Azərbaycan bir daha sülhün tərəfdarı olduğunu göstərdi
10.10.2022 [10:54]
Azərbaycan uzun illərdir ki, dünyanın strateji bölgələrində qeyri-sabitliyin, münaqişələrin və təhdidlərin aradan qaldırılmasında beynəlxalq tərəfdaşları ilə birgə çalışır və yerləşdiyi regionda güclü təhlükəsizlik sisteminin qurulması yükünü bölüşür. Bununla yanaşı, Azərbaycan beynəlxalq siyasi və iqtisadi təhlükəsizlik məsələlərində konstruktiv mövqedən çıxış etməklə, milli maraqlarının qorunması istiqamətində də qətiyyətli addım atır. Prezident İlham Əliyevin “Avropa siyasi birliyi” Zirvə Toplantısı çərçivəsində keçirilən görüşlərdə milli maraqlarımızın müdafiəsi istiqamətində sərgilədiyi qətiyyət bir daha bunu təsdiqləyir.
Oktyabrın 6-da Praqada “Avropa siyasi birliyi” Zirvə Toplantısı çərçivəsində “Avropa qitəsində sülh və təhlükəsizlik” mövzusunda keçirilən dəyirmi masa ölkəmiz üçün mühüm əhəmiyyətə malikdir.
Dəyirmi masada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edərkən bildirib ki, İkinci Qarabağ müharibəsindən sonra regionda yeni vəziyyət yaranıb. Ermənistan tərəfindən 30 illik işğala, işğal dövründə törədilmiş dağıntılara, vəhşiliklərə baxmayaraq, Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanması təklifi ilə çıxış edib. Dövlətimizin başçısı deyib ki, bu sülh müqaviləsinin əsasını Azərbaycanın təklif etdiyi 5 prinsip təşkil etməlidir.
Möhtərəm Prezidentimiz həmçinin vurğulayıb ki, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı və təşəbbüsü ilə keçirilmiş görüşlərin olduqca böyük əhəmiyyətini olub. Dövlətimizin başçısı xatırladıb ki, bu ayın əvvəllərində iki ölkənin xarici işlər nazirləri bu xüsusda görüş keçiriblər. Sülh müqaviləsi üzrə danışıqlar uzun müddət davam etməməli, mümkün qısa zaman kəsiyində başa çatdırılmalıdır.
Praqa görüşü göstərdi ki, dövlət başçısının beynəlxalq hüquqa və ədalətə əsaslanan balanslaşdırılmış xarici siyasəti Azərbaycanın dünya miqyasında nüfuzunu artıraraq, onu regional gündəmdə həlledici söz sahibi olan ölkəyə çevirib və rəsmi Bakı milli maraqlarına dair məsələlərdə prinsipial mövqeyini heç zaman dəyişməyəcək.
Praqa görüşünün yekun bəyanatında Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdı və əsas sənəd kimi BMT Nizamnaməsi götürüldü. Yəni bu, Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu rəsmən təsdiqləyir. Burada suverenlik prinsipindən bəhs olunur və bu da Ermənistanın Azərbaycanın Qarabağ üzərində suverenliyini tanımasından xəbər verir.
Praqadakı yekun bəyanata görə, Azərbaycanın təkid etdiyi kimi, yaxın vaxtlarda sərhədlərin delimitasiyası üzrə komissiyaların iclasının keçirilməsi razılaşdırıldı. Praqada, həmçinin erməni tərəfinin təkid etdiyi Avropa İttifaqının mülki missiyasının vəzifələrinə aydınlıq gətirildi. Cəsarətlə demək olar ki, burada Nikol Paşinyanın və bütünlükdə erməni diasporunun Parisdən və Brüsseldən hərbi-siyasi dəstək almaq ümidləri puç oldu. Praqada beynəlxalq missiyanın yalnız Ermənistan ərazisində yerləşdirilməsi məsələsində Azərbaycanla razılaşan Avropa İttifaqı bir daha göstərdi ki, rəsmi Bakının maraqları Ermənistanın istəklərindən daha vacibdir.
YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov
Xəbər lenti
Hamısına baxSosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09

