/ / "Siyasi partiyalar haqqında" yeni Qanun siyasi münasibətlərin sağlam inkişafına mühüm töhfə verəcək
"Siyasi partiyalar haqqında" yeni Qanun siyasi münasibətlərin sağlam inkişafına mühüm töhfə verəcək
19.01.2023 [11:37]
Siyasi partiyalar haqqında əvvəlki qanun 1992-ci ildə dörd fəsil 22 maddədən ibarət olmaqla qəbul edilmişdir. 1992-ci ildən artıq 30 ildən çox müddət keçmişdir. Bu müddət ərzində Azərbaycan Respublikası bütün siyasi, iqtisadi, humanitar sahələrdə böyük dinamik inkişaf yolu keçmiş, qalib ölkə adını qazanmış, Avropada aparıcı lider dövlətə çevrilmişdir. Bütün sahələrdə islahatlar aparılmış, yenilənmə fəaliyyəti həyata keçirilmişdir. Təbii ki, zamanın və inkişafın tələbi olaraq siyasi partiyalar haqqında mövcud qanunda da dəyişlik, inkişaf, humanizm öz əksini tapmalı idi. Bu Zəfər qələbəsini qazanmış müdrik Azərbaycan xalqının təkidli tələblərindən biri idi, ona görə də həyata keçirildi.
Yeni qanun altı fəsil, 30 maddə ilə Azərbaycan Respublikası Milli Məclisi tərəfindən müzakirə olunaraq qəbul edilmişdir. Qəbul edilmiş yeni qanunda əsasən siyasi partiyaların yaradılması, qeydiyyata alınması, ləğvi qaydalarında dəyişikliklər və siyasi partiyanın fəaliyyətinə nəzarət kimi məsələlər əsas götürülür. Partiyanın yaradılması üçün tələb olunan minimum üzvlərinin sayının beş minə qaldırılması var. Əvvəlki qanunda isə bu rəqəm on min idi.
Həmin qanunda siyasi partiyaları razı salan bəzi müddəalar, əvvəlki qanundan fərqli olaraq partiyaların xeyrinə müddəalar əlavə edilmiş, partiyaları narazı salan müddəalar isə yeni qanunda ləğv edilmişdir. Belə ki, həmin müddəalarda siyasi partiyaları narazı salan müddəaların bəziləri haqqında deyə bilərəm ki, məsələn, siyasi partiya təsis edilərkən təsisçinin ən azı 20 il Azərbaycanda yaşaması, təsisçi sayının 200 nəfər olması, ardıcıl iki dəfə seçkiyə getmədiyi təqdirdə qeydiyyatının ləğv olunması və s. kimi müddəalar yeni qanundan çıxarılmışdır. Lakin üzvlərinin sayı 4500 dən aşağı olarsa bu partiyanın ləğvinə səbəb ola bilər müddəası əlavə edilmişdir. Təsisçinin sayının 200 nəfərdən endirilərək 50 nəfər olması da yeni qanunda öz əksini tapmışdır.
Partiyalar haqqında yeni qanunda göstərilir ki, siyasi partiya təsisçiləri təsis yığıncağı keçirərək partiyanın nizamnamə və proqramını qəbul etdikdən sonra öz aralarında təmsilçi seçirlər. Yığıncaq zamanı əldə olunan nəticələr protokolla rəsmləşdirildikdən sonra səlahiyyətli şəxs ərizə ilə müvafiq icra hakimiyyəti orqanına müraciət edərək həmin sənədləri 30 gün müddətinə təqdim edir. Dövlət qurumu da 30 gün müddəinə həmin partiyanın tələblərə uyğunluğunu yoxlayır. Nəzərdə tutulmuş məlumat müvafiq dövlət qurumuna daxil olduğu tarixdən 90 gün müddətində siyasi partiyanın səlahiyyətli şəxsi üzvlərin sayının təmin edilməsi üçün tədbirlər görür və onun reystrini tərtib edir.
Yeni qanunda göstərilir ki, siyasi partiya üzvlərinin reystri adı, soyadı, atasının adı, həmçinin fərdi identifikasiya nömrəsi, doğulduğu tarix, qeydiyyat ünvanı, qeydiyyatda olduğu partiyanın yerli təşkilatı və əlaqə nömrəsi gözlənilməklə aparılır. Yeni qanunda olan dəyişikliyə əsasən dövlət qurumu elektron informasiya ehtiyatlarından istifadə etməklə siyasi partiya üzvlərinin reystrində olan məlumatlarını ildə azı iki dəfə nəzərdən keçirəcək. Bu da qloballaşan dünyamızda şox vacib və lazımlı məsələlərdən biridir. Siyasi partiyada üzvlərinin reystrində baş vermiş sonrakı dəyişikliklər barədə ildə bir dəfə (yanvar ayının 15-dək) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi quruma məlumat təqdim etməlidir. Xatırladım ki, bu tələb əvvəlki qanunda ildə iki dəfə idi.
Yeni qanunda siyasi partiyaların fəaliyyətinə nəzarət mexanizmi də öz əksini tapmışdır. Belə ki, siyasi partiyanın fəaliyyətinin qanunvericiliyin və nizamnaməsinin tələblərinə uyğunluğuna nəzarəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum həyata keçirəcək. Həmin qurum siyasi partiyanın fəaliyyətinin Azərbaycanın normativ hüquqi aktlarına və nizamnaməsinə uyğunluğunu öyrənəcək, partiyanın yaranması zamanı yol verilən hüquq pozuntularını araşdıracaq və siyasi partiyanın fəaliyyətinin dayandırılması və onun ləğvi barədə lazım gəldikdə məhkəmədə iddia qaldıracaq. Bundan əlavə nəzarətedici qurum partiyanın fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə baxacaq və mediada yayılan məlumatları nəzərdən keçirəcək.
Yeni qanunda öz əksini tapan vacib məsələlərdən biri də əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin partiya üzvü ola bilməməsidir. Daha sonra partiyanın rəmzlərinin müəyyənləşdirilməsi və maliyyələşməsi müddəalarıdır ki, bunlar geniş və ətraflı şəkildə qanunda öz əksini tapmışdır.
Sonda bir vacib məsələni də diqqətə çatdırmaq istərdim ki, Azərbaycan Respublikasının Dövlət Bayrağı siyasi partiyanın bayrağı ilə birgə qaldırılarsa və yerləşdirilərsə, siyasi partiyanın bayrağının ölçüsü Azərbaycan Respublikası Dövlət Bayrağının ölçülərindən böyük ola bilməz.
Müstəqil Azərbaycan bu gün bütün sosial və iqtisadi baxımdan Avropada və dünyada öz xüsusi yeri olan ölkədir və əminliklə deyə bilərəm ki, onun ərazisində və hüdudları çərçivəsində fəaliyyət göstərən siyasi partiyalar da yeni qəbul edilmiş “Siyasi partiyalar haqqında” Qanunun tələblərini əsas götürməklə fəaliyyət göstərəcəklər.
Müstəqil Azərbaycan dövlətinin hərtərəfli inkişafı yolunda yorulmaz fəaliyyət göstərən siyasi partiyalara fəaliyyətlərində uğurlar arzulayıram.
Fəxrəddin Vəliyev
YAP Şəmkir rayon Təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43

