Tranzit nəqliyyat layihələrinin inkişafı Azərbaycan Çin əlaqələrinə xüsusi təkan verir
25.01.2023 [12:55]
İlqar İlyasov
YAP Laçın rayon təşkilatının sədri
Çin Xalq Respublikası tərəfindən Azərbaycanın müstəqilliyinin 1991-ci ilin dekabrın 27-də tanınması və 1992-ci il aprelin 2-də diplomatik münasibətlərin qurulması ilə Azərbaycan-Çin münasibətlərinin müasir mərhələsi başlayıb. Çin 1992-ci ildə Bakıda, Azərbaycan isə 1993-cü ildə Pekində səfirlik açıb. Yüksək səviyyəli səfərlər 1994-cü ildə Azərbaycan prezidenti Heydər Əliyevin ÇXR-ə rəsmi səfəri ilə başlayıb. Prezident İlham Əliyev 2 dəfə rəsmi, bir-neçə dəfə isə müxtəlif beynəlxaq səviyyəli tədbirlərdə iştirak etmək üçün Çinə səfər edib.
Çin və Azərbaycan bütün sahələrdə etibarlı münasibətlərə malik, yaxın dostlardır. Elə etibarlı münasibətin nəticəsidir ki, hər iki ölkənin dövlət başçıları, rəsmi şəxsləri arasında sıx-sıx görüşlər keçirilir. Dünyanın ən böyük iqtisadiyyatına malik ölkələrdən olan Çinlə iqtisadi əlaqələrimiz daim inkişafdadır. Əməkdaşlıq üçün çox möhkəm siyasi platforma qurulub. 30 il ərzində davam edən siyasi münasibətlər artıq bu iki ölkənin yaxşı tərəfdaş və bir-birinə etibar edən dostlar olduğunu nümayiş etdirir. İqtisadi əməkdaşlıq əlaqələri durmadan artır. Prezident İlham Əliyevin 2023-cü il 17 yanvar tarixində Davosda Çinin CGTN televiziya kanalına müsahibəsində dediyi kimi: “Azərbaycan Orta Dəhlizlə bağlı Çinin təşəbbüslərini dəstəkləyir. Azərbaycanda biz artıq öz ev tapşırığımızı yerinə yetirmişik. Biz nəqliyyat infrastrukturunun bütün zəruri seqmentlərini qurmuşuq.”
Bu gün Azərbaycan müasir trendlərə cavab verən perspektiv əməkdaşlıq əlaqələrinə xüsusi önəm verir. Azərbaycan enerji, kənd təsərrüfatı və yüksək texnologiyalar sahələrində də əməkdaşlıq etməyə ümid edir. İnformasiya texnologiyaları sektorunu təmsil edən bir çox Çin şirkətləri Azərbaycanda uzun illərdir ki, fəaliyyətdədir. Azərbaycanda xarici və yerli investisiyalar lazımınca qorunur. Ötən əsrin sonlarında və XXI əsrin ilk onilliklərində ölkəmizə qoyulan sərmayələrin əksəriyyəti neft və qaz sektoruna yönəlsə də, hazırda Azərbaycanda şaxələnmə istiqamətində bir sıra layihələr gerçəkləşdirilir. Bu işdə Çinin aparıcı şirkətləri öz töhfələrini verə bilərlər. Buna görə də qeyri-enerji sektoruna, infrastruktura, xüsusilə nəqliyyat infrastrukturuna, bərpaolunan enerji mənbələrinə yönəlmiş investisiyalar bizim üçün prioritetlərdəndir. Prezident müsahibədə xüsusi olaraq vurğulayır ki, Ələt bölgəsində azad iqtisadi zonanın açılmasının sonuncu mərhələsi icra olunur. Ümid edirik ki, Çin şirkətləri bu fürsətlərə diqqət yetirəcək. Əlbəttə ki, Şərq və Qərb arasında, ənənəvi İpək yolu coğrafiyasında yerləşməyimiz bizim üçün çoxlu imkanlar yaradır.
Xalqlarımız arasındakı uzunmüddətli dostluq əlaqələri iki min il əvvələ - qədim İpək Yolunun başlanğıcına qədər uzanır. İpək Yolu və onun üzərindəki şəhərlər müntəzəm inkişaf edirdi. Bu qədim şəhərlərdən biri olan Bakı İpək Yolunun incisi kimi dünyada məşhurlaşmışdı. İpək Yolu vasitəsilə Çinin gözəl ipəyi Azərbaycana, Azərbaycanın nadir xalçaları və daş duzu isə Çinə çatdırılırdı. Elə bu səbəbdəndir ki, Çin rəsmiləri Azərbaycan Respublikasının “Bir kəmər, bir yol” strategiyası üçün vacib ölkə olduğunu hər zaman qeyd edirlər. Ölkəmizin Çində ticarət nümayəndəliyi fəaliyyət göstərir. Bununla yanaşı, Urumçi, Luco və Şanxayda Azərbaycanın Ticarət evləri açılıb. Azərbaycan Çinin müxtəlif bölgələrinə ticarət missiyaları təşkil edir. Əslində Prezident İlham Əliyev cənablarının dediyi kimi: “Bir kəmər, bir yol” təşəbbüsü indi çox böyük coğrafiyanı əhatə edən, vaxtında irəli sürülmüş çox müdrik bir təşəbbüs idi. Azərbaycan bu təşəbbüsə ilk günlərdən fəal şəkildə qoşuldu və biz mövcud olmayan infrastruktura investisiya yatırmağa başladıq. Son 10 il ərzində Azərbaycan Xəzər dənizində ən böyük ticarət limanlarından birini inşa etdi. Onun yükaşırma qabiliyyəti 15 milyon tondur və biz onu 25 milyon tona qədər artıracağıq. Biz Xəzər dənizi ilə yükləri daşımaq üçün gəmiqayırma zavodunu inşa etdik. “Bir kəmər, bir yol” təşəbbüsü müxtəlif marşrutları, xüsusilə Şimal-Cənub marşrutu üzrə daşımanı fəallaşdırdı.” Həmçinin Bakıdan qərb istiqamətində infrastrukturu genişləndirmək üçün Azərbaycan dəmir yolu infrastrukturuna əlavə sərmayə yatırdı.
Azərbaycanın gələcək üçün planları ölkəmizin milli maraqlarına söykənir. Biz regionda sülhün olmasını istəyirik və siyasi səylərimizi gərginliyin azalmasına istiqamətləndiririk. Biz beynəlxalq terrorizmə, radikalizmə, separatizmə qarşı fəal mübarizə aparırıq. Biz bütün konfessiya və etnik qrup nümayəndələrinin sülh və harmoniya içərisində yaşadığı multikulturalizm cəmiyyətinə malik olmağımıza görə qurur duyuruq. Artıq Azərbaycan dünyada multikulturalizm mərkəzlərindən biri kimi tanınır. Bu, bizim ən böyük dəyərimizdir.
Xəbər lenti
Hamısına baxDünya
28 Avqust 23:25
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10

