/ / Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin məqsədi Azərbaycanı zəngin, qüdrətli dövlətə çevirməkdir
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin məqsədi Azərbaycanı zəngin, qüdrətli dövlətə çevirməkdir
13.04.2011 [13:48]
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) Xətai rayon təşkilatının qərargahında partiyanın rayon və şəhər təşkilatlarının gənclər birlikləri sədrlərinin toplantısı keçirilib.
Toplantıda çıxış edən YAP Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədov Azərbaycan dövlətinin uğurlu gənclər siyasəti həyata keçirdiyini bildirib. Əli Əhmədov qeyd edib ki, dövlət hər zaman gəncliyə önəm verib və bu gün də verməkdədir: “Bugünlərdə Prezident İlham Əliyev Azərbaycan gəncliyi ilə bağlı 2011-2015-ci illəri əhatə edən dövlət proqramının hazırlanması ilə bağlı sərəncam verdi. Bu fakt bir daha təsdiqləyir ki, dövlətimiz Azərbaycan gəncliyinin inkişafına xüsusi diqqət yetirir”.
YAP-ın Azərbaycanda ən böyük siyasi qüvvə olduğunu bildirən Əli Əhmədov gənclərin partiyamızın güclü dayaqlarından biri olduğunu vurğulayıb. Əli Əhmədov bildirib ki, 530 min nəfərdən çox insanı özündə birləşdirən partiyamızın üzvlərinin 40 faizi gənclərdən ibarətdir. “200 minə qədər Azərbaycan gənci YAP-ın üzvü olmaqla öz siyasi talelərini partiyamızla bağlayıblar. Təbii ki, bunun da kökündə ciddi amillər dayanır. Bu gün Azərbaycanda Prezident İlham Əliyev tərəfindən uğurlu siyasət həyata keçirilir və ölkəmizdə gənclərin inkişafı üçün hər cür şərait yaradılıb”-deyə, YAP Sədrinin müavini qeyd edib. Əli Əhmədov bildirib ki, bu gün Azərbaycan gəncliyi Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət, eləcə də, dövlətin xüsusi diqqət və qayğısı sayəsində cəmiyyətdə öz bilik və bacarıqlarını nümayiş etdirir, ölkəmizin inkişafı prosesində fəal iştirak edirlər.
“Azərbaycan hər bir sahədə ciddi uğurlar əldə edir. Bu nailiyyətləri ifadə edən rəqəmlər, sadəcə, statistika deyil, Azərbaycanın inkişafının göstəriciləridir. Bu gün ölkəmizin siması dəyişir, Azərbaycan yeniləşir, müasirləşir. ölkəmizin elə bir guşəsi yoxdur ki, orada abadlıq, quruculuq işləri həyata keçirilməsin. Həyata keçirilən siyasət nəticəsində insanların həyatının keyfiyyəti dəyişir, əhalinin sosial rifahı yüksəlir. Bütün bunlar həyatımızın reallıqlarında öz əksini tapır. Əlbəttə ki, insanların həyat səviyyəsi 10 il əvvəlkindən əhəmiyyətli dərəcədə fərqlənir. Yəni, bu illər ərzində əhalinin sosial rifahı xeyli yüksəlib”-deyə, Əli Əhmədov bildirib.
YAP Sədrinin müavini qeyd edib ki, gənclər öz siyasi talelərini bu partiya ilə bağlamaqla tam düzgün seçim ediblər. çünki cənab İlham Əliyevin rəhbərlik etdiyi partiya Azərbaycan gəncliyinə xüsusi diqqət yetirir. Onun sözlərinə görə, Azərbaycanda YAP qədər gəncliyə önəm verən, onlar üçün lazımi şərait yaradan ikinci partiya yoxdur. ölkəmizdə gənclər siyasətinin ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirildiyini deyən Əli Əhmədov vurğulayıb ki, hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. “Azərbaycan hökuməti gəncliyin inkişafı ilə bağlı vacib tədbirlər həyata keçirir, gənclərin yüksək təhsil alması, öz bilik və bacarıqlarını, potensiallarını nümayiş etdirmək üçün müvafiq addımlar atır. Bildiyiniz kimi, hökumətimiz tərəfindən gənclərimizin dünyanın ən nüfuzlu ali məktəblərində təhsil almaları ilə bağlı Dövlət Proqramı həyata keçirilir. Hesab edirəm ki, həmin gənclər təhsillərini uğurla başa vuraraq dövlətimizin inkişafı istiqamətində öz töhfələrini verəcəklər. Bu gün Azərbaycan sürətlə inkişaf edir, bütün sahələr üzrə böyük uğurlar qazanır. Gənclər bizim gələcəyimizdir və ölkəmizin sabahı onlarla bağlıdır”-deyə, o, vurğulayıb. Əli Əhmədov bildirib ki, məhz göstərilən diqqət və qayğı nəticəsində YAP üzvü olan gənclər cəmiyyətdə özlərini təsdiq edərək tanınırlar, əhəmiyyətli nailiyyətlər qazanırlar. Buna nümunə kimi 2009-cu ildə keçirilmiş bələdiyyə seçkilərini göstərən YAP Sədrinin müavini bu seçkilərdə minlərlə gəncin iştirak etdiyini xatırladıb. Onun sözlərinə görə, əgər 2004-cü il bələdiyyə seçkilərinin nəticəsi olaraq yerli özünüidarəetmə orqanlarında gənclərin təmsilçiliyi 3-4 faiz idisə, 2009-cu ildə isə bu göstərici 30 faizə yaxın olub.
Əli Əhmədov bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin məqsədi Azərbaycanı zəngin, qüdrətli dövlətə çevirməkdir. Onun sözlərinə görə, hazırda ölkəmizin müasirləşməsi, modernləşməsi istiqamətində əhəmiyyətli addımlar atılır: “Azərbaycan gəncləri yenilikçi olmaqla bu prosesə təkan verməli, müasir çağırışlara cavab verməlidirlər. İstərdik ki, gənclər ictimai-siyasi proseslərdə də daha fəal olsunlar”. Əli Əhmədovun fikrincə, gənclər yüksək təhsil almaq, müxtəlif faydalı işlərlə məşğul olmaqla yanaşı, ölkəmizin ictimai-siyasi həyatında da fəal iştirak etməlidir. Onun sözlərinə görə, ölkəmizin ən güclü siyasi qüvvəsi olan YAP bu amilə böyük önəm verir. Azərbaycan gəncliyi yaxşı təhsil almış, müasir texnologiyaya yiyələnən, istedadlı gənclikdir. Bu isə etibarlı gələcək deməkdir. Ancaq bununla yanaşı, biz istəyirik ki, belə gənclər ölkənin ictimai-siyasi həyatında da fəal olsunlar”-deyə, YAP Sədrinin müavini vurğulayıb. O qeyd edib ki, gənclər partiyamızın güclü dayaqlarından biridir.
Bəzi gənclərin ölkəmizin inkişafını istəməyən qüvvələrin təsiri altına düşməsindən təəssüfləndiyini bildirən YAP Sədrinin müavini onları bu yoldan çəkinməyə çağırıb. Onun sözlərinə görə, ölkəmizin inkişafını istəməyən daxili və xarici qüvvələr öz məqsədləri üçün həmin gənclərdən istifadə etməyə çalışırlar. ölkəmizdə sabitliyin hər şeydən üstün olduğunu deyən Əli Əhmədov qeyd edib ki, əgər sabitlik olmasaydı bugünkü inkişaf baş verməzdi. 1990-cı illərin əvvəlini xatırlayan natiq o zaman sabitliyin olmadığı şəraitdə insanların yalnız çörək uğrunda mübarizə apardığını deyib. O bildirib ki, YAP-ın sıralarında olan gənclər bəzi gənclərin xoşa gəlməyən niyyətlərə xidmət etməsini qətiyyətlə pisləyirlər: “Gənclərimiz onları Azərbaycan dövlətçiliyinə xidmət etməyə səsləyirlər və öz nümunələri ilə bunu ortaya qoyurlar. Vurğulamaq istəyirəm ki, Azərbaycan gənclərinin mütləq əksəriyyəti hökumətimizin həyata keçirdiyi siyasəti dəstəkləyir. Siz zərərli məqsədlərə xidmət edən gənclərə ciddi arqumentlərlə cavab verməli və onlara səhv yolda olduqlarını anlatmalısınız”.
Azərbaycanın inkişafı məsələlərinə toxunan YAP Sədrinin müavini qeyd edib ki, bu gün ölkəmiz dəyişir, yeniləşir, müasirləşir. “Azərbaycan müasirləşir, modernləşir və bu proses davamlı xarakter daşıyır. Cəmiyyətimiz bu yeniliklərə uyğunlaşmalı, müasir dövrün çağırışlarına cavab verməlidir. Təbii ki, bu prosesdə yenilikçi qüvvə olaraq gənclərin üzərinə məsuliyyət düşür. Gənclərimiz bu prosesi irəli aparmaq üçün fəal olmalıdırlar. Sevindirici haldır ki, partiyamızın sıralarında təmsil olunan gənclər yüksək intellektual potensiala malikdir və bu məsuliyyətin öhdəsindən gəlmək iqtidarındadır”-deyə, YAP Sədrinin müavini vurğulayıb.
Tədbirdə YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov partiyanın rayon və şəhər təşkilatları gənclər birliklərinin rəhbərləri üçün keçirilən treninqlər haqqında məlumat verib.
Xəbər lenti
Hamısına baxDünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
YAP xəbərləri
13 Yanvar 18:49
Gündəm
13 Yanvar 18:38
Gündəm
13 Yanvar 18:34
YAP xəbərləri
13 Yanvar 17:51
YAP xəbərləri
13 Yanvar 17:25
Gündəm
13 Yanvar 17:04
Sosial
13 Yanvar 16:56
Gündəm
13 Yanvar 16:49
Gündəm
13 Yanvar 16:37
YAP xəbərləri
13 Yanvar 16:34
Hadisə
13 Yanvar 15:55
Siyasət
13 Yanvar 15:53
YAP xəbərləri
13 Yanvar 15:46
Gündəm
13 Yanvar 15:34
Dünya
13 Yanvar 15:26
Dünya
13 Yanvar 15:26
İdman
13 Yanvar 15:22
Xəbər lenti
13 Yanvar 15:22
YAP xəbərləri
13 Yanvar 15:13
Dünya
13 Yanvar 14:41
Gündəm
13 Yanvar 14:37
Gündəm
13 Yanvar 14:31
Dünya
13 Yanvar 14:26
Sosial
13 Yanvar 14:18
İqtisadiyyat
13 Yanvar 13:53
Xəbər lenti
13 Yanvar 13:52
Dünya
13 Yanvar 13:41
Gündəm
13 Yanvar 13:35
YAP xəbərləri
13 Yanvar 13:32
Dünya
13 Yanvar 13:16
Dünya
13 Yanvar 12:50
Dünya
13 Yanvar 12:29
Hadisə
13 Yanvar 12:24
Dünya
13 Yanvar 12:19
Dünya
13 Yanvar 11:48
Sosial
13 Yanvar 11:28
YAP xəbərləri
13 Yanvar 11:16
Siyasət
13 Yanvar 11:12
İqtisadiyyat
13 Yanvar 11:11
İqtisadiyyat
13 Yanvar 11:10
Sosial
13 Yanvar 11:09
Sosial
13 Yanvar 10:54
İqtisadiyyat
13 Yanvar 10:35
Siyasət
13 Yanvar 10:31
Hadisə
13 Yanvar 10:26
Analitik
13 Yanvar 10:17
Analitik
13 Yanvar 09:59
Dünya
13 Yanvar 09:50
Dünya
13 Yanvar 09:45
Analitik
13 Yanvar 09:36
Hadisə
13 Yanvar 09:21
Analitik
13 Yanvar 09:11
Sosial
13 Yanvar 08:51
Sosial
13 Yanvar 08:38
Gündəm
13 Yanvar 08:14
Dünya
13 Yanvar 07:10
Dünya
13 Yanvar 07:10
Dünya
12 Yanvar 23:47
YAP xəbərləri
12 Yanvar 23:25
Elm
12 Yanvar 23:12

