Zəfər paradı qürur simvolumuzdur
07.12.2022 [13:05]
2020-ci il dekabrın 10-da keçirilən Zəfər paradıMüzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə yenilməz Silahlı Qüvvələrimizin Qələbəsinin, ölkəmizin hərbi qüdrətinin təntənəli nümayişi kimi Azərbaycan tarixinə əbədi həkk olundu.Həmin gün paytaxt Bakının Azadlıq meydanı qalibAzərbaycanın hərbi gücünə şahidlik etdi. Hərbi orkestrin səsləndirdiyi Zəfər Marşının sədaları altındapeşəkar döyüş qabiliyyətinə malik üç mindən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin, həmçinin darmadağın edilən düşməndən ələ keçirilmiş hərbi qənimətlərin nümayişidosta, düşmənə, işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə Azərbaycanın qüdrətini bir dahagöstərdi.
Bu fikirləri açıqlamasında YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov bildirib. O, qeyd edib ki, qüdrətli Azərbaycan ordusunun cəmi 44 günə düşməni pərən-pərən salıb qarşısında diz çökdürərək, 28 ildən sonra yenidən Şuşada dalğalandırdığı üçrəngli bayrağı da fəxrlə, qürurla Azadlıq meydanında dalğalandırıldı.
“Bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır.Bu, tarixi hadisədir. Paradların birində mən demişdimki, parada 2016-cı ildə Lələtəpə yüksəkliyinəqaldırılmış bayraq gətiriləcək. Demişdim ki, güngələcək və bu gün işğal altında olan torpaqlardaqaldırılan Azərbaycan bayrağı Azadlıq meydanınagətiriləcək və bu gün gəldi”. Ali Baş Komandan cənab İlham Əliyevin tarixi Zəfərdən xeyli əvvəl dediyi bu sözlər reallığa çevrildi. Bu tarixi an qəlbində Vətən sevgisi gəzdirən hər bir azərbaycanlını fərəhləndirdi və qürurlandırdı. Dünyaya səs salan, qürur, şərəf, ləyaqət simvolumuz olan Zəfər paradı təkcə ölkəmizin düşmən üzərindəki qələbəsinin təntənəsi olmadı, eyni zamanda bölgədə erməni faşizminin məhvi, Azərbaycanın illərlə ikili standartlara, təzyiqlərə məruz qalmasının sonu oldu.
30 il müddətində ordusu haqqında “miflər” yaradan, “keçilməz sədləri” ilə öyünən erməni işğalçilarının 44 günə Azərbaycan Ordusu tərəfindən ələ keçirilən hərbi qənimətlərinin nümayişi onu göstərdi ki, bundan sonra heç kəs bir daha Azərbaycanla güc və təzyiq dili ilə danışa bilməz. Azərbaycanın rəşadətli Ordusu, peşəkar əsgər və zabitləri, xalqın arxalandığı, güvəndiyi Ali Baş Komandanı var. Prezident cənab İlham Əliyev Zəfər paradındakı çıxışında qeyd etdiyi kimi: “Bütün gücümüzü səfərbər edərək bir “dəmir yumruq” yaradıb düşmənin başını əzdik. Müharibə dövründə mən deyirdim ki, bizim “dəmir yumruğ”umuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirir. Bu“dəmir yumruq” düşmənin belini qırdı, düşmənin başını əzdi. Bu gün biz qəhrəman xalq kimi bu bayramı qeyd edirik. Azərbaycanın müzəffər Ordusu öz tariximissiyasını yerinə yetirdi, Ermənistanı məğlub etdi. Ermənistan ordusu demək olar ki, yoxdur, məhv edilib. Bundan sonra əgər erməni faşizmi bir daha başqaldırsa, nəticə eyni olacaq. Yenə Azərbaycanın “dəmir yumruğ”u onların belini qıracaq”.
Ramil Orucov onu da qeyd edib ki, düşmənə qarşı yumruq kimi birləşən bir xalqın Zəfər paradı dövlətinin qüdrətini nümayiş etdirməklə yanaşı, həm də Azərbaycan- Türkiyə qardaşlığının daha bir nümayişi oldu. Qardaş Türkiyənin 44 günlük Vətən müharibəsinin ilk günündən ölkəmizin yanında olmasıAzərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyənin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” müdrik kəlamlarının əyani təsdiqinin təzahürü idi.Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın tarixi gündə iştirak etməsi isə sarsılmaz qardaşlığın təntənəsi idi. Prezidenti Rəcəb Tayyib Ərdoğanın özünün dı dediyi kimi, Türkiyə və Azərbaycan kürək-kürəyə verdikcə çətinliklərin öhdəsindən gəlməyə, yeni uğurlara çatmağa davam edəcək.
“Qalib xalqımız Zəfər paradının ikinci ildönümünü böyük qürur hissi ilə qeyd edir. Yüz illər sonra da Azəraycan əsgərinin paytaxtın baş meydanında məğrur yürüşündən, həqiqətin, ədalətin qələbəsindən, müstəqil dövlətimizin misilsiz hərbi nailiyyətlərindən iftixarla, fəxrlə danışılacaq”- deyə YAP Gəncə şəhərinin sədri Ramil Orucov bildirib.
Xəbər lenti
Hamısına baxHadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06

