“Aqrar islahatda Heydər Əliyev irsi” mövzusunda “dəyirmi masa” keçirilib
13.04.2023 [11:31]
Tərtər Rayon İcra Hakimiyyətinin, YAP Tərtər rayon təşkilatının və Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin təşkilatçılığı ilə YAP Tərtər rayon təşkilatının inzibati binasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Aqrar islahatda Heydər Əliyev irsi” mövzusunda “dəyirmi masa” keçirilmişdir.
“Dəyirmi masa”da Tərtər Rayon İcra Hakimiyyətinin, YAP Tərtər rayon təşkilatının nümayəndələri və Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin kollektivi iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatında İştimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Zabil Paşayev Ulu Öndərin hakimiyyəti illərində aqrar sahənin inkişafına göstərdiyi diqqət və qayğıdan danışmış, qeyd etmişdir ki, Ümummilli Lİderin hələ birinci hakimiyyəti dövründə rayonumuzda pambıqçılıq sürətlə inkişaf etmiş, Tərtərdə onlarla əmək qəhrəmanları yetişmişdir. Ulu Öndərin birbaşa pambıq tarlalarında onlarla görüşü, rayonlarda bartoplama aylığı ilə bağlı keçirdiyi müşavirələr kənd əməkçilərini daha yaxşı işləməyə ruhlandırmışdır.
“Dəyirmi masa”da YAP Tərtər rayon təşkilatının sədr müavini Azər Ağayev, Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Mehman Babayev, mərkəzin sektor müdiri Tural Həsənov, aparıcı- məsləhətçi Turan Məhərrəmli də çıxış ediblər. Çıxışlarda 1994-cü ilin sentyabr ayında keçirdiyi müşavirədə
Ulu Öndər Heydər Əliyevin dediyi sözlər yada salınıb: "Kənd təsərrüfatı sahəsində gələcək inkişafımız yalnız və yalnız iqtisadi islahatların həyata keçirilməsi ilə bağlıdır. Gecikmək olmaz. Bu mənim üçün əsas prinsipdir. Mən bu prinsipdən geri çəkilməyəcəyəm. Kim müqavimət göstərmək, yaxud mühafizəkarlıq etmək istəyirsə, biz onlara yol verməyəcəyik".
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50

