Ramil Orucov: Ölkəmizin etibarlı tərəfdaş imici formalaşıb
07.10.2022 [11:06]
Cənubi Qafqazın lider dövləti Azərbaycan Avropanın enerji təhlükəsizliyinin, qlobal enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rola malikdir.
Bu gün böyük layihələrə imza atan Azərbaycan Avropaya neftlə yanaşı, təbii qaz da ixrac etmək imkanına malikdir. Təkcə bu ilin 8 ayı ərzində Azərbaycanın qaz ixracından əldə etdiyi gəlirin həcmi 340 faizədək, istehsal isə 9,7 faiz artıb. Qaz ixracından əldə olunan gəlirin artması Azərbaycanın gələcəkdə daha çox gəlir əldə etmək imkanının olduğunu göstərir.
Bunu YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov bildirib. O, qeyd edib ki, Cənubi Qafqazın nəhəng enerji və nəqliyyat infrastrukturlarının müəllifi, regionun söz sahibi Azərbaycan bölgədə və beynəlxalq səviyyədə əməkdaşlığa, təhlükəsizliyə mühüm töhfələr verir.
Bu gün Avropanın enerji xəritəsini dəyişən, qitə üzrə ən böyük infrastruktur layihəsi Cənub Qaz Dəhlizinin təşəbbüskarı Azərbaycan regional enerji bazarında mövqeyini daha da möhkəmləndirir. Oktyabrın 1-də Bolqarıstan Respublikasının paytaxtı Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimi Azərbaycanın mavi qazının ixrac istiqamətlərini daha da genişləndirilməsinə yol açdı.
Ölkə Başçımız cənab İlham Əliyevin Bolqarıstana səfəri çərçivəsində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimində Azərbaycanın qaz ehtiyatlarının 2,6 trilyon kubmetr olduğunu xatırladıb, bu layihənin Azərbaycan qazının Avropaya daha geniş miqyasda nəql olunmasına imkan yaradacağını bildirib.
Ramil Orucov onu da vurğulayıb ki, Bolqarıstan və Cənub-Şərqi Avropa üçün yeni dövr vəd edən Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun istifadəyə verilməsi yalnız Bolqarıstana deyil, Serbiya, Slovakiya, Şimali Makedoniya, Macarıstan, Rumıniya kimi ölkələrə də Azərbaycanın mavi qazından faydalanmaq imkanı verəcək.
Avropanın enerji xəritəsini yenidən çəkən bu layihə bir daha Azərbaycanın müasir çağırışlar dövründə Avropanın enerji təhlükəsizliyindəki rolunu nümayiş etdirdi. Eyni zamanda, bu layihənin açılışı ölkəmizdən təbii qaz təchizatı imkanlarının daha da artırılmasına, Avropaya qaz təchizatının şaxələndirilməsi hədəflərinə kömək göstərəcək.
Azərbaycan Prezidenti cənab İlham Əliyev Bolqarıstanda SOCAR-ın ofisinin açılması məsələsinə toxunaraq qeyd edib ki, biz enerji sahəsində təkcə təbii qazın ixracı ilə işimizi bitmiş hesab etməməliyik: "Biz enerji ilə bağlı olan digər məsələləri müzakirə etdik. Elektrik enerjisinin ixracı və bu sahədə qarşılıqlı faydalı əməkdaşlıq, xam neftin Bolqarıstan istiqamətinə nəqli, Bolqarıstanda enerji infrastrukturunun yenilənməsində SOCAR-ın mümkün iştirakı və digər məsələlər müzakirə olundu. Bir sözlə, SOCAR-ın Bolqarıstandakı ofisinin açılması vaxtı çatıb və əminəm ki, biz yaxın vaxtlarda bunu da edəcəyik".
“Beynəlxalq aləmdə əsas söz sahibi kimi tanınan Azərbaycan artıq qlobal proseslərin fəal iştirakçıdırarından birinə çevrilir. Ölkəmizin uzun illər ərzində formalaşdırdığı etibarlı tərəfdaş imici müstəqil ölkəmizlə yeni əlaqələrin qurulmasına şərait yaradır” - YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov bildirib.
Xəbər lenti
Hamısına baxXəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40

