Xalqın adamı, dövlətin memarı
09.03.2023 [15:46]
Dahi şəxsiyyət Heydər Əliyev həyatını Azərbaycana həsr etmiş siyasətçidir. Onun əsas amalı Azərbaycanın güclü dövlətə çevrilməsi olub. Azərbaycanda elə bir sahə yoxdur ki, həmin sahədə ulu öndər Heydər Əliyevin xidmətləri olmasın. Ulu Öndər hələ sovetlər dövründə ölkəmizə rəhbərlik etdiyi vaxt Azərbaycanın gələcəyini düşünmüş və bunun üçün əməli fəaliyyətlə məşğul olmuşdur. Belə ki, Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlanılmışdır. Heydər Əliyev 1971-ci ildə görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail olmuşdu. Ulu Öndərin bu mühüm tarixi qərarı məhz gələcək müstəqil Azərbaycanın ordu quruculuğu üçün hədəflənmişdi. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra çətin günlər yaşadığı vaxt xalqın təkidli tələbi ilə Bakıya qayıdan və ölkə Prezidenti seçilən Heydər Əliyev ölkəni üzləşdiyi ciddi problemlərdən xilas etdi. Ermənistanla atəşkəs müqaviləsinin imzalanmasına nail olan Heydər Əliyev ölkədə nizami ordu formalaşdıraraq güclü ordu yaradılmasının əsasını qoydu. Ulu Öndər ölkəmizdə hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il yanvarın 20-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının yaradılması haqqında fərman imzaladı. Akademiyanın təsis olunması hərb sahəsində milli kadr ehtiyatının formalaşdırılması prosesinin keyfiyyət etibarı ilə yeni inkişaf mərhələsi sayıla bilər. 2001-ci il 20 avqust tarixli fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılmış və bununla həmin təhsil ocaqlarının respublika üzrə hərbi təhsil müəssisələri sistemində statusu yüksəldilmişdir. Bir sözlə, həm sovetlər dövründə, həm də müstəqillik illərində Azərbaycanda hərbi kadrların hazırlanması və ordu quruculuğu dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır.
Ulu öndər Heydər Əliyevin xalqımız və Azərbaycan dövləti qarşısında xidmətlərini saymaqla qurtarmaq mümkün deyil. Ulu Öndərin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri də müstəqil dövlətin yeni, müasir Konstitusiyasının hazırlanmasıdır. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən ulu öndər Heydər Əliyev qarşıya çox mühüm vəzifələr qoymuş və müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edəcək Əsas Qanunun xalqın iradəsinə söykənməli olduğunu bildirib. Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən çox mühüm məqamlardan biri də dövlət dilinin necə adlandırılması məsələsi olmuşdur. Bu məsələ ilə bağlı müxtəlif təkliflər irəli sürülmüş, lakin təkliflərin çox böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması dəstəklənmişdir. 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır. Azərbaycan dilinin işlənməsi və inkişaf etdirilməsi məsələsinə xüsusi önəm yetirən Ümummilli Liderin sayəsində dövlət dilimizin adı özünə qaytarılmışdır. Məhz bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirilmişdir.
Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin xilaskarı olaraq əsrlər boyunca Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır. Çünki dahi şəxsiyyət öz titanik fəaliyyəti ilə xalqın məhəbbətini qazanmışdır.
Əlişah Rəcəbov
YAP Ağdaş rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16

