Ermənilər bir şeyi anlamalıdırlar ki, səbrimiz tükənəndə “Dəmir yumruq” yenidən işə düşəcək
19.12.2022 [10:41]
Ermənistan 30 illik işğal dövründə də Azərbaycan torpaqlarında ekoloji terror törədib. Erməni vandalları Qarabağ və Şərqi Zəngəzurda bulaqlarımızı, çaylarımızı qurudub, meşələrimizi qırıb, yandırıb, flora və faunamızı məhv ediblər. Bir sözlə, işğal müddətində Ermənistan "ölü torpaq" siyasəti həyata keçirərək, bu yerlərdə həyata dair hər nə varsa hamısına qənim kəsilib. Qafan və Qacaran dağ-mədən sənayesinin tullantı suları təmizlənmədən birbaşa çaya axıdılması nəticəsində Oxçuçayda çirklənmə səviyyəsi normadan dəfələrlə artıqdır. Nəticədə Oxçuçayın suyundan istifadə edilməsi tamamailə mümkünsüzdür.
Hazırda da, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarında separatçı rejim tərəfindən təbii sərvətlərin qeyri-qanuni istismarı və talanmasında aktivləşmə, o cümlədən ekoloji fəsadların genişlənməsi müşahidə olunur.
Bununla əlaqədar dekabrın 10-da Azərbaycan mütəxəssisləri faydalı qazıntıların qanunsuz istismar olunduğu Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına səfər etmək istəsələr də, sülhməramlılar tərəfindən buna süni əngəl törədildi.
Separatçıların sərvətlərimizi talamasına, eləcə də ekologiyamıza qarşı həyata keçirdikləri terrora qarşı etiraz olaraq dekabrın 12-dən eko-fəallarımız və QHT təmsilçilərimiz Laçın-Şuşa yolunda aksiyaya başlayıblar. İctimaiyyət nümayəndələrimiz Azərbaycanın sərvətlərinin talanmasına, ekologiyasına qarşı soyqırımı həyata keçirilməsinə son qoyulmasını tələb edirlər. Eyni zamanda dünya ictimaiyyətinin də diqqətini bu məsələyə biganə qalmamağa çəkirlər. Hələ dekabrın 3-dən etibarən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı sülhməramlı kontingentin komandanlığı ilə danışıqlar aparıblar. Lakin görünən odur ki, erməni separatçıları rus silahına güvənərək ərazidə qanunsuz əməllərini davam etdirməkdədir.
Buna etiraz olaraq Azərbaycan ictimaiyyəti öz ərazisində pozulan hüquqlarının bərpası uğrunda mübarizəyə qalxıb. Ekofəallar və QHT təmsilçiləri Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq Şuşa-Laçın yolunda aksiyaya başlayıblar. Onlar Ermənistanın Azərbaycan ərazilərində ekoloji vəziyyətin pisləşməsinə səbəb olan və sərvətlərimizin talan edilməsi kimi əməllərinə son qoymasını tələb edirlər.
"Ekoloji terrora son!", "Mina terroruna son!", "Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!" şüarları səsləndirən aksiya iştirakçıları Rusiya sülhməramlılarının komandanı Andrey Volkovla görüşmək istəyirlər.
Eyni zamanda aksiya iştirakçıları bildirirlər ki, dinc erməni əhalisinə məxsus mülki maşınların, təcili yardım maşınlarının keçidinə şərait yaratmağa hazırdırlar. Artıq aksiya iştirakçıları nömrələrini də internetdə yerləşdiriblər. Lakin neçə gündür ki, bununla bağlı ekofəallar öz köməklərini təklif etsələr də, müraciət edən olmayıb.
Heç bir əsaslı səbəb tapa bilməyən Ermənistan hakimiyyəti isə yenidən yalan və böhtan kampaniyasına başlayıb. Ermənistan tərəfinin guya Laçın yolunun bağlanması, bölgədə humanitar fəlakət yaşanması, etnik təmizlənmə həyata keçirilməsi barədə iddiaları böhtandır və həqiqəti əks etdirmir. Çünki yolu Azərbaycan vətəndaş cəmiyyətinin üzvləri yox, Rusiya sülhməramlıları bağlayıblar. Ermənistan hökuməti Azərbaycan əraziləri daxilində baş verən hadisələrə verdiyi şərhlər Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının hələ də davam etdiyinin göstəricisidir. Bu cür bəyanatların Ermənistan baş nazirinin Praqa və Soçidə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət edilməsi üzrə bir daha qəbul etdiyi öhdəliklərə ziddir. Lakin Azərbaycan cəmiyyəti, xüsusən gənclər Ermənistanın, Qarabağdakı separatçı rejimin törətdikləri əməllərə biganə qalmayacaqlarını ifadə etməklə bu ərazilərin qanuni sahibi olduqlarını və hər hansı təxribata, ekoloji və mina terroruna imkan verməyəcəklərini bəyan etməkdə davam edirlər.
Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçilərinin Şuşa-Laçın yolunda gecə-gündüz aksiya keçirmələri, aksiyaya hər gün yeni-yeni qrupların qoşulması, havaların soyuq olmasına baxmayaraq aksiya iştirakçılarınım mübarizə əhval-ruhuiyyəsi də buna əyani nümunədir.
Ermənilər bir şeyi anlamalıdırlar ki, bu sadəcə və hələlik dinc etirazdır. Səbrimizin də həddi var və bu hədd aşılanda “Dəmir yumruq” yenidən işə düşəcəkdir.
Natiq Quluzadə,
YAP Zəngilan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52

