayəsində onsuz da çətinliklər burulğanında çırpınan respublika ətrafında tamamilə əlverişsiz diplomatik mühit formalaşdırılmışdır. Dahi və müdrik insanlar üçün xarakterik olan strateji, uzaqgörən baxışa və dərin düşüncəyə malik olan Heydər Əliyev tərəfindən Azərbaycanın xarici siyasətinin strateji ana xəttinin konturları cızılmışdır. Azərbaycanın müstəqilliyinin itirilməsi, Xalq Cümhuriyyətinin acı aqibətinin yenidən yaşanıla bilinəcəyi bir şəraitdə ölkəmizin yaxın və uzaq tarixi keçmişi, üzləşdiyi geosiyasi reallığı dərindən təhlil edilərək ulu öndər Heydər Əliyev tərəfindən formalaşdırılan xarici siyasət strategiyası ilk növbədə respublikamızın milli maraqlarının aydın, dəqiq şəkildə müəyyən edilməsini, bərabərhüquqlu, daxili işlərə qarışmamaq, qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında qonşu dövlətlər, dünya birliyi ilə mehriban münasibətlərin qurulmasını, eyni zamanda, Avratlantik inteqrasiya xəttinin tutulmasını, uğurlu enerji, nəqliyyat infrastrukturları diplomatiyası vasitəsilə uzunmüddətli perspektivdə davamlı inkişafın əldə edilməsini, xarici siyasətimizin manevr imkanlarının, strateji dərinliyinin artırılmasını, ən əsası, Ermənistanın Azərbaycana qarşı təcavüzünün məhəlli səviyyədən çıxarılaraq beynəlmiləlləşdirilməsini, işğalın nəticələrini aradan qaldırmaq üçün Ermənistana qarşı beynəlxalq siyasi təzyiqin gücləndirilməsini, son hədəf olaraq Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığının təmin olunmasını özündə ehtiva etmişdir. Qonşu dövlətlərlə mehriban münasibətlərin qurulması, eyni zamanda, Avratlantik inteqrasiya xəttinin tutulması, müstəqil siyasətin yürüdülməsi, Ermənistana qarşı beynəlxalq siyasi təzyiqlərin tətbiqinin formalaşdırılması və onun atəşkəsə vadar edilməsi, bununla da nəinki Azərbaycanın dövlətçiliyinin qorunması, hətta onun daha da möhkəmləndirilməsi zahirən qeyri-mümkün diplomatik gedişlər təsiri bağışlasa da, yalnız Heydər Əliyev diplomatiyası vasitəsilə mümkün olmuşdur. İstər həmin dövrdə, istərsə də bu gün bu strategiyanın yalnız bir qalibi var idi: Azərbaycan xalqı! Daxili və xarici siyasətin bir-birini üzvi şəkildə tamamladığı formada qurulmuş bu strategiya müstəqilliyimizin ilk dövrlərində daxili inkişaf üçün əlverişli xarici mühitin yaradılmasını özündə ehtiva edirdisə, artıq bu gün uğurlu daxili siyasət, o cümlədən ölkəmizin liberal-demokratik yolla inkişafı, siyasi sistemin sabitliyi, dövlətçiliyin möhkəmliyi, davamlı və sürətli iqtisadi çiçəklənmə xarici siyasət sahəsində əldə etdiyimiz nailiyyətlərin əsasını təşkil edir. Daxili və xarici siyasətin bir-birini üzvi şəkildə tamamladığı formada qurulmuş bu strategiya müstəqilliyimizin ilk dövrlərində daxili inkişaf üçün əlverişli xarici mühitin yaradılmasını özündə ehtiva edir. Artıq, bu gün uğurlu daxili siyasət, o cümlədən ölkəmizin liberal-demokratik yolla inkişafı, siyasi sistemin sabitliyi, dövlətçiliyin möhkəmliyi, davamlı və sürətli iqtisadi çiçəklənmə xarici siyasət sahəsində əldə etdiyimiz nailiyyətlərin əsasını təşkil edir.
Ümumilikdə, ölkəmizin xarici siyasət kursu həm nüfuzumuzun artmasına, həm də tərəfdaş dövlətlərin sayının çoxalmasına gətirib çıxarır. Bu, ötən əsrin 90-cı illərinin əvvəllərində müstəqillik qazanan gənc respublikamız üçün böyük uğurdur. Ümid edirik ki, ölkəmiz bundan sonrakı mərhələdə də daim inkişaf edəcək, yeni uğur və nailiyyətlərə imza atacaqdır.
Müşfiq Səfərov
Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri.
Xəbər lenti
Hamısına baxSosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59

