/ / YAP-ın 30 illik yubileyinə həsr olunmuş sərbəst və Yunan-Roma güləşi üzrə turnirin final mərhələsi keçirilib
YAP-ın 30 illik yubileyinə həsr olunmuş sərbəst və Yunan-Roma güləşi üzrə turnirin final mərhələsi keçirilib
09.11.2022 [20:00]
Noyabrın 9-da Yeni Azərbaycan Partiyasının (YAP) 30 illik yubileyinə həsr olunmuş sərbəst və Yunan-Roma güləşi üzrə turnirin final mərhələsi keçirilib.
YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdirinin müavini Zəkiyyə Musayeva turnir barədə hesabat təqdim edərək bildirib ki, oktyabrın 30-da start götürən turnirdə sərbəst güləş üzrə 65, 70, 74, Yunan-Roma güləşi üzrə isə 67, 72 və 77 kq çəki dərəcələrində ümumilikdə 312 gənc mübarizə aparıb. Yarışların qrup mərhələsi Bakı, Abşeron, Ağcabədi, Göygöl, Qəbələ, Astara və Kürdəmirdə keçirilib, final yarışları isə Bakı şəhərində təşkil olunub.
Tədbirdə sərbəst güləş üzrə I, II, III yerlərin qalibləri - 65 kq çəki dərəcəsində Rəşid Babazadə (Abşeron), Toğrul Kamallı (Qax), Elşən Babayev (Kəlbəcər), 70 kq çəki dərəcəsində Omar Gülməmmədov (Nərimanov), Nicat Əliyev (Qazax), Mircavad Nəbiyev (Xətai), 74 kq çəki dərəcəsində Mürşid Hüseynov (Füzuli), Rəvan Əliyarov (Qəbələ), Əli Əliyev (Astara), Yunan-Roma güləşi üzrə isə 67 kq çəki dərəcəsində Rəsul Xəlilov (Balakən), Mirsirac Həsənli (Hacıqabul), Şamil Sultanəliyev (Səbail), 72 kq çəki dərəcəsində Ağaseyid Əlizadə (Abşeron), Ceyhun İsmayılov (Binəqədi), Nihad Qocayev (Qax) və 77 kq çəki dərəcəsində Aqil Musayev (Binəqədi), Tural Bayramov (Sumqayıt), Həsən Əliyev (Mingəçevir) müvafiq diplomlar, medallar və xatirə hədiyyələri ilə təltif olunublar.
YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev tərəfindən oyunları idarə edən hakimlərə xatirə hədiyyələri təqdim olunub.
Sərbəst güləş üzrə 65 kq çəki dərəcəsində qalibləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Babaoğlu, 70 kq çəki dərəcəsində qalibləri YAP Veteranlar Şurasının sədri Arif Rəhimzadə, 74 kq çəki dərəcəsində isə qalibləri YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov təltif edib.
Yunan-Roma güləşi üzrə 67 kq çəki dərəcəsində qalibləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Mixail Zabelin, 72 kq çəki dərəcəsində qalibləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, 77 kq çəki dərəcəsində isə qalibləri YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov təltif edib.
Turnirin bağlanış mərasimində çıxış edən YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, turnirin final mərhələsi Azərbaycan xalqının həyatında əlamətdar tarixə - Dövlət Bayrağı Gününə təsadüf edir. Eyni zamanda, xalqımızın Zəfər bayramını qeyd etdiyini xatırladan Tahir Budaqov vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması son 200 illik tariximizin zirvə hadisəsidir. YAP Sədrinin müavini əlavə edib ki, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etməsi təkcə ölkəmizin ərazi bütövlüyünün deyil, eyni zamanda, xalqımızın milli qürurunun bərpasıdır.
Azərbaycan gəncliyinin vətənpərvərlik ruhunda yetişdiyini diqqətə çatdıran Tahir Budaqov turnirdə iştirak edən gəncləri təbrik edərək onlara həyat və fəaliyyətlərində uğurlar diləyib. YAP Sədrinin müavini, eyni zamanda, Yeni Azərbaycan Partiyasının 30 illik yubileyi münasibətilə tədbir iştirakçılarını təbrik edib.
Yeni Azərbaycan Partiyasının 30 illik yubileyinə həsr olunmuş sərbəst və Yunan-Roma güləşi üzrə turnir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başa çatıb.
Xəbər lenti
Hamısına baxGündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17

