Anti-Azərbaycan təbliğatı İranın dəyişməz siyasətidir.
25.11.2022 [11:02]
Azərbaycan bütün ölkələrlə o, cümlədən qonşuları ilə problemsiz münasibətlərin formalaşmasında maraqlıdır. Təəssüf ki, Azərbaycanın yerləşdiyi bölgədə qonşu olduğu dövlətlər bizim ortaya qoyduğumuz münasibətlərə cavab verə biləcək siyasət yürütmür.
Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etməsindən bu günə çətin və şərəfli bir yol keçmişdir. Ermənistanla uzun illər davam edən münaqişəyə münasibətdə bəzi ölkələr haqlının yerinə haqsızı müdafiə etməyi seçdilər. Bu dövrdə İrandan da ölkəmizə qarşı daim soyuq münasibət görmüşük. Bu soyuqluğu doğuran səbələr farsların min ilə yaxın türklər tərəfindən idarə edilməsini həzm edə bilməmələri və İranın Azərbaycan dövlətinə qarşı əsassız iddialarıdır.
İranın Azərbaycana qarşı təbliğat maşınının yeni olmadığı, tarix boyu xalqımıza qarşı düşmənçilik siyasəti yürütdüyü hamımıza məlumdur. Azərbaycan və Türkiyə demokratikləşdikcə İran daha da qıcıqlanır. İran üçün, xüsusilə də molla rejimi üçün ölkə sərhədlərində demokratik, insan haqlarının qorunmasına dayanan bir dövlətin yaranması qorxulu bir amil olaraq qəbul olunub. Rejim hesab edir ki, əgər belə ölkələrin sayı artarsa, o zaman onların xalqları üzərində hökümranlıq edən dini dövlət çökə bilər, yaxud da rejim ölkədaxilindəki müxalif qüvvələrin əli ilə yıxıla bilər. Bu onlar üçün ən qorxulu amildir. Ona görə də müstəqil Azərbaycan dövlətini daim təhdidlər altında saxlamağa çalışırlar.
İranın Azərbaycana münasibəti Ermənistanla qurduğu iqtisadi-siyasi və diplomatik münasibətlər fonunda açıq şəkildə ortaya çıxır. Bu gün İran Ermənistanı qazla təmin etməklə yanaşı, bu işğalçı ölkənin iqtisadi baxımdan ayaqda durmasında ciddi rol oynayır. İşğal altında olan ərazilərdəki evləri ermənilər dağıtsalar da, oranın viranəyə çevrilməsində İran birbaşa iştirak edirdi.
Hələ Birinci Qarabağ Müharibəsinin gedişində Azərbaycanla dini həmrəylik nümayiş etdirmək əvəzinə, İslam Respublikası işğalçı Ermənistana iqtisadi və hərbi dəstək verdi. Bununla yanaşı, 1994-cü ildə imzalanmış müvəqqəti atəşkəsdən sonra Azərbaycanın işğal altındakı ərazilərinin talanmasında rol oynadı. İslam dini və şiə təriqətinin müdafiəçisi kimi çıxış edən bu ölkə Qarabağdakı məscidlərin viran edilməsi, dağıdılması, tövlə kimi istifadə olunmasına və digər vandalizm aktlarına göz yumaraq İran adına utancverici mövqesizlik nümayiş etdirdi.
44 günlük Vətən Müharibəsinin başlaması ermənilər kimi İran üçün də tamamilə gözlənilməz oldu. İran hakimiyyəti Azərbaycan Ordusunun qalibiyyətli hücumunu dayandırmaq üçün Ermənistan hakimiyyətinə hər cür köməklik göstərməyə çalışmışdır. Vətən savaşında Ermənistana gizli dəstək verən İran son zamanlarda ermənilərə açıq şəkildə hərbi-siyasi dəstəyini də gizlətmir.
İran Vətən müharibəsində Azərbaycanın şanlı qələbəsindən sonra Zəngəzur dəhlizi ilə bağlı müxtəlif rəsmi səviyyələrdə dəfələrlə açıqlamalar, bəyanatlar verib, region ölkələrinin ərazi bütövlüyünün, İran-Ermənistan sərhədinin toxunulmazlığına xüsusi əhəmiyyət verdiyini səsləndirir. Təəssüf ki, bu həssaslıq yalnız Ermənistana münasibətdə özünü biruzə verir.
Regionun əsas oyunçularından birinə çevrilmiş Azərbaycan İranın qeyri-səmimi siyasətini görür və buna qarşı həmişə ehtiyat tədbirlər mövcuddur.
Daxili iğtişaşlardan əziyyət çəkən və öz xalqına normal güzaran yarada bilməyən İran rejimi anlamalıdır ki, Azərbaycana, onun müsəlman əhalisinə xəyanət edən İran sonunda bu xainliyin qurbanına çevrilə bilər.
Rövşən Əhmədov
YAP Ağcabədi rayon təşkilatının sədri.
Xəbər lenti
Hamısına baxDünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58

