Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Bu gün tam haqlı olaraq “Qərbi Azərbaycan” mövzusunu beynəlxalq arenaya çıxarmışıq

Bu gün tam haqlı olaraq “Qərbi Azərbaycan” mövzusunu beynəlxalq arenaya çıxarmışıq

16.01.2023 [11:54]

Qərbi azərbaycanlıların öz torpaqlarına qayıdışı məsələsi aktuallaşıb. Məsələnin həlli ilə bağlı xüsusi işçi qrupu yaradılıb, vahid konsepsiya üzərində işə başlanılıb. Azərbaycan dövləti əlindən gələni edəcək ki, qərbi azərbaycanlıların hüquqları təmin olunsun.
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bu məsələyə toxunaraq deyib: “Bu gün sirr deyil ki, Qərbi Azərbaycan İcması uzun illər deportasiyaya məruz qalmış İcma kimi öz hüquqlarından məhrum idi. Əlbəttə ki, Qarabağ dərdi, problemi olan yerdə qərbi azərbaycanlıların hüquqlarından danışmaq bəlkə də vaxtından əvvəl atılan bir atəşə bənzəyə bilərdi. Amma bu gün hesab edirəm ki, biz tam haqlı olaraq bu mövzunu artıq beynəlxalq arenaya çıxarmışıq”. Dövlət başçısı Ermənistanda etnik təmizləməyə işarə edərək bildirib ki, qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıtmalıdırlar, bu, onların hüququdur, bütün beynəlxalq konvensiyalar bu hüququ onlar üçün tanıyır: “Biz də Azərbaycan dövləti olaraq əlimizdən gələni etməliyik ki, bu hüququ təmin edək... Çünki bu gün bizim məkanda, ümumiyyətlə, Avrasiya məkanında monodövlətlər yoxdur və Ermənistan üçün də yaxşı olar ki, necə deyərlər, bu monodövlət damğasını öz üzərindən götürsün. Bunun ən yaxşı və ən ədalətli yolu qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıtmalarıdır”.

Tarixi mənbələr göstərir ki, Qərbi Azərbaycan adlanan ərazidə vaxtilə ermənilər yaşamamış, daşnak quldurlar öz havadarlarının dəstəyi ilə bu yerlərə əsasən Türkiyə, İran və digər dövlətlərdən axışıb gəlmiş, onlar məqam düşdükcə, buradakı azərbaycanlıları öz ata-baba yurdlarından sıxışdırıb çıxarmış və nankor "qonşularımız" tarixən xalqımıza qarşı düşmən mövqeyində dayanmışlar. Təkcə XX əsrdə ermənilər havadarlarının köməyi ilə indiki Ermənistan ərazisində azərbaycanlılara qarşı 1905-1906-cı illərdə və 1918-1920-ci illərdə etnik təmizləmə, 1930-cu illərdə kütləvi repressiyalar, 1948-1953-cü illərdə deportasiya həyata keçirmiş və nəhayət, 1988-1989-cü illərdə etnik təmizləməni başa çatdırmağa müvəffəq olmuşlar. Onlar soydaşlarımızı öz ata-baba yurdlarından deportasiya etməklə pərən-pərən salmışlar. Son 220 il ərzində isə Qərbi Azərbaycandan (indiki Ermənistandan) etnik mənsubiyyətinə görə qovulan və dünyanın ən müxtəlif ölkələrinə səpələnən, o cümlədən Azərbaycanda məskunlaşan Qərbi azərbaycanlıların, onların varislərinin sayı 5 milyondan çoxdur. Təkcə 1948-1953-cü illər bu ərazidən 150 min nəfərə yaxın, 1988-1991-ci illərdə isə 300 min nəfərə yaxın soydaşımız deportasiya olunub. Ən böyük deportasiya isə 1918-1920-ci illər soyqırımı zamanı baş verib. Əslində, azərbaycanlıların Qərbi Azərbaycandan sıxışdırılıb çıxarılması bütün 220 il ərzində davam edib.  Bu, xalqımıza qarşı növbəti düşmənçilik və ədalətsizlik idi. Çünki Zəngəzurun şərqində də, qərbində də Azərbaycan xalqı əsrlər boyu yaşayıb və indiki Ermənistan ərazisində olan Qərbi Zəngəzurun bütün toponimləri Azərbaycan xalqına məxsus idi".
Ulu öndər Heydər Əliyevin  1997-ci il dekabrın 18-də imzaladığı Fərmanla 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistandan deportasiyasına ilk dəfə hüquqi-siyasi qiymət verildi. Qərbi Azərbaycanda yaşamış azərbaycanlılara vaxtilə böyük zülm edilib‚ onlar ağır təqiblərə‚ hücumlara məruz qalıblar. Ermənilər orada yaşayan azərbaycanlılara qarşı da genosid siyasəti həyata keçiriblər. Ermənistan ərazisindən azərbaycanlıların qovulması siyasi, hüquqi və humanitar ölçüsünə görə tarixdə misli-bərabəri olmayan ədalətsizlikdir.

Prezident İlham Əliyev ötən il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının bir qrup nümayəndəsi ilə görüşdə bildirdi ki, Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər, tarixi xəritələr, o cümlədən, bizim tariximiz təsdiqləyir. Əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Azərbaycanın qədim tarixi, arxiv sənədləri, xəritələr buna imkan da verməzdi. XX əsrin əvvəllərinə təsadüf edən xəritə də təsdiqləyir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və dünya azərbaycanlılarına da bəllidir ki, indiki İrəvan ərazisi tarixi Azərbaycan ərazisidir. Dövlətimizin başçısı bildirib ki, indi əsas vəzifələrdən biri də dünya ictimaiyyətinin bunu bilməsidir. Artıq bu istiqamətdə işlər başlanılıb.
Möhtərəm Prezidentimiz İlham Əliyevin müdrik bir kəlamı var: beynəlxalq hüquq güc deyil, güc beynəlxalq hüquqdur. Lakin əlbəttə, biz Qərbi Azərbaycan həqiqətlərini beynəlxalq müstəviyə çıxarmalıyıq. Erməni yalanlarını, erməni saxtakarlıqlarını sona qədər ifşa etməliyik.

Bu gün Qərbi Azərbaycan İcması Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasına və oraya qayıtdıqdan sonra onların fərdi və kollektiv hüquqlarının təmin olunması üçün mütəmadi olaraq işlər aparır və bununla əlaqədar olaraq dünya dövlətlərinə Beynəlxalq təşkilatlara müraciətlər ünvanlayılar. İcma  Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktda, Qaçqınların Statusuna dair Konvensiyada və digər mühüm beynəlxalq aktlarda təsbit olunmuş geriyə qayıtmaq hüququna əsaslanmaqla, Birləşmiş Millətlər Təşkilatının (BMT) üzvü olan dövlətlərdən, BMT və digər aidiyyəti beynəlxalq təşkilatlardan  köməklik  göstərilməsini xahiş edir.
Bu gün hər bir vətəndaşımız, xüsusilə gənclərimiz  o, cümlədən Qərbi Azərbaycandan olan ziyalılar, Diaspor təşkilatlarımız Zəngəzurun, İrəvanın Azərbaycan ərazisi olduğunu bütün dünyaya çatdırmaq üçün əllərindən gələni etməlidirlər. Ermənilər vandalizm törədərək İrəvandakı abidlərimizi dağıdıblar, lakin müxtəlif faktlar - sənədlər, xəritələr qalmaqdadır. Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırıldığı kimi, Qərbi Azərbaycan həqiqətləri də çatdırılmalı, sərgilər, təqdimatlar, beynəlxalq konfranslar keçirilməlidir.

Həbib Misirov
YAP Kəlbəcər rayon təşkilatının sədri

Paylaş:
Baxılıb: 99 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Xəbər lenti

Siyasət

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Siyasət

Yeni detallar...

08 Fevral 10:14

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28