Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Nəqliyyat sektorunun inkişafı Azərbaycan iqtisadiyyatını daha da gücləndirəcək

Nəqliyyat sektorunun inkişafı Azərbaycan iqtisadiyyatını daha da gücləndirəcək

23.09.2022 [12:36]

Nəqliyyat sisteminin inkişafı Azərbaycan Respublikası üçün böyük əhəmiyyət kəsb edir. Ölkə iqtisadiyyatının infrastruktur sahələri olan enerji, rabitə, təhsil, səhiyyə ilə yanaşı, nəqliyyat cəmiyyətin həyat fəaliyyətinin ilkin tələbatını təmin etməklə sosial, iqtisadi, xarici siyasət və digər dövlət prioritetlərinə nail olmaq üçün mühüm  rol oynayır. 1990-cı illərin əvvəllərində Azərbaycan Respublikası bazar iqtisadiyyatına doğru addımlar ataraq seçim etmişdir. O zamandan bəri islahatlar nəqliyyat sektorunun tənzimedici mühitində nəzərə çarpan dərəcədə dəyişikliklərə səbəb olmuş nəqliyyat xidmətlərinə olan tələbə böyük təsir göstərmişdir. 1993-cü ildən sonrakı dövr ərzində nəqliyyat sahəsində strukturların və idarəetmə institutlarının əsaslı yeniləşdirilməsi aparılmışdır. Təşkilati və tənzimləyici fəaliyyətlərin bölgüsünə keçidlə yanaşı inzibati idarəetmədən bazar iqtisadiyyatı şəraitində dövlət tənzimlənməsi sisteminə keçirilmiş,  nəqliyyat fəaliyyətinin müəyyən dərəcədə hüquqi əsası yaradılmışdır. Bunun ən bariz nümunəsi – nəqliyyat-yol kompleksinin tərkib hissələri olan dəmir yolu, su, avtomobil, mülki hava nəqliyyatı sub sektorları avtomobil yolları sahələrində vahid dövlət siyasətini formalaşdıran və həyata keçirən, sahələr arası münasibətləri tənzimləyən mərkəzi icra hakimiyyəti orqanının – Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin yaradılmasıdır. Bu dövr ərzində sərnişin və yük daşımalarına olan tələbat yüksək dərəcədə artmış beləliklə, nəqliyyat sektorunda islahatların aparılmasının sürətli inkişafına təkan vermişdir. Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra nəqliyyat sistemi inkişafının yeni mərhələsinə qədəm qoymuşdur. Əsaslı struktur islahatları tamamlanmışdır. Ölkə İqtisadiyyatı sürətli inkişafın növbəti mərhələsinə keçmiş, bazar iqtisadiyyatı şəraitində nəqliyyatın işinin hüquqi bazasının yaradılmasına, tələbə yönəlik, bazar iqtisadiyyatının tələblərini əks etdirən güclü fəaliyyətlərə üz tutmağa səbəb olmuşdur.  Nəqliyyatda sektor islahatlarının tamamlanması vahid nəqliyyat siyasətinin formalaşması üçün stimul yaratmışdır. Vahid nəqliyyat siyasətinin hədəflərindən biri sub sektroların inteqrasiyasından və nəqliyyat xidməti bazarında həm birləşmiş həm də multi-modelli nəqliyyat sistemlərində  bacarıqların artırılmasından ibarətdir. Nəqliyyatın  artan fərdi çevikliyi, vətəndaşların nəqliyyatla hərəkət etmələri sahəsində hüquqlarının həyata keçirilməsini təmin etməklə yanaşı, həm də Azərbaycan Respublikasının müdafiə potensialının yüksəldilməsi üçün vacibdir. Nəqliyyat sektorunun əsas rolu artmaqda olan tələbin təmin edilməsindən eyni zamanda,  Azərbaycan Respublikası tərəfindən hazırlanmaqda olan sosial-iqtisadi inkişaf islahatları ilə uyğunluq prinsipləri ilə yanaşı addımlamasıdır. Dəyişən şərtlər nəqliyyat sisteminin inkişafı üçün əsas istiqamətlərin müəyyən olunmasını və nəqliyyatın inkişafı sahəsində dövlət tərəfindən müəyyən olunan vəzifələrin müəyyənləşdirilməsini zəruri edir.

Bu günlərdə  Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammiti çərçivəsində möhtərəm Prezident İlham Əliyevin çox önəmli məqamlara toxundu: “Son 20 ildə Azərbaycanda 19 min kilometr avtomobil yolu, 1400 kilometr dəmir yolu tikilib və ya əsaslı təmir edilib. Bu gün Azərbaycan 2020-ci il İkinci Qarabağ müharibəsindəki Qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə minlərlə kilometr avtomobil yolu və yüzlərlə kilometr dəmir yolu çəkir. Azərbaycan 18 təyyarə ilə regionumuzda ən böyük mülki hava yük donanmalarından birinə malikdir. 2024-cü ilin sonuna qədər ölkədə beynəlxalq hava limanlarının ümumi sayı bugünkü 7-dən 9-a çatdırılacaq.”

Xəzərin  və Qara dənizin, Rusiya, İran və Türkiyə arasında yerləşməsi Cənubi Qafqaz regionunu Şərq-Qərb və Şimal-Cənub dəhlizinə çevirir.  Bu amil Xəzər regionunun, xüsusilə də Cənubi Qafqazın dünyanın geosiyasi xəritəsində mühüm mövqeyə malik olduğunu göstərir.

Azərbaycan xalqının ümummilli lideri, Heydər Əliyev qeyd edirdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri xalqın köməyi və dəstəyi ilə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” - fikirlərini xatırladaraq bildirmək istərdim ki, nəqliyyatçıların ən ümdə vəzifəsi ölkə başçısı ətrafında daha da sıx birləşərək Azərbaycan Respublikasının ümumi iqtisadi inkişafı, nəqliyyat sektorunun və onun infrastruktur sahələrinin təkmilləşdirilməsindən ibarətdir. Dövlət başçısı tərəfindən göstərilən ehtimadın, doğruldulması üçün nəqliyyatçıların başlıca vəzifəsi ölkəmizin coğrafi-strateji mövqeyindən, eləcə də əlverişli tranzit imkanlarından səmərəli istifadəni təmin etmək və doğma Azərbaycan dövlətinin davamlı sosial-iqtisadi inkişafına təkan verməkdir. Sonda möhtərəm cənab prezident İlham Əliyevin Səmərqənddə səsləndirdiyi: “2020-ci ilin sonunda Qarabağ münaqişəsinin həlli regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradıb. Zəngəzur dəhlizi açıldıqdan sonra bu, region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq və marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaqdır”. Düşünürəm ki, bu prosesə dəstək vermək isə hər bir kəsin vətəndaşlıq borcudur.

Abbas Pənahov

YAP Nəsimi rayon təşkilatının sədr müavini

Paylaş:
Baxılıb: 858 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31