Azərbaycan önəmli tranzit ölkəsidir
16.12.2022 [13:33]
İlqar İlyasov,
YAP laçın rayon təşkilatının sədri
Azərbaycan və türk dövlətləri arasında olan əlaqələr tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlığa söykənir. Xalqlarımızın eyni soykökə, tarixə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu ölkələri həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub. Hazırda siyasi müstəvidə türk dövlətləri arasında yüksək səviyyədə münasibətlər formalaşsa da, iqtisadi sahədə əlaqələrin daha da gücləndirilməsinə bir ehtiyac duyulmaqdadır. Çünki türk dövlətlərinin mövcud potensialı iqtisadi sferada əlaqələrin, xüsusən də qarşılıqlı ticarət dövriyyəsinin həcminin indiki ilə müqayisədə xeyli dərəcədə artırılmasına imkanlar var. Xüsusi olaraq bu istiqamətdə Azərbaycanın türkdilli ölkələr arasında bir körpü funksiyasını yerinə yetirmək gücünə malik olduğunu söyləmək yerinə düşərdi. Belə ki, Azərbaycan tranzit-loqistika funksiyasını yerinə yetirməklə ölkənin həm iqtisadi, həm də turizm potensialını genişləndirə bilər. Tarixi bağlar üzərində qurulmuş münasibətlərimiz ölkələrimiz arasında iqtisadiyyat, ticarət, nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlığın inkişafı üçün imkanlar yaradır. 2020-ci ilin sonunda 44 günlük Vətən müharibəsində əldə olunmuş Zəfər nəticəsində torpaqlarımız Ermənistanın 30 illik işğalından azad edildi. Qarabağ münaqişəsi həll edildi və bu Qələbə regionda yeni nəqliyyat-kommunikasiya layihələri üçün əlverişli imkan yaratdı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 14 dekabr tarixində təşkil edilmiş Üçtərəfli Zivə Görüşündə demişdir: “2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi 45 faiz artaraq 5 milyard dollara çatmışdır. Azərbaycandan Türkiyə iqtisadiyyatına 20 milyard dollara yaxın, Türkiyədən Azərbaycan iqtisadiyyatına isə 14 milyard dollara yaxın sərmayə yatırılmışdır... Bu il Türkmənistan ilə ticarət dövriyyəsi 5 dəfə artmışdır”. Qeyd olunanlar türk dövlətləri arasında iqtisadi inteqrasiyanın sürətləndiyinin göstəricisidir.
Həmçinin son illərdə Azərbaycan, Türkiyə və Türkmənistan nəqliyyat-logistika sahəsində böyük uğurlara nail olub. Ölkələrimiz tərəfindən bir çox layihələr icra edilmişdir ki, bunlar da öz növbəsində nəqliyyat bağlantıları sahəsində əməkdaşlıq üçün yeni imkanlar açır.
Hər üç ölkədə nəqliyyat-loqistikaya qoyulan sərmayələrin yeni, müasir infrastrukturun yaradılmasına xidmət etdiyini vurğulayan Azərbaycan Prezidenti bildirib: “Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır və öz ərazisində dəmir yolu, avtomobil nəqliyyatı və hava nəqliyyatı ilə bağlı olan bütün əsas layihələri icra etmişdir. Bunun nəticəsində Azərbaycan önəmli tranzit ölkəsinə çevrilmişdir. 2022-ci ilin ilk 10 ayında Azərbaycan ərazisindən keçən ümumi tranzit daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 80 faizdən çox artmışdır”.
Yuxarıda sadalananlar önəmli tranzit ölkəsinə çevrilməyimizin göstəricisidir. Hazırda Zəngəzur dəhlizinin açılması ilə bağlı görülən sistemli işlər ölkəmizin tranzit ölkəsi olmaq yolunda daha uğurlu addımlardan biridir. Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində aparılan işlərin dəmir yolu xətti üzrə 40 faizinin, avtomobil yolu üzrə 70 faizi icra olunması, bu istiqamətdə işlərin 2024-cü ildə tamamlanacağına və nəticədə yeni nəqliyyat dəhlizinin yaranacağına ümidlərimizi daha da artırır.
Bu gün Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir və bu həcmin yaxın gələcəkdə 25 milyon tona çatdırılması nəzərdə tutulur.
Azərbaycan 18 yük təyyarəsi ilə regionumuzda ən böyük mülki hava yük donanmalarından birinə malikdir. Növbəti 10 il ərzində yük donanmamıza daha 9 təyyarənin əlavə edilməsi nəzərdə tutulmuşdur.
Qeyd olunanlar Azərbaycanın önəmli tranzit ölkəsinə çevrilməsinin bariz göstəricisidir. Tranzit nəqliyyat infrastrukturunun yaranmasında Azərbaycan, Türkiyə və Türkmənistan əlaqələrinin daha da intensivləşməsi digər türk dövlətlərinin də bu prosesə qoşulacağından xəbər verir. Bu isə öz növbəsində böyük bir cöğrafi ərazinin iqtisdi əlaqələrinin genişlənməsinə təsir edəcək.
Xəbər lenti
Hamısına baxDünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54

