/ / Şuşa-Laçın yolunda keçirilən etiraz aksiyasının məqsədi ekoloji terrora, təbiətin təcavüzünə son qoyulmasıdır
Şuşa-Laçın yolunda keçirilən etiraz aksiyasının məqsədi ekoloji terrora, təbiətin təcavüzünə son qoyulmasıdır
21.12.2022 [11:15]
“Dekabrın 12-dən bu günədək Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin, ekologiya fəallarının və gənc könüllülərin Şuşa-Laçın yolunda həyata keçirdiyi etiraz aksiyasının səbəbləri və məqsədləri bütün dünyaya bəllidir. Təəssüflə qeyd edirik ki, Azərbaycanın Vətən müharibəsində qazandığı qələbədən sonra Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı 10 noyabr 2020-ci il tarixli bəyanatın müddəaları Ermənistan tərəfindən yerinə yetirilmir. Ermənistan tərəfi 30 ilə yaxın işğal altında saxladığı, qəsb etdiyi torpaqlarımızda təbii sərvətlərimizin talanlanması, ekologiyamızın və təbiətimizin məhv edilməsi kimi bəşəri cinayətlərdən çəkinməyib. Bu gün də Ermənistanın və onun bu cinayətkar əməllərinə şərik olan bir sıra xarici şirkətlərin əli ilə sərvətlərimiz, faydalı qazıntı yataqlarımız vəhşicəsinə istismar edilir, talanır, dağıdılır”.
Bu sözləri açıqlamasında Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov bildirib. Onun sözlərinə görə Ermənistan və onun havadarları, onun əməllərinə ortaq olan xarici şirkətlər və dövlətlər öz qeyri-qanuni iqtisadi fəaliyyəti ilə beynəlxalq konvensiyaların tələblərini kobud şəkildə pozur. Azərbaycan tərəfinin erməni işğalının davam etdiyi 30 il ərzində, eləcə də post-münaqişə dövründə təbii sərvətlərinin talanması ilə əlaqədar haqlı etirazlarına və tələblərinə baxmayaraq, bu qanunsuzluğun və beynəlxalq konvensiyaların tələblərinin pozulmasının qarşısının alınması istiqamətində heç bir addım atılmayıb, Ermənistan tərəfinə heç bir təzyiq göstərilməyib. Nəticədə Ermənistanın təkcə Azərbaycana qarşı deyil, bütün dünyaya qarşı ekoloji terroru davam edir. Çünki təbiətin dili yoxdur və təbiət sərhəd tanımır. Hansısa ərazidə təbiətin məhvi bütün dünyadakı təbiətin məhvi deməkdir. Ona görə bu ekoloji terrora bütün dünya dur deməli və mübarizə aparmalıdır. Cinayətin qarşısı mütləq alınmalıdır: “Şuşa-Laçın yolunda günlərdir etiraz edən ekolfəalların və vətəndaş cəmiyyətinin nümayəndələrinin haqlı tələbləri və etirqazları da məhz təbii sərvətlərimizin talanmasına və ekoloji terrora qarşıdır. Biz azərbaycanlılar olaraq faydalı qazıntı yataqlarımızda aidiyyatı dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə monitorinq aparılmasını və bu vəhşi talançılığa son qoyulmasını tələb edirik. Ancaq təəssüflə qeyd edirik ki, həmin ərazilərə müvəqqəti nəzarət edən Rusiya sülhməramlıları da mövcud vəziyyətə göz yumur. Onlarla danışıqlar nəticəsində əldə olunmuş razılığa baxmayaraq monitorinqin keçirilməsinə maneçilik törədilir və biz hüquqlarımızdan məhrum edilirik”.
Rayon təşkilatının sədrinin fikrincə, Şuşa-Laçın yolu azərbaycanlı etirazçılar tərəfindən deyil, Rusiya Federasiyasının sülhməramlı kontingenti tərəfindən bağlanıb və bizim etirazçılar humanitar məqsədli yüklərin daşınması üçün hər cür şərait yaradır. Son bir neçə gündə baş verənlər deyilənləri sübut edir. Bizim məqsədimiz ekoloji terrora, təbiətin təcavüzünə son qoyulmasıdır. Biz mülki insanlarla mübarizə aparmırıq, onlarla heç bir problemimiz yoxdur. Rəsmi İrəvanın bu istiqamətdə səsləndirdiyi qərəzli iddiaları isə tam əsassızdır.
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

