Azərbaycan yaşıl enerjinin çox mühüm ixrac mənbəyinə çevriləcək
18.01.2023 [11:32]
“Prezident İlham Əliyevin Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində iştirakı və çıxışı həm Azərbaycan Liderinin, həm də dövlətinin yüksək nüfuzuna, eləcə dünyanın siyasi və biznes elitasının ölkəmizə olan böyük marağına işarə idi. Azərbaycan Liderinin Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında qlobal məsələlərin müzakirəsində iştirak etməsi, hətta Avrasiya geosiyasi məkanın enerji təhlükəsizliyi probleminin həllində ölkəmizin xüsusi reseptlərini təqdim etməsi xüsusilə tədirəlayiq hal idi. Eləcə də Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri iki ölkə arasındakı münasibətlərin strateji əhəmiyyətliliyindən də xəbər verirdi”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov bildirib ki, qlobal enerji təhlükəsizliyi fonunda bərpaolunan enerji imkanlarının dəyərləndirilməsi və bu sahəyə sərmayələrin yatırılması Azərbaycan nümunəsini diqqət mərkəzinə gətirir: “Çünki Azərbaycanda mövcud olan müsbət investisiya mühiti çərçivəsində neft və qaz sektoruna böyük sərmayələr cəlb edilib. Bu gün də Azərbaycan nəinki öz enerji tələbatlarını təmin edir, o cümlədən xam nefti, neft məhsullarını, təbii qazı, neft-kimya məhsullarını və elektrik enerjisini ixrac edir. Hazırda isə hədəf bərpaolunan enerji sektorudur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın bərpaolunan enerji ilə bağlı proqramı tamamilə fərqli gündəliyə malikdir. Bu da həm nəhəng potensial, həm də ixracın şaxələndirilməsi ilə bağlıdır. Bu mənada, quruda 27 qiqavatlıq külək və günəş enerjisi, işğaldan azad edilmiş ərazilərdə 10 qiqavatlıq külək və günəş enerjisi, həmçinin Xəzər dənizinin Azərbaycan sektorunda 157 qiqavatlıq külək enerjisi imkanları mövcuddur ki, onun ixracı üçün kifayət qədər ixrac marşrutları lazımdır. Hazırda Azərbaycanın bərpaolunan enerji imkanlarının istehsalı və ixracı istiqamətində bir sıra müqavilələr də imzalanıb. Məsələn, Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda inşa edilən 240 meqavat gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasından sonra Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən inşa edilən 230 meqavat gücündə Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimlərinin keçirilməsi, həmçinin BP şirkəti ilə generasiya gücü 200 meqavatdan çox olan günəş elektrik stansiyasının inşası ilə bağlı danışıqların aparılması deyilən fikrin əyani sübutlarıdır. Eləcə də 12 min meqavatlıq enerjinin istehsalının SOCAR və “Fortescue Future Industries” şirkəti tərəfindən həyata keçirilməsi də nəzərdə tutulur. Ümumlikdə isə Azərbaycanın beynəlxalq enerji şirkətləri ilə imzaladığı anlaşma memorandumları və sazişlər əsasında 22 qiqavata qədər külək və günəş enerjisini istehsal etmək imkanını yaradacaq. Beləliklə də, bütün bu çoxşaxəli əməkdaşlıq əlaqələri çərçivəsində Azərbaycan yaşıl enerjinin çox mühüm ixrac mənbəyinə çevriləcək”.
Ramil Vəlibəyov əlavə edib ki, 2022-ci ilin 17 dekabr tarixində Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında “Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsinə dair” Saziş imzalanıb: “Heç şübhəsiz ki, bu Sazişlə Azərbaycandan 4 qiqavatlıq yaşıl enerjini nəql etmək imkanını yaradacaq kabel çəkiləcək. Məhz, bu ixrac yolu bütövlükdə Azərbaycanda istehsal olunacaq bərpaolunan enerjinin Avropa qitəsinə çıxarılmasına əlverişli şərait yaradacaq”.
Xəbər lenti
Hamısına baxHadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06

