Anar Nəbiyev: Müzəffər xalq, qalib ölkə kimi əbədi yaşayacağıq
30.09.2022 [11:30]
Vətən oğullarımızın qəhrəmanlğı sahəsində 30 ilin işğalına son qoyuldu. Azərbaycanın ərazi bütövlüyü təmin edildi. 30 ildə xalqımız bir amalla yaşayırdı ki, nəyin bahasına olursa-olsun torpaqlarımızı işğalçılardan azad edək. Müzəffər Ali Baş Komandan İlham Əliyev hər zaman tarixi Zəfərimizə yol açan amillərdən bəhs edərək Vətən sevgisini xüsusi qeyd edir və bildirir ki, bu amalla yaşamışıq. Bizi qələbəyə aparan təkcə hərbçilərimizin peşəkarlığı, qəhrəmanlığı, hərbi texnikamız yox, bizi qələbəyə aparan Vətən sevgisi idi.
Şanlı Qələbəmiz Azərbaycan xalqının müzəffər, yenilməz xalq olduğunu dünyaya nümayiş etdirdi. Tarixi Zəfərimiz milli qürurumuzu, kimliyimizi özümüzə qaytardı. 30 il işğal altında olan torpaqlarımız azad ediləcəyinə inamını bir gün belə itirmədi. Dövlət başçısı İlham Əliyevin ən yüksək tribunalardan bəyan etdiyi “Biz işğalla heç zaman barışmaycağıq”, “Ərazi bütövlüyümüz danışıqlar mövzusu deyil və ola da bilməz”. “Torpaqlarımızda ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəyik” kimi bəyanatları mövcud realıqlara söykənirdi. O reallıqlar ki, Azərbaycan diplomatik mübarizədə qalib tərəf idi. Ordu quruculuğunda əldə etdiyimiz yüksək nəticələr Silahlı Qüvvələrimizin torpaqlarımızı azad etmək qüdrətinə malik olduğunu böyük əminliklə söyləməyə əsas verirdi.
Dövlətimizin qətiyyəti, Azərbaycan Ordusunun şücaəti, qəhrəmanlığı sayəsində torpaqlarımız tarixi sahibinə qayıtdı. Dövlət başçısı İlham Əliyev 44 günlük İkinci Qarabağ müharibəsi dövründə 30-a yaxın xarici mətbuata müsahibələrinin birində “Cənab Prezident, Sizə ən çox təsir edən, kədərləndirən, ən çox sevindirən nələr oldu” sualını cavablandırarkən bildirmişdi ki, ən çox kədərləndirən həm mülki vətəndaşlar, həm də əsgərlər arasında itkilərmizdir. Gənc əsgərlərimiz fədakarlıq, rəşadət göstərərək doğma torpaqları uğrunda şəhid olurlar. Bu, böyük faciədir. Ən çox sevindirən isə Azərbaycan xalqının iradəsidir. Çünki mərmi altında yaşayan insan yerindən tərpənmir. Deyirlər ki, təki “Vətən sağ olsun!” Dövlət başçısını sevindirən məqamlar sırasında bayrağımızın işğaldan azad edilmiş torpaqlarda dalğalaması da xüsusi qeyd edildi.
Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, işğaldan azad edilmiş ərazilərimizdə Azərbaycan Bayrağı ucaldılıb, bu torpaqlarımıza yeni həyat verilir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin 27 sentyabr-Anım Günü Füzuli rayonunda səfəri zamanı çıxışında əksini tapan məqamların, fikirlərin hər biri Zəfərə gedən yolun aydın mənzərəsini təqdim edir. “Şəhidlərimizin qanı yerdə qalmadı, biz şəhidlərimizin qanını aldıq” söyləyən cənab İlham Əliyev bildirdi ki, döyüş meydanında qisasımızı aldıq. Doğma torpaqlarımızı düşməndən azad etdik, ölkəmizin ərazi bütövlüyünü bərpa etdik. 44 günlük Vətən müharibəsi şanlı tariximizdir. Azərbaycan xalqı bütün gücünü səfərbər edib yumruq kimi birləşərək düşməni doğma torpaqlarımızdan qovdu.
Azərbaycan Ordusunun 44 gündə məhv etdiyi, yaxud qənimət kimi götürdüyü hərbi texnikanın, silah-sursatın statistikası ölkə Prezidentinin Vətən müharibəsi dövründə xalqa müraciətlərində öz əksini tapdı. Sonda isə tarixi Qələbəmizin dünyaya təqdimatı olan Zəfər Paradında həmin qənimətlər nümayiş olundu. Onu da qeyd edək ki, cənab İlham Əliyevin təşəbbüsü və iştirakı ilə Bakının Xətai rayonunda açıq səma altında Hərbi Qənimətlər Parkı yaradıldı. Bu park ümumilikdə Azərbaycanın Zəfərə gedən yolunun, Ermənistan ordusunun zəifliyinin aydın mənzərəsini yaradır.
Ermənilər işğal edilmiş torpaqlarımızda elə istehkamlar qurmuşdular ki, düşünürdülər onları dağıtmaq mümkün olmayacaq. Silahlı Qüvvələrimiz 10 noyabr Bəyanatının imzalanmasına qədər 5 şəhəri, 4 qəsəbəni, 300-ə yaxın yaşayış məntəqəsini, bir sıra strateji yüksəklikləri işğaldan azad etdi. Dövlət başçısı çıxışında bu reallığı qürurla vurğuladı: “44 gün ərzində Azərbaycan Ordusu hər gün irəliyə gedirdi. Dayanmadan, durmadan, usanmadan hər gün qan tökərək, şəhidlər verərək irəliyə gedirdi, Zəfərə doğru gedirdi. Bir gün belə dayanmadı, bir gün belə geriyə addım atmadı, ancaq irəli getdi, düşməni qova-qova döyüş meydanında tarixi Zəfər çaldı.” Çıxışda bu məqam da önə çəkildi ki, xoşbəxt nəsilik ki, bu şərəfli missiya bizim üzərimizə düşüb. Xoşbəxt nəsilik ki, biz bu tarixi hadisənin həm şahidləriyik, həm də iştirakçılarıyıq: “Bizdən sonra gələn nəsillər həmişə bu şanlı tarixlə fəxr edəcəklər. Biz fəxr edirik ki, bu torpağın övladlarıyıq. Fəxr edirik ki, döyüş meydanında öz haqqımızı bərpa etdik, düşməni məğlub etdik və bundan sonra biz müzəffər xalq kimi, qalib ölkə kimi əbədi yaşayacağıq” Azərbaycanın zəngin çoxəsrlik tarixinə Zəfər səhifəsinin yazılması fonunda xalqımızın alnı açıq, üzü ağ, başı ucadır. Biz heç kimin torpağında müharbə aparmamışıq. Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır. Bu, BMT Təhlükəsizlik Şurasının qətnamələrində də öz əksini tapıb. Möhtəşəm Qələbəmiz xalqımızı tarixə müzəffər xalq, ölkəmizi qalib ölkə, dövlət başçısı İlham Əliyevin adını torpqlarımızın xilaskarı kimi yazdı. Tarixinə sahib çıxan xalq məğlubedilməzdir.
Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03

