Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Ağdamda Vətən müharibəsi şəhidinin xatirəsi anılıb

Ağdamda Vətən müharibəsi şəhidinin xatirəsi anılıb

06.10.2022 [13:18]

Ağdam rayonunda 44 günlük vətən müharibəsinin şəhidi Abbasov Müşviq Qabil oğlunun anım günü ilə bağlı tədbir keçirilmişdir.

Tədbirdə Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, Ağdam Rayon İcra Hakimiyyəti Başçısının müavini Xəqani Nəzərov,  Ağdam Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə İşin Təşkili şöbəsinin müdiri Samir Məmmədov, partiya fəalları,  şəhidimizin ailə üzvüləri və rayon ictimayətinin nümayəndələri iştirak etmişlər.

Tədbir iştirakçıları ilk öncə şəhidlər xiyabanında şəhidlərimizin məzarını ziyarət edərək onların əziz xatirələrinə dualar oxumuşlar və məktəbli şagirdlər şəhidlərimizə həsr olunmuş müxtəlif şeir kompozisiyaları söyləmiş, həmçinin rayon ziyalılarıda çıxışlar etmişlər.

 Daha sonra tədbir iştirakçıları Abbasov Müşviq Qabil oğlunun evini ziyarət etmişlər, şəhidimizin ailə üzvülərinin problemləri ilə maraqlanmışlar. Vətən Müharibəsi zamanı şəhidimiz Müşviq Abbasovun iki oğluda onunla bərabər döyüşlərdə iştirak etmişdilər.

Şəhidimizin ailə üzvüləri də dövlətimiz tərəfindən onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.

Qeyd edək ki, şəhid Abbasov Müşviq Qabil oğlu 2020-ci ilin oktyabr ayının 5-də Vətən müharibəsi zamanı Ağdam rayonunun Qərvənd kəndi istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən o, ölümündən sonra “Vətən uğrunda”  və “Ağdamın azad olunmasına görə”  medalları ilə təltif edilib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Paylaş:
Baxılıb: 587 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Gündəm

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31