Azərbaycan etibarlı tərəfdaşlıq münasibətləri ilə regionda yeni inkişaf perspektivləri yaradır
19.12.2022 [18:49]
Azərbaycan daim bütün dövlətlərlə sülh, dostluq, qarşılıqlı əməkdaşlıq, beynəlxalq hüquq normaları vədemokratik prinsiplər çərçivəsində münasibət qurmağaüstünlük verir. Cari ilin 14 dekabr tarixindəTürkmənistanda təşkil olunmuş Üçtərəfli Zirvə Görüşüdə eyni münasibətlər üzərində qurulmuşdur və buqəbildəndir.
Etnik, dini-mədəni və mənəvi dəyərlərlə bağlı olan Azərbaycan, Türkiyə və Türkmənistan dövlətlərininmünasibətləri ölkələrimiz arasında iqtisadiyyat, ticarət, nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlığıninkişafı üçün mühüm əhəmiyyətə malik olmaqla, həmdə regionun ümumi tərəqqisinə, eyni zamanda CənubiQafqazda sabitliyin bərqərar olmasına hədəflənmişdir.
Prezident İlham Əliyevin Türkmənistanda təşkilolunmuş Üçtərəfli Zirvə Görüşündəki iştirakı zamanısöylədiyi fikirlər, hər üç ölkə arasında olan əlaqələrinyüksələn xətlə inkişafını təsdiq etməklə, təkcə budövlətlərin deyil, həm də regionun təhlükəsizliyininqarantı olduğuna işarədir. Görüş zamanı Prezidentiİlham Əliyevin hazırda dünyada yeni çağırışlar vətəhdidlər olmasını, bu səbəbdən də digər sahələrləyanaşı ölkələrimiz arasında təhlükəsizlik və müdafiəsənayesi kimi sahələrdə də əməkdaşlığıngenişləndirilməsinin böyük önəm daşımasınıvurğulaması günün reallığını özündə tam əks etdirir.
Bu gün Azərbaycanla digər türk dövlətləri arasındastrateji müttəfiqlik səviyyəsində olan siyasi əlaqələryeni mərhələyə yüksəlib. Azərbaycanın həm Türkiyə, həm də Türkmənistanla siyasi əlaqələri yüksəksəviyyədədir. Türkiyə ilə keçən il imzalanan ŞuşaBəyannaməsi münasibətlərimizi strateji müttəfiqliksəviyyəsinə çatdırıb. 2017-ci ildə isə AzərbaycanlaTürkmənistan arasında strateji tərəfdaşlıq haqqındaBəyannamə imzalanıb. Eyni zamanda ölkələrimizbeynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ATƏT və digər təsisatlar çərçivəsində bir-birinə qarşılıqlıdəstək göstərir və əməkdaşlıq edir. Həmçininölkələrimiz arasında mövcud iqtisadi əməkdaşlığıninkişaf dinamikası təqdirəlayiqdir. Belə ki, 2022-ci ilinyanvar-oktyabr aylarında Azərbaycanın Türkiyə iləticarət dövriyyəsi 45 faiz artaraq 5 milyard dollaraçatıb. Azərbaycandan Türkiyə iqtisadiyyatına 20 milyard dollara yaxın, Türkiyədən Azərbaycaniqtisadiyyatına isə 14 milyard dollara yaxın sərmayəyatırılıb. İl ərzində Türkmənistanla Azərbaycanarasında ticarət dövriyyəsinin həcmi 5 dəfə artıb.
Nəqliyyat-logistika sahəsində də uğurlar əldəolunub. Bu istiqamətdə ölkələrimiz tərəfindən bir çoxlayihələr icra edilib. Azərbaycanın önəmli tranzitölkəsi kimi bu əlaqələrin daha da genişlənməsində roluolduqca böyükdür. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır. Bu mənada ölkəmiz tərəfindən öz ərazisində dəmir yolu, avtomobil nəqliyyatı və hava nəqliyyatı ilə bağlı olanbütün əsas layihələr icra edilib. Məhz bunun nəticəsiolaraq 2022-ci ilin ilk 10 ayında Azərbaycanərazisindən keçən ümumi tranzit daşımalarının həcmiötən ilin müvafiq dövrü ilə müqayisədə 80 faizdən çoxartıb.
Regionun yeni tranzit imkanları baxımındanZəngəzur dəhlizinin açılması olduqca vacibdir. ArtıqZəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçənhissəsində aparılan işlər yekunlaşmaq üzrədir. Bu mənada dəmir yolu xətti üzrə 40 faiz, avtomobil yoluüzrə 70 faiz işlər icra olunub. Eyni zamanda nəzərdətutulan bütün işlərin 2024-cü ildə tamamlanmasımümkün olacaq. Bununla da bölgə və region dövlətləriüçün yeni nəqliyyat dəhlizi yaranacaq.
Bir sözlə Prezident İlham Əliyevin qeyd etdiyi kimi, qarşılıqlı əlaqələr nə qədər güclü olsa, nə qədərmöhkəm birlik olsa, maraqlar da bir o qədər təminediləcək və bu da Azərbaycan-Türkiyə-Türkmənistanın beynəlxalq aləmdə daha güclü, regional inkişafda daha çox söz sahibi olmasına gətiribçıxaracaq.
Hər üç ölkə arasında ticari-iqtisadi, gömrük, elm, təhsil və mədəniyyət, energetika, nəqliyyat və digərsahələrdə əməkdaşlığa dair imzalalnan sənədlər isəregionda yeni inkişaf perspektivlərinin olacağını, qardaş ölkələrimiz arasında münasibətlərin daha da inkişaf etməsinə böyük töhfələr verəcəyini yəqin edir.
Vüqar İsayev,
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxHadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06

