İki sabit dövlət
10.04.2023 [10:59]
Azərbaycan-Taciksitan münasibətləri uzunmüddətli tarixi əlaqələrə əsaslanır. Hazırda iki ölkə arasında mövcud əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş imkanlar vardır. Bu baxımdan Prezident cənab İlham Əliyevin aprelin 5-də Taciksitana baş tutan dövlət səfəri çox mühüm əhəmiyyətə malikdir. Səfər zamanı imzalanan çoxsaylı sənədlər ölkələrimiz arasında əlaqələrin yeni mərhələdə inkişaf etdirilməsi üçün mühüm hüquqi baza rolunu oynayacaq. İmzalanmış sənədlərə əsasən Azərbaycan və Tacikistan arasında mədəniyyət, turizm, kənd təsərrüfatı və eləcə də iqtisadiyyatın bir çox sahələrində əməkdaşlıq sürətlə inkişaf edəcək, həmçinin iki ölkə arasında müxtəlif sahələrdə münasibətlər daha da yaxınlaşacaqdır.
İmzalanmış sənədlər arasında “Azərbaycan Respublikasının Şuşa şəhəri ilə Tacikistan Respublikasının İsfara şəhəri arasında qardaşlaşma əlaqələrinin qurulması haqqında Protokol” da böyük önəm kəsb edir. Bu fakt işğaldan azad edilmiş ərazilərlə bağlı beynəlxalq birliyin Azərbaycanın ərazi bütövlüyünə dəstəyinin təzahürüdür. Tacikistan da hər zaman Azərbaycanın haqq işini dəstəkləyən ölkələrdən biri olmuşdur. Onu da qeyd etmək yerinə düşər ki, ötən il Bakı və Düşənbə şəhərləri arasında da Qardaşlaşma haqqında Memorandum imzalanmışdır.
1990-cı illərin əvvəllərində Tacikistan da ölkəmiz kimi böyük çətinliklərlə üzləşmiş, ictimai-siyasi sabitlik pozulmuş, vətəndaş müharibəsi ilə üz-üzə qalmışdı. Lakin bu gün hər iki ölkə iki sabit dövlətdir. Müdrik rəhbərlərin gərgin əməyi nəticəsində əldə edilən bu sabitlik ölkələrimizin davamlı inkişafını da səciyyələndirir. Dövlət səfəri zamanı mətbuata bəyanatında Prezident cənab İlham Əliyev ölkələrimiz arasında olan yaxın münasibətlər və sabitliyi əsas gətirərək bildirdi ki, Azərbaycan Tacikistanda investisiya layihələrini ciddi nəzərdən keçirməyə hazırdır.
Səfərin nəticəsi olaraq yaxın zaman ərzində hökumətlərarası komissiyanın növbəti iclası Tacikistanda keçiriləcək və iki ölkə arasında əməkdaşlığın yeni mərhələyə qədəm qoyması üçün konkret addımlar atılacaq. Hökumətlərarası komissiyanın iclasına qədər isə nəqliyyat-logistika qarşılıqlı əlaqələri, investisiya siyasəti, sənaye kooperasiyası məsələlərinə dair nümayəndə heyətlərinin üzvlərinə verilmiş bütün tapşırıqlar yerinə yetiriləcəkdir. Prezident cənab İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq Azərbaycanda müasir nəqliyyat-logistika infrastrukturu yaradılıb və ölkəmiz beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. Azərbaycan reallaşdırdığı nəhəng infrastruktur layihələri ilə Avropa ilə Asiya arasında vazkeçilməz nəqliyyat qovşağına və tranzit mərkəzə çevrilməkdədir. Dünyada cərəyan edən son hadisələr fonunda isə Azərbaycanın da üzərində yerləşdiyi Orta Dəhlizin əhəmiyyəti artmaqdadır. Bu baxımdan Azərbaycanla əməkdaşlıq etmək Mərkəzi Asiyanın açar ölkəsi olan Tacikistanın da maraqlarına uyğundur.
Əlişah Rəcəbov
YAP Ağdaş rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41

