YAP üzvlərinin sayı 527 min nəfərə çatıb
27.01.2011 [11:32]
Dünən Yeni Azərbaycan Partiyası İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda Yeni Azərbaycan Partiyasının 2010-cu ildə fəaliyyətinə dair hesabatı müzakirə edilib. Qeyd olunub ki, ötən 2010-cu il ölkəmizin və Yeni Azərbaycan Partiyasının həyatında mühüm hadisələrlə yadda qalıb. Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən irimiqyaslı islahatlar regionların sosial - iqtisadi cəhətdən dinamik inkişafına, işsizliyin minimum həddə endirilməsinə, əhalinin rifahının yüksəlməsinə, Azərbaycanın regionda və dünyada mövqelərinin daha da möhkəmlənməsinə gətirib çıxarıb. Bütövükdə, 2010-cu il Azərbaycan üçün sosial - iqtisadi göstəricilər baxımından uğurlu il kimi tariximizə daxil olub. Müzakirələrdə vurğulanıb ki, partiyanın fəaliyyətində ilin başlıca siyasi hadisəsi olan Azərbaycan Respublikası Milli Məclisinə seçkilər mühüm yer tutub. Seçkilərdə “Güclü dövlət, yüksək rifah” şüarı ilə iştirak edən Yeni Azərbaycan Partiyası növbəti siyasi uğur qazanıb, Milli Məclisdə 71 nəfər deputatla təmsil olunmaq hüququ əldə edib.
İdarə Heyətinin iclasında qeyd olunub ki, hesabat ilində Yeni Azərbaycan Partiyası ictimai - siyasi əhəmiyyət kəsb edən bir çox layihələrin müəllifi kimi çıxış edib. O cümlədən “Ekologiya ili” çərçivəsində Bakıda və regionlarda yaşıllıq zolaqlarının salınması tədbirlərində yaxından iştirak edib.
Hesabat ilində partiyanın beynəlxalq əlaqələrinin inkişafına xüsusi diqqət yetirilib. Avropa Xalqları Partiyası ilə münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub, Koreya Respublikasının Böyük Milli Partiyası (HANNARA) ilə dostluq və əməkdaşlıq haqqında saziş imzalanıb.
Partiyanın sıralarının genişlənməsində, üzvlərinin sayının artmasında arxada qoyduğumuz il istisna olmayıb. İdarə Heyətinin iclasında bildirilib ki, 2010-cu ildə Yeni Azərbaycan Partiyasının sıralarına 32186 nəfər yeni üzv qəbul olunub. Onlardan 17 min nəfərdən çoxu gənclərdir. Hazırda partiyanın 7600 ilk təşkilatında qeydiyyatda olan partiya üzvlərinin ümumi sayı 527000 nəfərə çatıb.
İdarə Heyətinin iclasında Yeni Azərbaycan Partiyasının 2010-cu ilə dair maliyyə hesabatı da dinlənilərək təsdiq olunub. ötən ildə Yeni Azərbaycan Partiyasının cari hesabına partiya üzvlük haqlarından 4063044 manat vəsait daxil olub. Daxil olan vəsaitin 2101176 manatı partiyanın İcra Katibliyində və yerli təşkilatlarında çalışan işçilərin əməkhaqqı fondunu təşkil edib. Qalan vəsait partiya tədbirlərinin maliyyələşməsinə, çap işlərinə, təsərrüfat, kommunal və ezamiyyə xərclərinin ödənilməsinə, xeyriyyəçilik tədbirlərinə, həmçinin, 20 nəfər ali məktəb tələbəsinə xüsusi təqaüdlərin verilməsinə sərf edilib.
İclasda YAP İdarə Heyətinin 2011-ci ilin birinci yarımilliyinə dair iş planı geniş şəkildə müzakirə olunaraq, qəbul olunub.
Xəbər lenti
Hamısına baxGündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27

