Səmərqənd zirvə görüşü tarixi dostluğumuzun nəticəsidir
12.11.2022 [12:24]
Azərbaycanla Özbəkistan arasında qarşılıqlı münasibətlər uzaq əsrlərə gedib çıxan tarixi sağlam köklər üstündə bərqərar olub. Ölkələrimiz 70 ilə qədər SSRİ-nin tərkibində müttəfiq respublikalar kimi fəalliyət göstərib.
İki ölkə arasında diplomatik əlaqələr 1995-ci il oktyabr ayının 2-də qurulub. Növbəti ildə ulu öndər Heydər Əliyev Türkdilli Dövlət Başçılarının IV Forumunda Özbəkistanda səfərdə olub. 1997-ci ildə ümummilli liderin Özbəkistana rəsmi səfəri münasibətlərin inkişafında yeni mərhələ təşkil edib.
Prezident İlham Əliyevin Özbəkistana ilk dövlət səfəri 2004-cü ilin mart ayına təsadüf edib. Özbəkistanın o vaxtkı Prezidenti İslam Kərimov isə Azərbaycana 2008-ci ilin sentyabrında rəsmi səfərə gəlib. Təkbətək və geniş tərkibdə görüşlərdən sonra dövlətlər arasında mühüm sənədlər imzalanıb. Qardaş ölkədə Azərbaycanla ənənəvi mədəni-ədəbi dostluq, etimad və qarşılıqlı anlaşma münasibətlərinin olması fərəh doğuran faktlardır.
Birləşmiş Millətlər Təşkilatı və Türk Dövlətləri Təşkilatı, MDB, ATƏT, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində dialoqlarımız da konstruktiv xarakter daşıyır, qarşılıqlı dəstəyin vacibliyini önə çəkir. Görünən budur ki, artıq Türkiyə, Azərbaycan, Özbəkistan ,Qazaxıstan və digər qardaş ölkələrin dünyada böyük türk birliyinə doğru inamla irəliləmələri zamanın aşkar reallığına çevrilməkdədir.
Eyni soya, ortaq tarixə və mədəniyyətə, milli adət-ənənələrə malik olan Azərbaycan və Özbəkistan arasında dostluq və qardaşlığın kökləri tarixin dərin qatlarına gedib çıxır. Son illər ərzində iki ölkə arasında əlaqələr daha da möhkəmlənib. Azərbaycan və Özbəkistan dövlət müstəqilliklərini əldə etdikdən sonra tarixi dostluq və qardaşlıq münasibətləri daha da inkişaf etdirildi və uzun illərin sınağından çıxaraq bugünkü səviyyəsinə gəlib çatdı. Müstəqillik illərində iki qardaş ölkə arasında əlaqələrin inkişafında, dövlətlərarası münasibətlərin formalaşmasında ulu öndər Heydər Əliyevin və Özbəkistanın sabiq Prezidenti İslam Kərimovun müstəsna xidmətləri olub.
Noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşünün keçirilməsi və Prezident İlham Əliyevin tədbirdə yaxından iştirak etməsi təqdirəlayiq bir addımdır. Dövlətimizin başçısı oradakı çıxışında son 7 ayda üçüncü dəfə qardaş Özbəkistana səfər etdiyini məmnunluqla xatırladıb, Azərbaycan-Özbəkistan əlaqələrinin daha yüksək səviyyəyə qaldığını qeyd edib. Eyni zamanda sammitin 200 milyonluq türk dünyasının ali toplantısı olduğuna diqqəti cəlb edən Azərbaycan Prezidenti deyib ki, bu geniş coğrafiya böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir. Böyük bir ailə olan türk dünyası xalqları bir-birinin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməlidirlər.
Bütün bunları nəzərə alaraq demək olar ki, etnik, dini və mədəni dəyərlər baxımından bir-birinə yaxın olan Azərbaycan-Özbəkistan münasibətləri bundan sonra da yüksələn xətlə inkişaf edəcək, bu əməkdaşlıq həm ölkələrimizin və xalqlarımızın, həm də bütün Türk dünyasının inkişafına əhəmiyyətli töhfələr verəcək.
YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov
Xəbər lenti
Hamısına baxSosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42

