Keçmiş məcburi köçkünlərin öz yurdlarına tezliklə qayıtması üçün bütün imkanlar səfərbər olunub
11.10.2022 [11:18]
Mehdi Balabəyov
YAP Şabran rayon təşkilatının sədri
Tarixi Zəfərimizin yaratdığı reallıqlara söykənərək işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. İki ildə bu torpaqlarda görülən işlərin xronologiyasına diqqət yetirsək onları sadalamaqla bitməz. Dövlət başçısı İlham Əliyev ilk gündən infrastruktur layihələrinin icrasını qarşıya mühüm vəzifə kimi qoydu. Təbii ki, hər bir bölgənin inkişafında yol infrastrukturu əhəmiyyətli rol oynayır. Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə səfərlərinə, eyni zamanda bu torpaqlarda bərpa və quruculuq işlərinin daha da sürətləndirilməsi ilə bağlı imzaladığı Fərman və Sərəncamlara diqqət yetirsək yol infrastrukturunun prioritetliyini görərik.
Dövlət başçısı İlham Əliyev oktyabrın 5-də Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumundakı çıxışında “İndi biz burada - işğaldan azad olunmuş Ağdamda keçmiş məcburi köçkünlərin öz yurdlarına tezliklə qayıtması üçün bütün potensialımızı səfərbər edirik” söyləyərək diqqəti irimiqyaslı infrastruktur layihələrinin icrasına yönəltdi: “Siz Füzuli Beynəlxalq Hava Limanını gördünüz, o, səkkiz ay ərzində tikilib. Bu ay biz Zəngilan Beynəlxalq Hava Limanını açmağı və 2025-ci ildə isə Laçında Beynəlxalq Hava Limanını istifadəyə verməyi planlaşdırırıq. Bərdə-Ağdam dəmir yolu gələn il istifadəyə veriləcək. Dünən mən yeni dəmir yolunun təməl daşını qoydum. Hazırda magistral yollar və kənd yolları tikilməkdədir. Təsdiq olunmuş investisiya planına əsasən, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazisində ümumi uzunluğu 50 kilometrdən çox olan 33 tunel olacaq, uzunluğu 12 kilometr olan 84 yeni körpü salınacaq. Bu, bizim gördüyümüz işlərin yalnız bir hissəsidir.”
Bütün azad olunmuş ərazilərdə elektrik təchizatı tamamilə bərpa edilib və tezliklə Cəbrayılda 230 meqavat gücündə olan günəş elektrik stansiyasının tikintisinə başlanılacaq.
Atılan hər bir addımda məqsəd bu torpaqların əvvəlki görünüşünü daha müasir tələblər səviyyəsində bərpa etmək, soydaşlarımızın Böyük Qayıdışdan sonra yüksək həyat şəraitlərini yaratmaqdır. Dövlət başçısı İlham Əliyev bu məqamı xüsusi vurğuladı ki, Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, insanların geri qayıtması və Azərbaycanın hər hansı bölgəsində yaşayan keçmiş məcburi köçkünlər üçün daha yaxşı şəraitin yaradılması dövrünü yaşayırıq. Bu insanlar buna layiqdirlər. Onlar uzun illər boyu çətin şəraitdə yaşayıblar. Baxmayaraq ki, 300 mindən çox məcburi köçkün yeni ev və mənzillərlə təmin edilib, bu mənzillərin açılışı zamanı onlar bizə minnətdarlıqlarını bildirirdilər və hər dəfə qeyd edirdilər ki, öz torpaqlarımızı qaytarın: “Mən onlara hər dəfə söz verirdim ki, bunu reallaşdıracağam və mən fəxr edirəm ki, biz bunu reallaşdıra bildik və artıq Böyük Qayıdış proqramı başlayıb.”
“Ağıllı kənd” layihəsi çərçivəsində yenidən bərpa olunan Zəngilanın Ağalı kəndi artıq sakinləri ilə bir yerdədir. Həyat qaynayır. Burada soydaşlarımızın rahat yaşayışı üçün zəruri olan bütün imkanlar yaradılıb. Şəhərlərin, kəndlərin bərpası sistemli şəkildə həyata keçirilir. Bir faktı qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəliyi fəaliyyət göstərir. Bu mühüm addım bu torpaqlarda təkmil idarəçilik sisteminin yaradılması ilə yanaşı, görülən işlərə nəzarətin gücləndirilməsini və vaxtında başa çatdırılmasını təmin edir.
Bu gün sahibinə qovuşan torpaqlarımız sevincli günlərini yaşayır. 30 illik işğal dövrünün dağıntılarını quruculuq işləri əvəz edir. Yerlə-yeksan edilən, evlərin, tarixi və dini abidələrin, yolların tamamilə dağıdıldığı bu əraziləri yenidən qurmaq üçün zaman gərəkdir. Azərbaycan qarşısına qoyduğu hər bir hədəfə zamanında nail olur. Tezliklə bərpa-quruculuq işləri də yüksək səviyyədə başa çatacaq, növbəti mərhələdən -soydaşlarımızın bu ərazilərə qayıdaraq torpaqlarımızın malik olduqları potensialdan səmərəli istifadə etməklə Azərbaycanın dayanıqlı inkişafına töhfələrindən bəhs edəcəyik. Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanı daha möhtəşəm uğurlar gözləyir.
Xəbər lenti
Hamısına baxDünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41

